1200 manat məvaciblə Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Baş mühasib VakansiyaVakansiya: Baş mühasib

İşəgötürən: Moon Group MMC

  • Şəhər: Bakı
  • Yaş: 25 – 40 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Quliyev Ruslan
Vakansiya barədə məlumat

– Mühasibat və vergi uçotu ilə bağlı əməliyyatlar
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– Məşğulluq və Statistika idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması
– Bütün növ məzuniyyət və ezamiyyələrin hesablanması
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
– Balansın çıxarılması
– İş qrafiki: 09:00-dan 18:00-dək
– Həftənin 5 günü

Baş mühasib üçün tələblər

– Yalnız xanım namizədlər
– Ali təhsil (bank işi, maliyyə, mühasibat uçotu)
– Maliyyə və ya mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
– MS Office(xüsusillə Excell), 1C 7.7, e-gov,e-taxes və digər portallardan istifadə etmək
– Bütün növ (vergi, DSMF, Statistika və Məşğulluq) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir
– Vergi, əmək qanunvericiliyi barədə biliklər (Vergi Məcəlləsinə edilmiş son dəyişiklikləri bilməli)

Uyğun olan namizədlər şəkilli CV-ni elektron poçt ünvanına göndərə bilərlər ()

Mənbə: kadr.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

“Hər bir sahibkara peşəkar mühasib lazımdır”

posted in: muhasibat, Xəbər | 0

“Hər bir sahibkara peşəkar mühasib lazımdır”

“Qanunvericilikdə mühasibat uçotu ilə bağlı yeni tələblərin müəyyənləşdirilməsi müsbət hal kimi dəyərləndirilməlidir. Xüsusilə ixtisasca mühasib olmayan şəxslərin işəgötürən təşkilatlarda və sahibkarlıq subyektlərində baş mühasib vəzifəsinə təyin edilməsinə görə cərimələrin artırılması, hər şeydən əvvəl, hesabatlılığın və şəffaflığın təmin olunmasına xidmət edəcək. Bu, vergi orqanları ilə vergi ödəyiciləri arasında qarşılıqlı etimad mühitinin formalaşması baxımından çox mühüm dəyişiklikdir”.

İqtisadçı ekspert, Azərbaycan Kooperasiya Universitetinin dosenti Ədalət Əsədov İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsinə (Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması) təklif edilən dəyişiklikləri şərh edərkən belə deyib.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik Milli Məclisin iclasında birinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib. Ədalət Əsədov “vergiler.az”a açıqlamasında bildirib ki, peşə ixtisası mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinin qanunazidd hal kimi müəyyənləşdirilməsi, bununla bağlı sahibkarlıq subyektləri və işəgötürən təşkilatlar qarşısında yeni tələblərin qoyulması xüsusən iri vergi ödəyicilərinin maraqlarına cavab verir: “İstənilən sahibkarın vergi orqanları ilə münasibətlərini tənzimləyən, maliyyə hesabatlarının düzgünlüyünə və etibarlılığına məsul olan şəxs onun mühasibləridir. Hər bir sahibkar istəyər ki, mühasibi öz işinin peşəkarı olsun.


Təcrübə göstərir ki, qeyri-ixtisas təhsilli şəxsləri mühasib vəzifəsinə
işə qəbul edən sahibkarlıq subyektləri vergi qanunvericiliyinin
tələblərinin pozulması hallarına daha çox yol verirlər

Bu mütəxəssislər isə ixtisasca mühasib olan şəxslər ola bilər. Yəni bu dəyişikliklər, hər şeydən əvvəl, sahibkarın və vergi ödəyicilərinin öz xeyrinədir. Məqsəd həm də maliyyə hesabatlarının düzgün tərtib olunmasına, sahibkarlarla vergi orqanları arasındakı münasibətlərin keyfiyyətinin artırılmasına nail olmaqdır.

Bu baxımdan, peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə görə cərimələrin artırılması müsbət hal kimi dəyərləndirilməlidir”.

