Dövlət büdcəsinə gömrük yığımları açıqlanıb

posted in: Xəbər | 0

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, iyul ayında komitənin xətti ilə büdcə daxilolmaları ümumilikdə 413 milyon 394,4 min manat olub. ƏDV üzrə daxilolma 269 milyon 036,9 min manata, aksizlər üzrə daxilolma 25 milyon 648,7 min manata çatıb.

Ay ərzində büdcəyə 5 milyon 738,6 milyon manat yol vergisi, 112 milyon 970,2 min manat gömrük rüsumları köçürülüb. Bu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 2 milyard 487,555 milyon manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 537,397 milyon manat və ya 27,7 faiz çoxdur. (gömrük yığımları)

İlk 7 ayda büdcəyə daxil olan gömrük rüsumlarının məbləği illik müqayisədə 98,809 milyon manat və ya 19,8 faiz artaraq 596,928 milyon manata, ƏDV üzrə daxilolmaların məbləği 364,468 milyon manat və ya 27,4 faiz artaraq 1.693,276 milyon manata, aksizlər üzrə daxilolmaların məbləği 68,943 milyon manat və ya 73,7 faiz artaraq 162,447 milyon manata, yol vergisi üzrə daxilolmaların məbləği isə 5,177 milyon manat və yaxud 25 faiz artaraq 25,904 milyon manata çatıb.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
gömrük yığımları

Neft məhsullarına görə ödənilən yol vergisi

posted in: Vergi, Xəbər | 0

Neft-qazNeft məhsullarının pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən alınmış neft məhsullarına görə ödənilən yol vergisinin gəlirdən çıxılması, alınmış neft məhsullarının alıcıların satış məntəqələrinə daşınması ilə bağlı çəkdiyi nəqliyyat xərclərinin gəlirdən çıxılan xərc kimi nəzərə alınması və neft məhsullarının pərakəndə satışı zamanı ƏDV-nin hesablanması ilə bağlı daxil olan müraciətlərə Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsi açıqlama verib. (yol vergisi)

Vergi Məcəlləsinin 209-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisinin ödəyiciləridir.

Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarı ilə tənzimlənir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, neft məhsullarının satışını Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, qanunvericiliyə uyğun olaraq, topdansatış tariflərinə yol vergisini əlavə edib təchizat tariflərini çıxmaqla, təchizat təşkilatları isə topdansatış tariflərinə yol vergisini əlavə etməklə həyata keçirirlər. Qərarın 2.6-cı bəndinə əsasən, pərakəndə satış tariflərinə aksiz, ƏDV, təchizat tarifləri, eləcə də qanunvericiliyə uyğun olaraq yol vergisi tətbiq olunan neft məhsulları üzrə yol vergisi daxil edilmişdir.

Neft məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər tərəfindən neft məhsullarının alınması zamanı ödənilmiş yol vergisi malın dəyərinə aid edildiyindən, həmin məhsulların təqdim edildiyi hesabat dövrləri üzrə təqdim edilən malların həcminə uyğun olaraq, malın dəyəri kimi gəlirdən çıxılır və mənfəət vergisi bəyannaməsinin “Xərclər” bölməsində əks etdirilir.

Mənbə: vergiler.az

Bax: 2020-ci ildən əmək haqqının hesablanma qaydası

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
yol vergisi, neft

Bu məhsul gömrük rüsumundan azad edilib

posted in: Xəbər | 0

idxal gömrük gömrük rüsumlarının dərəcələriBu gündən təmizliyi 99%-dən az olmayan propan istisna ilə, Azərbaycana gətirilən propana tətbiq edilən 15 faiz idxal gömrük rüsumu ləğv edilib.

Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb.

Beləliklə, emalın spesifik prosesləri və proseslərdə kimyəvi çevrilmələr, o cümlədən digər məqsədlər üçün təmizliyi 90 %-dən çox, lakin 99 %-dən az olan propan 15 faiz idxal gömrük rüsumundan azad edilib. Təmizliyi 99 %-dən az olmayan propan üçün tətbiq edilən 15 faiz idxal gömrük rüsumu isə qüvvədə qalıb.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
gömrük

2020-ci ildən əmək haqqının hesablanma qaydası

posted in: Xəbər | 4

əmək haqqı, emek haqqi, Sosial Sığorta əmlak vergisiBu yazımızda hər il olduğu kimi ənənəvi olaraq əvvəlcədən növbəti il üzrə əmək haqqından tutulmalar barədə məlumat verəcəyik. (əmək haqqı, emek haqqi)

2020-ci ildən tətbiqinə başlanması nəzərdə tutulan icbari tibbi sığorta ilə əlaqədar əmək haqqından digər tutulmalarla yanaşı icbari tibbi sığorta haqqı da tutulacaq.

