İşədüzəltmə fəaliyyəti ilə məşğul olanlar üçün tələblər təsdiqlənib

posted in: Xəbər | 0

fərdi sahibkarların sayı“İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydası və həmin hüquqi şəxslərə dair tələblər”in təsdiq edilməsi haqqında

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.2.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydası və həmin hüquqi şəxslərə dair tələblər” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının
Baş Naziri                         Novruz Məmmədov

Mənbə: cabmin.gov.az

Tam mətnə nəzər yetirmək üçün faylı yükləyin: İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydası və həmin hüquqi şəxslərə dair tələblər

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat uçotu haqqında Qanuna dəyişiklik edilərək yeni maddə əlavə edilib

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu haqqında Qanuna dəyişiklik edilərək yeni maddə əlavə edilib

əmək məcəlləsi cərimələr rüsumlar Pos-terminallar İşsizlikdən Sığorta vergiAzərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini, 94-cü maddəsinin I hissəsinin 7-ci, 15-ci və 27-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1199-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 5. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 605; 2008, № 12, maddə 1049; 2010, № 4, maddələr 265, 276; 2012, № 6, maddələr 512, 529; 2013, № 1, maddə 18; 2015, № 7, maddə 819; 2016, № 10, maddələr 1601, 1609, № 11, maddə 1754; 2017, № 3, maddə 333; 2018, № 6, maddə 1179; 2019, № 1, maddə 28; Azərbaycan Respublikasının 2019-cu il 9 aprel tarixli 1563-VQD nömrəli Qanunu) aşağıdakı məzmunda 5.2-1-ci maddə əlavə edilsin:

“5.2-1. Kənar dövlət maliyyə nəzarətinin obyektində mühasibat uçotunun aparılmaması, yaxud qanunvericiliyin tələblərinə uyğun təşkil edilməməsi səbəbindən zəruri məlumatları əldə etmək mümkün olmadıqda, Azərbaycan Respublikasının Hesablama Palatası “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, kənar dövlət maliyyə nəzarətinin obyektindən mühasibat uçotunun təmin edilməsini tələb edir.”

Bax: 20 dövlət qurumu üçün vəzifə maaşı (əmək haqqı) cədvəli təsdiqləndi

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
mühasibat uçotu

20 dövlət qurumu üçün vəzifə maaşı (əmək haqqı) cədvəli təsdiqləndi

posted in: Xəbər | 0

Vahid Tarif Cədvəli əmək haqları emek haqlari əmək haqları emek haqqi saathesabı əmək haqqı Əmək pensiyaları emek pensiyalariAzərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” 2018-ci il 14 mart tarixli 94 nömrəli, “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyrihökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin xərclər smetası, işçilərinin say həddi və aylıq vəzifə maaşları haqqında” 2008-ci il 1 iyul tarixli 149 nömrəli və “Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddinin müəyyən edilməsi və aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə” 2017-ci il 16 noyabr tarixli 494 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında  

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019- cu il 18 iyun tarixli 1260 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 mart tarixli 94 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 604, № 5, maddə 1115; 2019, № 2, maddə 365; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 iyul tarixli 325 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan işçilərə bu Qərarın 1-7-ci və 9-18-ci əlavələrdə göstərilən vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 60 manat, 8-ci və 19-cu əlavələrində göstərilən vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 80 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 40 manat məbləğində əlavələr ödənilsin.”;

1.2. həmin Qərarla təsdiq edilmiş 1-19 nömrəli əlavələr yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

  1. “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyrihökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin xərclər smetası, işçilərinin say həddi və aylıq vəzifə maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 1 iyul tarixli 149 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 671; 2009, № 2, maddə 147; 2013, № 6, maddə 754) aşağıdakı dəyişikliklər edilsin:

2.1. adından “və aylıq vəzifə maaşları” sözləri çıxarılsın;

2.2. 1-ci hissəsindən “və işçilərinin aylıq vəzifə maaşlarının sxemi” sözləri çıxarılsın və həmin hissədə “müvafiq olaraq 1 və 2 nömrəli əlavələrinə” sözləri “1 nömrəli əlavəsinə” sözləri ilə əvəz edilsin.

  1. “Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddinin müəyyən edilməsi və aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 16 noyabr tarixli 494 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2158; 2018, № 3, maddə 618; 2019, № 4, maddə 749) aşağıdakı dəyişikliklər edilsin:

3.1. adından “və aylıq vəzifə maaşlarının təsdiq edilməsi” sözləri çıxarılsın;

3.2. 2-ci hissəsi ləğv edilsin.

  1. Bu Qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş Naziri                   Novruz Məmmədov

Tam mətnə nəzər yetirmək üçün faylı yükləyin: Aylıq vəzifə maaşı (əmək haqqı) cədvəli

Mənbə: cabmin.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 28% artıb

posted in: Xəbər | 0

ASAN ödəniş gömrük ödənişləri xidmət qəbulu Dövlət Gömrük Komitəsi rüsum DGK gömrükBu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 487,555 milyon manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 537,397 milyon manat və yaxud  27,7% çoxdur. (büdcə daxilolmaları)

DGK-dən verilən məlumata görə, 7 ay ərzində büdcəyə daxil olan gömrük rüsumlarının məbləği illik müqayisədə 98,809 milyon manat və yaxud 19,8% artaraq 596,928 milyon manata, ƏDV üzrə daxilolmaların məbləği 364,468 milyon manat və yaxud 27,4% artaraq 1 693,276 milyon manata, aksizlər üzrə daxilolmaların məbləği 68,943 milyon manat və yaxud 73,7% artaraq 162,447 milyon manata, yol vergisi üzrə daxilolmaların məbləği isə 5,177 milyon manat və yaxud  25% artaraq 25,904 milyon manata çatıb.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
gömrük,büdcə daxilolmaları