Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsindən sadələşdirilmiş verginin tutulması

posted in: Vergi, Xəbər | 0

                       Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsindən sadələşdirilmiş verginin tutulması (Yaşayış sahələri, Sadələşdirilmiş vergi)

yaşayış sahələri, vergi öhdəliyi, Əmlak satışı, ƏDV, mənfəət vergisi, sadələşdirilmiş vergi,Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinə əsasən, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyirlər. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Bu maddənin tətbiqinin əsas məqsədi mülkiyyətindəki yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslərdən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması qaydasını müəyyənləşdirməkdir. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi alğı-satqı müqavilələrini təsdiq edən notarius tərəfindən hesablanaraq tutulur.  1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödənilir. Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinin məzmunundan göründüyü kimi, 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrini təqdim edən şəxslər sadələşdirilmiş verginin subyekti hesab olunmur. Həmin maddədə təqdim olunan sahə üzərində mülkiyyət hüququnun müddətləri ilə bağlı xüsusi bir qeyd yoxdur.

Deməli, fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsinin ödəmə mənbəyində sadələşdirilmiş vergidən azad edilməsi, həmin yaşayış sahəsinin fiziki şəxsin həm də azı 5 il ərzində mülkiyyətində olması şərt deyildir.



Misal 1: 
Tutaq ki, fiziki şəxsin mülkiyyətində Bakı şəhərində yerləşən 230 kvadratmetr sahəsi olan mənzili var. Fiziki şəxs 2012-cu ildən həmin mənzildə qeydiyyatdadır və 2017-ci ildən həmin mənzilin mülkiyyət hüququna sahib olmuşdur. Fiziki şəxs 2019-ci ildə həmin mənzili təqdim edir, bu halda fiziki şəxs həmin mənzildə 5 ildən çox müddətdə yaşayış yeri üzrə qeydiyyatda olduğu üçün mülkiyyətində olma müddəti 3 il olsa da alğı-satqı əməliyyatlarını rəsmiləşdirən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulmayacaqdır.

Yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslərdən alğı-satqı əməliyyatlarını rəsmiləşdirən notariuslar ödəmə mənbəyində binanın yaşayış və qeyri-yaşayış sahələrinin sadələşdirilmiş vergisini aşağıdakı qaydaya uyğun olaraq ayrılıqda hesablayır:

  • yaşayış sahəsi üzrə hesablama: binanın ümumi sahəsi x 15 manat ( baza məbləği) x zona əmsalı
  • qeyri-yaşayış sahəsi üzrə hesablama: binanın ümumi sahəsi x 15 manat (baza məbləği ) x zona əmsalı x 1,5 qeyri-yaşayış sahə əmsal.

Misal 2:
Tutaq ki, fiziki şəxs mülkiyyətində olan və Bakı şəhəri üzrə 2-ci zonada (3,0 əmsal) yerləşən 100 kvadratmetr sahəsi olan mənzilini və 3-cü zonada (2,2 əmsal) yerləşən 150 m² sahəsi olan ticarət obyektini təqdim etmişdir. Alğı-satqı əməliyyatlarını rəsmiləşdirən notariuslar tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi aşağıdakı kimi hesablanır:

Mənzilin satışı üzrə: 100 m² (binanın ümumi sahəsi) x 15 manat (baza məbləği) x 3 (zona əmsalı) = 4.500 manat (sadələşdirilmiş vergi);
Ticarət obyektinin satışı üzrə: 150 m² x 15 manat (baza məbləği ) x 2,2 (zona əmsalı) x 1.5 (qeyri-yaşayış sahə əmsalı) = 7.425 manat (sadələşdirilmiş vergi).
Cəmi ödənilməli sadələşdirilmiş vergi: 4.500 + 7.425 = 11.925 manat.

Onu da qeyd edək ki bu maddəyə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı aşağıdakı hallarda müqavilələri təsdiq edən notariuslar sadələşdirilmiş vergi tuta bilməzlər.

1. Fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələri təqdim edildikdə;

2. Vergi Məcəlləsinin 102.1.3.2-ci maddəsinə əsasən yaşayış və qeyri-yaşayış sahələri vergi ödəyicisinin ailə üzvləri tərəfindən hədiyyə, maddi yardım və miras kimi verildikdə;
3. Vergi Məcəlləsinin 102.1.18-ci maddəsinə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna əsasən fiziki şəxslərə yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri kompensasiya kimi ödənildikdə;
4. Vergi Məcəlləsinin 106.1.16.-ci maddəsinə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna əsasən hüquqi şəxslərə yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri kompensasiya kimi ödənildikdə;
5. Vergi Məcəlləsinin 144.1.1-ci maddəsinə əsasən yaşayış və qeyri-yaşayış sahələri ər və arvad arasında verildikdə;
6. Vergi Məcəlləsinin 144.1.2-ci maddəsinə əsasən yaşayış və qeyri-yaşayış sahələri keçmiş ər-arvad arasında boşanma prosesində verildikdə;
7. Vergi Məcəllənin 221.5-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergi hesablanmış tikinti sahələrinin həmin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edildikdə.

Misal 3: 
Tutaq ki, fiziki şəxsin 3 (üç) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu X qəsəbəsində yerləşən 300 kvadratmetr sahəsi olan mənzili var. Fiziki şəxs həmin mənzili öz oğluna hədiyyə edir bu halda alğı-satqı əməliyyatlarını rəsmiləşdirən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulmayacaqdır. Çünki Vergi Məcəlləsinin 102.1.3.2-ci maddəsinə əsasən hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda onun tam dəyəri vergidən azaddır.