Beləliklə 2020-ci ildən əmək haqqından tutulmalar aşağıdakı kimi olacaq.

  • gəlir vergisi
  • məcburi dövlət sosial sığorta haqqı
  • işsizlikdən sığorta haqqı
  • icbari tibbi sığorta haqqı

İcbari tibbi sığorta  üzrə sığorta haqqı məbləğləri aşağıdakı kimi hesablanacaq:

  • Dövlət sektoru və neft-qaz sahəsində əmək müqaviləsi əsasında çalışan şəxslərin əmək haqqının 2%-i məbləğində
  • sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər, özəl sektorda çalışanlar, mülki-hüquqi müqavilə əsasında çalışanların əmək haqqından aylıq 10 AZN, illik 120 AZN məbləğində

Qeyd edək ki, özəl sektor üzrə sığorta haqqının tutulması müqavilə şərtlərinə görə birdəfəlik və ya hissəvi nəzərdə tutula bilər. Dövlət sektoru və nef-qaz sahəsində çalışanların əmək haqqından isə tutulmalar hər təqvim ayı üçün ödənilməli olacaq.

Bununla yanaşı 2019-cu il sentyabrın 1-dən minimum əmək haqqının 250 AZN olacağını da nəzərə alaraq 2020-ci il üzrə əmək haqqının hesablanması qaydasını diqqətinizə çatdırırıq.

1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

1.1) əmək haqqı 250 AZN olanlar üçün nümunə

a) gəlir vergisi – tutulmur (8000 AZN-dək)

b) sosial sığorta haqqı – 250 AZN əmək haqqının 200 AZN hissəsinə görə 3%-i, yəni 6 AZN,

200 AZN-dən yuxarı hissə üçün isə 50 AZN-in 10%-i, yəni 5 AZN, ümumilikdə 6+5=11 AZN

c) işsizlikdən sığorta haqqı – 250 AZN-in 0.5%-i = 1.25 AZN

d) icbari tibbi sığorta haqqı – 10 AZN

250-(0+11+1.25+10)=250-22.25=227.75

Netto məbləğ 227.75 AZN olacaq

1.2) əmək haqqı 8000 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əmək haqqı üzrə

a) gəlir vergisi – 8000 AZN-dən yuxarı məbləğin 14%-i

8100-8000=100 AZN

100 AZN-in 14%-i = 14 AZN

b) sosial sığorta haqqı – 8100 AZN-200 AZN=7900 AZN

200 AZN-ə görə 6 AZN (200 AZN-in 3%-i)

7900 AZN-ə görə 790 AZN (7900 AZN-in 10%-i)

c) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN

d) icbari tibbi sığorta haqqı – 10 AZN

8100-(14+790+6+40.5+10)=8100-860.5=7239.5 AZN

Netto məbləö 7239.5 AZN olacaq.

2) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

2.1) əmək haqqı 250 AZN olanlar üçün nümunə

a) gəlir vergisi – 250 AZN-in 200 AZN-dən artıq hissəsi üzrə 14%

250-200=50

50-14%=7 AZN

b) sosial sığorta haqqı – 250 AZN-in 3%-i = 7.5 AZN

c) işsizlikdən sığorta haqqı – 250 AZN-in 0.5%-i = 2.5 AZN

d) icbari tibbi sığorta haqqı – 250 AZN-in 2%-i = 5 AZN

250 AZN-(7+7.5+2.5+5)=250-22=228

Netto məbləğ 228 AZN olacaq

2.3) əmək haqqı 2500 AZN-dən çox olanlar üçün nümunə

2600 AZN əmək haqqı üzrə

a) gəlir vergisi – 2600 AZN-2500 AZN=100 AZN

2500 AZN-ə görə həmin məbləğin 14%-i = 350 AZN

100 AZN-in 25%-i = 25 AZN

b) sosial sığorta haqqı – 2600 AZN-in 3%-i=78 AZN

c) işsizlikdən sığorta haqqı – 2600 AZN-in 0.5%-i = 13 AZN

d) işsizlikdən sığorta haqqı – 2600 AZN-in 2%-i = 72 AZN

2600-(350+25+78+13+72)=2600-538=2062

Netto məbləğ 2062 AZN olacaq

Xatırladaq ki, bu hesablama hazırda qüvvədə olan qanunvericilik əsas götürülməklə həyata keçirilib.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

Ədəbiyyat:

Vergi Məcəlləsi

“Sosial sığorta haqqında” Qanun

“Tibbi Sığorta haqqında” Qanun

“İşsizlikdən sığorta haqqında” Qanun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
əmək haqqı, emek haqqi, emek haqqi