İsveç vergi sistemi barədə bilmədiklərimiz (3-cü hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

İsveç vergi sistemi barədə bilmədiklərimiz (3-cü hissə)

Vergi orqanları – bu yalnız vergilərdən ibarət deyil

Vergi orqanlarının fəaliyyəti təkcə vətəndaşlardan vergi ödənişlərini toplamaqla məhdudlaşmır. Bundan əlavə onlar, İsveçdə təzə doğulan hər bir körpə və ya ölkə ərazisində bir ildən artıq yaşayan hər bir kəs üçün fərdi vergi nömrəsi (personnumer) açırlar və faktiki olaraq onları yaşadıqları yer üzrə qeydə alırlar. Hər dəfə yaşayış yerini dəyişdikdə, bir həftə ərzində öz yeni ünvanın barədə vergi xidmətini məlumatlandırmalısan; yalnız vergi orqanları tərəfindən vergi nömrəsi qeydə alındıqdan sonra yaşayış yerini dəyişmiş hesab olunursan.

İsveçdə vergi nömrəsi olmadan – heç nə edə bilməzsən: heç bir dövlət xidməti ala bilməzsən, heç bir sövdələşmə həyata keçirə bilməzsən. Vergi orqanları İsveç vətəndaşlığı olmayan şəxslərə artıq şəxsiyyət vəsiqəsi vermək öhdəliyi daşıyırlar. Dostlarından və ya qohumlarından kimlərisə İsveçə qonaq çağıran vətəndaş vergi orqanlarından personbevis adlanan arayış  almalıdır (təbii ki, bunu internet üzərindən və ya telefonla da etmək mümkündür). Nikaha girmək istədikdə də, toyun tarixini təyin etməzdən öncə planlaşdırılan tədbir barədə hər şeydən xəbərdar olmalı olan vergi xidmətinə məlumat vermək lazımdır. Vergi orqanı isə evlənənlər üçün hər hansı bir maneənin olub-olmamasını (hər şeydən öncə, bəy və gəlinin digər bir nikahda olub-olmaması) yoxlayır. Əgər ailə həyatı baş tutmayıbsa – boşanmadan əvvəl də vergi orqanlarına müraciət etmək lazım gəlir.

İndi isə İsveçdə olan vergilər və həmin vergilərin xüsusiyyətləri barədə bir qədər ətraflı məlumat verək.

Kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər İsveçdə illik məcmu gəlirlərinin 22%-i həcmində vergi ödəyirlər.

İşəgötürənin sığorta ödənişləri

Sahibkarlar əmək haqqından əlavə bütün muzdlu işçilərdən ötrü gəlir vergisi və sosial ödənişlər ödəyirlər. Bu məbləğlər aylıq olaraq vergi xidmətinə ödənilir.

Sığorta ödənişləri tarifi:

1937-ci il və daha əvvəl anadan olan işçilər ümumi əmək haqqından – 0%;

1938-ci ildən 1949-cu ilədək anadan olanlar – 10,21%;

1990-cı ildə və ya daha gec doğulanlar – 25,46%;

Qalan insanlar üçün isə 31,42%

ƏDV

İsveçdə əksər mallar və xidmətlərdən 25% ƏDV tutulur. Bəzi mallar və xidmətlərə 12% tarif tətbiq edilir: ərzaq məhsulları (tünd alkoqollu içkilər istisna olmaqla), restoranlar, otellər və kempinqlər. 6% – qəzetlər, kitablar, kino və teatr biletləri, sərnişin daşımaları, səyahətlər, konsertlər və idman tədbirləri.

Bəzi xidmətlərdən, məsələn: səhiyyə, stomatologiya və tibbi-sosial xidmətlər, təhsil, bank xidmətləri, şəxsi sığorta polisləri, mənzil üçün icarə ödənişlərindən ƏDV tutulmur.

Aksiz vergisi və yığımları

Aksiz yığımları – bu, bəzi məhsul növlərinə, məsələn, alkoqollu içkilər və benzinə tətbiq olunan əlavə vergi hesab olunur. Hansı malların aksizə cəlb olunmasını dövlət müəyyən edir. Dövlət istəyir ki, vətəndaşlar həmin malları daha az alsınlar.

Aşağıdakı mallara aksiz vergisi və yığımları tətbiq olunur:

• yanacaq (benzin, neft məhsulları, daş kömür və maye qaz)

• elektrik enerjisi

• alkoqollu içkilər

• tütün və tütün məhsulları

Televiziya qəbuledicisinə görə vergi

İsveç qanunvericiliyinə uyğun olaraq bütün televizor sahibləri radio və televizor qəbuledicilərinə görə  lisenziyalı yığım ödəməlidirlər. Həmin vergidən İsveç dövlət tele-radio şirkətləri və saytlarının büdcəsi formalaşır.

Qeyd etmək lazımdır ki, televiziya qəbuledicilərinə qəbul üsulundan asılı olmayaraq bütün cihazlar aid edilir. Məsələn: televizorlar, videomaqnitafonlar, DVD-rekorder və rəqəmsal televiziya resiverləri (2014-cü ilin 14 iyununa kimi həm də kompüter istifadəçiləri).

Sonda qeyd etmək yerinə düşər ki, 2015-ci ildə tele-radio qəbul edicilərinə görə toplanan lisenziyalı yığım il ərzində 2076 kron təşkil edib.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Kimin elektron qaimə-faktura vermək hüququ yoxdur?

posted in: Xəbər | 0

elektron qaimə2018-ci il yanvarın 1-dən, statusundan asılı olmayaraq, bütün vergi ödəyiciləri sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim olunması zamanı elektron qaimə-faktura verməlidirlər.