Mənbə: vergiler.az


Bax:

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Sadələşdirilmiş vergi, Yaşayış sahələri

Vakansiya: Baş Mühasib – AXV MMC

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

baş mühasib Nikoil Bank vakansiya mühasibVakansiya: Baş Mühasib.

İşəgötürən: AXV MMC.

İş barədə məlumat

– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
– Vergi və mühasibat uçotunun aparılması
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
– Debitor və kreditor hesablaşmaların aparılması
– Əmək haqqı hesablanması
– Mal-materialların uçotunun aparılması
– Aylıq hesabatlarınin tərtib edilməsi
– Aylıq daxili maliyyə hesabatlarının hazırlanması
– Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi
– AR əmək məcəlləsinə əsasən sənədləşmə
– İş qrafiki: bazar ertəsi – şənbə; 09:00-dan 18:00-dək; bazar – istirahət
– İş yükündən və nəticədən asılı olaraq əmək haqqına əlavələr ola bilər
– İş yeri: Şəmkir rayonu Qapanlı kəndi

Namizədə tələblər

– Ali təhsilli
– Microsoft Office proqramlarını bilmək
– 1C proqramında sərbəst işləmək təcrübəsi
– Vergi və Kadr uçotu üzrə biliklərə sahib olmaq
– www.e-gov.az, www.e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı
– Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı
– Balansın çıxarılması üzrə biliklərə sahib olmalı
– Kənd təsərrüfatı sahəsində işləmə bacarığı

CV-lərinizi / ünvanına Baş mühasib başlığı altında göndərməyiniz xahiş olunur.

Mənbə: finstaff.az

Dövlət qurumlarının məlumatları arasında fərqlərin yaranmasının əsas səbəbkarı vergi ödəyiciləridir

posted in: Xəbər | 0

Vergilər Nazirliyi DGK hesabatlılıq“Azərbaycanda fermerlərin Kənd Təsərrüfatı və Vergilər nazirliklərinə, Dövlət Statistika Komitəsinə və Dövlət Gömrük Komitəsinə verdikləri rəqəmlər bir-biri ilə uyğunluq təşkil etmir”. (Dövlət qurumları)

Bunu jurnalistlərə açıqlamasında Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

O, bu barədə nazir Mikayıl Cabbarovun Vergilər Nazirliyi ilə Dövlət Statistika Komitəsinin rəqəmləri arasında 7 dəfəyə qədər fərqin olması ilə bağlı dediklərini şərh edərkən danışıb. S.Ələkbərovun sözlərinə görə, fərqin yaranmasının əsas səbəbkarı vergi ödəyiciləridir: “Kənd Təsərrüfatı Nazirliyinə yüksək rəqəmlər verirlər ki, oradan subsidiya, yardım alsınlar. Amma Vergilər Nazirliyinə hesabat verəndə aşağı rəqəmlər göstərirlər. Baxmayaraq ki, burada vergi yoxdur, sadəcə, vərdiş var. Dövlət Gömrük Komitəsinə isə başqa rəqəm göndərilir. Odur ki, şüurda dəyişiklik olmalıdır”.

Mənbə: report.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Dövlət qurumları

A Look At Straightforward Advice Of How To Mine Bitcoin On Pc

posted in: Uncategorized | 0

As you learn how to purchase bitcoin, you’d subsequently master that there are a number of ways you can shop for this solution forex. Many individuals are interested in the discipline of mining bitcoin and by this, they will very easily make money and gain benefit rise in this specific digital advantage.

There are various of things that go into learning to get bitcoin and the way to acquire bitcoin. To start with, you need to understand just how bitcoins were created. This is certainly carried out through the process what is the meaning of ether of handling obligations and exchanges throughout the blockchain, which can be the general public ledger of most financial transactions.

At the heart of this method is a creation of an fresh stop just about every twenty moments. Whenever a transaction is certainly recorded on the general population ledger, a corresponding bitcoin is made. Seeing that each block out is done, that increases the volume of bitcoins which have been in stream. Since the volume of bitcoins will always be elevating, sooner or later you are able to purchase even more by using an exchange and exploration these people your self.

The price of bitcoins as well changes based on source and require, but you can as well be able to acquire bitcoin as well as how to have them at a lower price. If you wait for style to develop, you will be capable to buy them for less money. To find a balance among source and require, it can help to think about earlier times 2 weeks of cost data. In case you get a pattern come through, after that you can enter the investing bitcoins.

The best part regarding understanding how to acquire bitcoin and find out tips on how to my very own bitcoin is the fact you can create your understanding and use it to purchase the future as well. With knowledge of buying bitcoin as well as how to make use of it, you may have the ability to better company the money and earn more money over time.

Just like you know more about buying bitcoin and how to apply it, likely to shortly understand that one could leverage the rise in prices. There is at the moment more quality than any other property on the globe and you can cash in on this through how to buy bitcoin and how to be able to my very own bitcoin.

There are a variety of choices you may explore when you wish to master buying bitcoin and the way to commit to this. You can get by using an exchange, sell at an exchange, or perform both. You can discover a forex trading platform to handle your investment or you can choose to perform the own personal trading platform.

How to buy bitcoin and find out how you can my very own bitcoin. Numerous tactics may be used to generate income inside the fiscal market segments and to have some money back.