Sadələşdirilmiş vergi ödəyicisi iştirak payını satarsa vergitutma necə olur?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Sadələşdirilmiş vergi ödəyicisi iştirak payını satarsa vergitutma necə olur?

Sadələşdirilmiş vergi ödəyicisiSual: 1. Sadələşdirilmiş vergi ödəyicisi olan hüquqi şəxs öz mülkiyyətində olan səhmləri (digər hüquqi şəxsdə iştirak payını) fiziki şəxslərə satır. Bu halda hansı vergi öhdəlikləri yaranır? 
2. Səhmlərin satış dəyəri 200 000 manat keçdiyi halda ƏDV öhdəliyi yaranırmı?
Cavab: Vergi Məcəlləsinin 164.1.17-ci maddəsinə əsasən, hüquqi şəxsin iştirak paylarının və ya səhmlərinin təqdim edilməsindən ƏDV tutulmur.
Bununla yanaşı sadələşdirilmiş vergi ödəyicisi olan hüquqi şəxsin öz mülkiyyətində olan səhmləri (digər hüquqi şəxsdə iştirak payını) fiziki şəxslərə təqdim etməsi zamanı əldə olunan gəlirlərindən sadələşdirilmiş vergi hesablanaraq dövlət büdcəsinə ödənilməlidir.
Mənbə: taxes.gov.az

Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Print Friendly, PDF & Email