Xidmətin adı: Vergilər Nazirliyi ilə elektron sənəd mübadiləsi üçün istifadəçi kodu, parol və şifrənin ləğv edilməsi
Tələb olunanlar: “Elektron sənəd mübadiləsi haqqında Ərizə”
Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:
– NK-nın 27.07.2007-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası”
– Vergilər nazirinin 10.12.2009-cu il tarixli 0917040101142300 nömrəli əmri
Xidmətin göstərildiyi yer:
ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün),
Naxçıvan MR VN-nin yerli vergi orqanlarının, vergi ödəyicilərinə xidmət strukturları, MGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, RVŞ- nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)
Müraciəti emal edən struktur vahidi: ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət strukturları
İcra müddəti: Ərizə daxil olduğu gündən sonra 2 gün