Vergilər Nazirliyi ilə elektron sənəd mübadiləsi üçün istifadəçi kodu, parol və şifrənin ləğv edilməsi

posted in: Vergi, Xəbər | 0

kameral vergi hesabat bəyannamə ödənilməli vergilərXidmətin adı: Vergilər Nazirliyi ilə elektron sənəd mübadiləsi üçün istifadəçi kodu, parol və şifrənin ləğv edilməsi

Tələb olunanlar:  “Elektron sənəd mübadiləsi haqqında Ərizə”

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– NK-nın 27.07.2007-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası”

– Vergilər nazirinin  10.12.2009-cu il tarixli 0917040101142300 nömrəli əmri

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün),

Naxçıvan MR VN-nin yerli vergi orqanlarının, vergi ödəyicilərinə xidmət strukturları, MGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, RVŞ- nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi: ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət strukturları

İcra müddəti: Ərizə daxil olduğu gündən sonra 2 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – Elektron sənəd mübadiləsi üçün istifadəçi kodu, parol və şifrənin ləğv edilməsi haqqında bildiriş
Mənbə: taxes.gov.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

1500 manat məvaciblə Mühasib tələb olunur

posted in: muhasibat, Vakansiya, Xəbər | 0

mühasib təcrübəçi vakansiyaVakansiya: Mühasib

İşəgötürən: Agro-West DC LLC

Yaş: 25 – 35

Dil bilikləri:

– Azərbaycan – Ana dili;
– Rus dili (üstünlükdür)

– Kompüter bilikləri: Microsoft office (Word, Excel, PowerPoint) – əla səviyyədə bilən;
– Riyazi və Analitik bacarıq;
– Təcrübə: min. 1-3 il
– 1C Mühasibat Proqramını bilmək  (1C 8.3 versiyası ilə  işləmə bacarığı)
– Vergi Məcəlləsi, Əmək Məcəlləsini bilməli

Vəzifə öhdəlikləri

– Mühasibat uçotunu Uçot siyasəti və Vergi Qanunvericiliyinə əsasən aparmaq
– Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq müəssisənin mühasibat uçotunun aparılmasını təşkil etmək;
– Əməkhaqqı fondunun xərclənməsinə nəzarət
– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Vergi ödənişlərinə nəzarət etmək
– Vergi bəyannamələrini yığmaq

İş şəraiti:

– 5 günlük iş həftəsi
– iş vaxtı: 08:00 -17:30
– Nahar yeməyi şirkət tərəfindən verilir
– İşçi AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilir.

Əmək haqqı namizədə görə təyin olunacaq – (1000-1500 AZN)

Uyğun namizədlər CV formalarını  / e-mailinə başlıq  “mühasib”  yazmaqla göndərə bilərlər.

Mənbə: jobsearch.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bakıda Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının illik toplantısı keçiriləcək

posted in: Xəbər | 0

Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı (INTOSAI) Uyğunluq Auditi üzrə Alt-komitəsinin 17-ci illik toplantısı 2020-ci ildə Bakıda keçiriləcək.

Hesablama Palatasının mətbuat xidmətindən bildirilib ki, qurumun auditoru Cəfər Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Lissabonda keçirilmiş INTOSAI-ın Uyğunluq Auditi üzrə Alt-komitəsinin 16-cı illik toplantısında iştirak edib. Toplantıya Hindistan, Azərbaycan, Braziliya, Gürcüstan, Macarıstan, Qətər, Rusiya, Slovakiya, Çin, Fransa, Norveç, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikasının ali audit qurumlarının (AAQ), həmçinin INTOSAI-ın İnkişaf Təşəbbüsünün, Avropa Auditorlar Məhkəməsinin və AFROSAI–E-nin nümayəndələri qatılıb.

Portuqaliya Auditorlar Məhkəməsinin prezidenti Vitor Manuel da Silva Caldeira Alt-komitənin AAQ-ların fəaliyyətində rolunu vurğulayaraq toplantının işinə uğurlar arzulayıb. Nümayəndələrin öz fəal iştirakı ilə toplantıya töhfə verəcəyinə inandığını bildirib.

Azərbaycan, Braziliya, Çin, Norveç, Hindistan ali audit qurumlarının, Avropa Auditorlar Məhkəməsinin, INTOSAI-ın İnkişaf Təşəbbüsünün və videokonfrans vasitəsilə Meksika AAQ-ın təqdimatları dinlənilib. Fikir mübadiləsi aparılıb.

Hesablama Palatasının auditoru C.Həsənov qurumun fəaliyyətini tənzimləyən “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının yeni qanunu, bu qanunun maddələrinə, eləcə də INTOSAI-ın prinsip və standartlarına uyğun palatada hazırlanmış “Uyğunluq Auditi üzrə təlimat” və keçirilmiş uyğunluq auditi barədə ətraflı məlumat verib. İştirakçı AAQ-ların bu sahədə təcrübələrini öyrənmək məqsədilə onlara suallar ünvanlayıb.

Təqdimatda qeyd edilən auditin planlaşdırılması mövzusunun daha da təkmilləşdirilməsi məqsədilə Alt-komitənin iş planına daxil edilməsi qərara alınıb.

Eyni zamanda, Hesablama Palatası uyğunluq auditi üzrə Alt-komitənin 2.3 Layihəsi ilə bağlı səmərəlilik və uyğunluq auditlərinə dair təlimatın hazırlanması ilə bağlı layihənin üzvləri sırasına qəbul olunub.

İkigünlük tədbirin sonunda Alt-komitənin növbəti toplantısının 2020-ci ildə Bakıda keçirilməsi barədə qərar qəbul edilib.

Mənbə: azertag.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Milli Məclisin Sədri: Pos-terminallar niyə işləmir?

posted in: Xəbər | 0

Milli Məclisin Sədri: Pos-terminallar niyə işləmir?

cərimələr rüsumlarMilli Məclisin 31 may tarixində keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov POS-terminalların işləməməsindən şikayətlənib.
O.Əsədov Vergilər naziri Mikayıl Cabbarova müraciət edərək deyib ki, POS-terminalların fəaliyyəti haqqında bir qərar fikirləşmək lazımdır: “Sürətli internet və digər imkanlar, bir sözlə, hər cür şərait qurulub. Belə olan halda, POS-terminallar niyə işləməli deyil? Deputatların 30-40 faizi şikayət edir ki, nə edək, POS-terminallar işləmir? Əməkhaqqını kartla alırıq, gərək hər dəfə kartdan pul çıxaraq? Xahiş edirəm ki, bu məsələni diqqətdə saxlayın”.
Mənbə: report.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.