Vergi Məcəlləsinə əsasən, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı elektron qaimə-faktura vermək vergi ödəyicisinin vəzifələrinə daxildir. Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydaları Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli qərarı ilə müəyyən edilir.

Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin Qarşılıqlı əlaqələrin təhlili şöbəsinin rəhbəri Emil Əzizli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2016-cı il 16 dekabr tarixli Qanunun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli fərmanının icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli qərarı ilə “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edildiyini bildirib:

“Qərarın 5-ci bəndində ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-faktura təqdim edilməsi göstərilib. Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur”.

E.Əzizlinin sözlərinə görə, təkcə cari ilin yanvar-aprel ayları ərzində 62.365 vergi ödəyicisi tərəfindən 4.287.952 elektron qaimə-faktura təqdim olunub. Bu əməliyyatların dəyəri isə 16 milyard 435 milyon 589 min manatdan artıqdır.

Elektron qaimə-faktura onlayn rejimdə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) vasitəsilə elektron qaydada tərtib edilərək və ya “Lazımi proqramlar”dan istifadə olunmaqla oflayn rejimdə tərtib edildikdən və elektron imza (o cümlədən “Asan imza”) vasitəsilə imzalandıqdan sonra malların, işlərin və xidmətlərin alıcısına göndərilir. Odur ki, sahibkarlıq fəaliyyəti məqsədləri üçün mal (iş, xidmət) alınarkən həmin malların (işlərin, xidmətlərin) alınmasını təsdiq edən elektron qaimə-faktura satıcıdan tələb olunmalıdır.


Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur

E.Əzizli qeyd edib ki, vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturasından ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir: “Buna görə də sahibkarlara tövsiyə olunur ki, fəaliyyətlərində risklərin yaranmaması, hər hansı maliyyə itkilərinə məruz qalmamaları üçün mövcud qanunvericiliyin tələblərinə əməl etsinlər”.

Vergi Məcəlləsinn 58.13.-cü maddəsinə əsasən, elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim olunmasına görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etmək lazımdır.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat uçotu Kursu – Tələbələr üçün xüsusi TƏKLİF!

posted in: muhasibat, Xəbər | 0

Mühasibat Uçotu Kursu Mühasibat uçotuMühasibat uçotu Kursu – Tələbələr üçün xüsusi TƏKLİF!

Gələcək Həmkarlarımıza bizdən növbəti dəstək!!

Əziz Tələbələr! Yay tətilindən maksimum faydalanmağınız üçün Muhasibat.Az kursundan Ramazan bayramı münasibəti ilə Sizə daha yeni bir təklif!! Belə ki, məhz Siz 2 aylıq ödəniş edərək 3 aylıq kursda iştirak edə bilərsiniz! 2 aylıq nəzəri hissəni öyrənirsiniz və 3-cü ayda bizdən Sizə praktiki 1 aylıq təlim HƏDİYYƏ!!

Dərhal qeydiyyatdan keçin! Bu fürsəti qaçırtmayın, yerlər məhduddur!!

Tələb olunan Sənəd-Tələbə Bileti.

Mühasibatlığın 0-dan başlayaraq praktiki şəkildə tədris olunduğu kurs proqramında

– beynəlxalq mühasibatlıq nəzəriyyəsi,
– vergi və DSMF hesabatlarının tərtib olunması,
– müxabirləşmələrin asan və yaddaqalan metodlarla mənimsənilməsi,
– elektron portallarda (Elektron qaimələrin yazılması, əmək müqaviləsinin elektron qeydiyyatı və s.) işləmək qaydaları öyrədilir.

Bundan əlavə olaraq, kursun praktika hissəsində siz rəsmi sənədlərlə praktiki işləmək imkanı əldə edəcəksiniz.

Kursun ümumi müddəti 52 saatdır.

Dərslər 1 və 4-cü günlər (saat 10:00-12:00) tədris olunacaq.

Qeyd: Sınaq dərsinə gələnlərdən şəxsiyyət vəsiqəsini və tələbə biletini gətirmələri xahiş olunur.

Kursda iştirak etmək üçün aşağıdakı linkə daxil olub qeydiyyat formunu doldurmağınız xahiş edilir.

https://form.cubics.pro/form/DTrTquiHhQadDtLmJ

Əlaqə vasitələri:

Telefon: (050) 225-81-05 / (012) 598-37-98

Email:


TELEGRAM KANALIMIZA ÜZV OLUN

“QOÇ ƏT” MMC 1000 manat məvaciblə Mühasib axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

vakansiya mühasibVakansiya: Mühasib

İşəgötürən: “QOÇ ƏT” MMC

  • Şəhər: Bakı
  • Yaş: 24 – 40 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Həsənov Rəşad
Vakansiya barədə məlumat

– Vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– Bank, Kassa, Əmək haqqı sənədlərinin Akinsoft Wolvox proqramına daxil edilməsi
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması
– AR əmək məcəlləsinə vuyğun sənədləşmə və müqavilələrin tərtib olunması
– İş vaxtı: Bazar ertəsi – Cümə, 09:30-dan 18:30-dək, şənbə günü 10:00-dan 16:00-dək

Mühasib üçün tələblər

– AR Əmək məcəlləsinin və Vergi Məcəlləsinin biliklərinə sahib olmaq
– Azərbaycan dilini mükəmməl səviyyədə bilmək ,İngilis dili (arzu olunan)
– Microsoft Office proqramlarını əsasən də Excel proqramını yaxşı səviyyədə bilmək, Excel, Akinsoft Wolvox bilmək
– Analitik təhlil bacarığı
– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
– Ali savad (iqtisadiyyat sahəsi üzrə)

Tələblərə uyğun olmayan və mail-da “Mühasib” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq. Namizədlərin xanım və ya bəy olmasının fərqi yoxdur.

Mənbə: boss.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.