Vakansiya: Mühasib köməkçisi (təcrübəçi)

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Vakansiya MühasibVakansiya: Mühasib köməkçisi (təcrübəçi).

İşəgötürən: Providence Doytch Limited.

Tələblər:

– Mühasibatlıq sahəsində ali təhsil
– Məsuliyyət, düzgünlük, dəqiqlik, etibarlılıq və kollektivdə işləmək bacarığı kimi müsbət göstəricilərə sahib olmaq
– MS Office proqramlarını yaxşı bilmək.
– Rus və İngilis dili biliyi
– Müstəqil işləmək bacarığı
– 1C biliyi
– Yalnız kişi namizədlər
– Yaş həddi 20-25
– Əmək haqqı 300-500 azn aralığı

Vəzifələr:

– Lazımi sənədlərin banka təhvil verilməsi, təhvil alınması
– Mühasibatlıqda ilkin sənədlərin gedişatını aparmaq
– Ödənişlər, köçürmələrlə bağlı banklarla, digər orqanlarla əlaqələrin qurulması, telefon danışıqlarının aparılması
– Məlumatların 1C bazasına yerləşdirilməsi
– Departamentə aid kargüzarlıq işlərinin aparılamsı, sənədlərin müvafiq qovluqlara yerləşdirilməsi
– Departament rəhbərinin digər tapşırıqlarını yerinə yetirilməsi

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Mühasib köməkçisi (təcrübəçi)” qeyd edərək öz CV-lərini  və  elektron ünvanlarına göndərməyiniz xahiş olunur.

Mənbə: jobsearch.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
mühasib köməkçisi, (təcrübəçi), vakansiya

Sadələşdirilmiş vergi ödəyicisi iştirak payını satarsa vergitutma necə olur?

posted in: Vergi, Xəbər | 0

Sadələşdirilmiş vergi ödəyicisi iştirak payını satarsa vergitutma necə olur?

Sadələşdirilmiş vergi ödəyicisiSual: 1. Sadələşdirilmiş vergi ödəyicisi olan hüquqi şəxs öz mülkiyyətində olan səhmləri (digər hüquqi şəxsdə iştirak payını) fiziki şəxslərə satır. Bu halda hansı vergi öhdəlikləri yaranır? 
2. Səhmlərin satış dəyəri 200 000 manat keçdiyi halda ƏDV öhdəliyi yaranırmı?
Cavab: Vergi Məcəlləsinin 164.1.17-ci maddəsinə əsasən, hüquqi şəxsin iştirak paylarının və ya səhmlərinin təqdim edilməsindən ƏDV tutulmur.
Bununla yanaşı sadələşdirilmiş vergi ödəyicisi olan hüquqi şəxsin öz mülkiyyətində olan səhmləri (digər hüquqi şəxsdə iştirak payını) fiziki şəxslərə təqdim etməsi zamanı əldə olunan gəlirlərindən sadələşdirilmiş vergi hesablanaraq dövlət büdcəsinə ödənilməlidir.
Mənbə: taxes.gov.az

Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi ödəyicisi vergi güzəştindən imtina edə bilər?

posted in: Vergi, Xəbər | 0

Vergi Məcəlləsi, fəaliyyət növü,Sual: Vergi Məcəlləsiylə vergi ödəyicilərinə tətbiq olunan vergi güzəştlərindən vergi ödəyicisinin istifadə etməmək kimi bir hüququ varmı? (vergi ödəyicisi, vergi güzəşti)

Cavab: Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək vergi ödəyicilərinin vəzifələrinə deyil, hüquqlarına aid edilmişdir. Vergi ödəyicisi həmin hüquqlardan istifadə etməyə də bilər.

Əsas:  Vergi Məcəlləsinin 15.1.3-cü maddəsi.

Mənbə: taxes.gov.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vergi ödəyicisi, vergi güzəşti

Vakansiya: Mühasib köməkçisi, operator (400 – 500 AZN)

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

mühasib köməkçisi, vakansiya baş mühasib Əmək haqqı üzrə mühasibVakansiya: Mühasib köməkçisi, operator.

İşəgötürən: Vuqma Qida Məhsulları.

İş barədə məlumat
  • Mühasibatlıq modulu üzrə (mədaxil, məxaric, anbar əməliyyatı) 1C əməliyyatlarının aparılması;
  • Elektron qaimə-fakturaların və elektron vergi hesab-fakturalarının hazırlanması (Online kargüzarlıq üzrə işləmə bacarığı);
  • İnternet vergi idarəsi ilə işləməli;
  • Əmək haqqı : 400 -500 AZN
  • Həftə içi 6 gün saat 08:00-18:00 –a dəkdir;
  • Nahar şirkət hesabına;
  • Ofis Kürdəxanıda yerləşir;
  • Axşam servisi.
Namizədə tələblər
  • Yaş həddi: 22-30;
  • Riyazi analitik qabiliyyətə malik olmalıdır;
  • Mühasibatlıq sahəsi üzrə 1 il iş təcrübəsi olmalı;
  • MS Office proqramlarında sərbəst işləməli;
  • 1C (8.3), BTP proqramında işləmək bacarığı

Maraqlanan namizədlər mövzu yerində Mühasib köməkçisi, operator yazmaqla öz CV-lərini / ünvanına göndərə bilərlər.

Mənbə: finstaff.az