Ə.Əsədov hesab edir ki, ixtisaslı mühasiblərin işə götürülməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tələblərin əsas səbəbi başqa amillərdir. Onun fikrincə, bu dəyişikliyin kökündə vergi hesablaşmalarının keyfiyyətlə və şəffaf şəkildə yerinə yetirilməsini təmin etmək dayanır: “Təcrübə göstərir ki, qeyri-ixtisas təhsilli şəxsləri mühasib vəzifəsinə işə qəbul etmiş sahibkarlıq subyektləri vergi qanunvericiliyinin tələblərinin pozulması hallarına daha çox yol verirlər. Belə olan halda, həmin sahibkarlıq subyektlərinin maliyyə hesabatlarında səhvlərin olması gözləniləndir. Deməli, sahibkara peşəkar mühasiblər lazımdır ki, onun maliyyə hesabatları vergi qanunvericiliyinin tələblərinə tam cavab versin. Əks halda, vergi orqanları yol verilmiş pozuntularla bağlı yoxlamalar aparacaq, aşkarlanan qüsurlara görə cərimə sanksiyaları tətbiq edəcək ki, bu da heç bir halda sahibkarın maraqlarına uyğun deyil”.

Qeyd olunub ki, qanunvericiliklə müəyyən edilmiş tələblər sahibkarlıq subyektlərində ixtisaslı mühasiblərin işə cəlb olunmasına ciddi əsaslar yaradır: “Bu dəyişikliyin ikitərəfli faydası var. Bir tərəfdən ali təhsil ocaqlarında bu ixtisasa tələb artacaq. Digər tərəfdən isə hazırda işsiz olan ixtisaslı mühasiblərə tələbat atdığından onlar daha rahat şəkildə işlə təmin oluna biləcəklər. Yəni sahibkarlar ixtisaslı mühasiblərlə işləməyə daha çox maraq göstərəcəklər”.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinə əlavə edilmiş 462-ci maddəyə (Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması) əsasən, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin rəhbərləri tərəfindən peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə peşəkar mühasib olmayan şəxslərə baş mühasib vəzifəsinin icrasının həyata keçirilməsinə görə vəzifəli şəxslər 300 manatdan 400 manatadək məbləğdə cərimələnəcəklər.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

İsveç vergi sistemi barədə bilmədiklərimiz (2-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

İsveç vergi sistemiİsveç vergi sistemi barədə bilmədiklərimiz (2-ci hissə)

Vergi pulları hara gedir?

İsveçdə böyük vergilər – isveçlilərin öz ölkələri və həyat keyfiyyətləri ilə bağlı zəruri yüksək tələblər irəli sürməsini qaçılmaz edir. İsveçlilərin güvənə biləcəyi təmir olunmuş yollar, yeni məktəblər və poliklinikalar, ictimai nəqliyyat – bunların hamısı yüksək vergilər hesabına təmin edilir. İsveçlilər üçün zəmanət və sosial müdafiə çox mühümdür, özü də bu hər bir şəxs üçün əlçatan olmalıdır.

Hər bir vergi ödəyicisi bilir ki, əgər o, xəstələnərsə və ya iş yerini itirərsə, sığorta kassasından aylıq əməkhaqqına bərəbər bir ödəniş ala biləcək. Səhiyyə xidməti də İsveçdə demək olar ki, pulsuzdur və vergilər hesabına maliyyələşir. Bütün bunlara vergiləri artırmadan çatmaq, yəqin ki, mümkünsüz olardı.

Beləliklə, vergilərdən hansı sahələr maliyyələşir?

Sosial müdafiə – 41%

Səhiyyə – 13%

Təhsil – 13%

Polis, yanğınsöndürmə xidməti, müdafiə – 6%

Mənzil tikintisi, yol çəkilişi, əmək bazarının dəstəklənməsi – 9%

İdarəçilik, administrasiya – 14%

Digərləri – 4%

İsveçlilərin böyük əksəriyyəti vergiləri qarşısıalınmaz bir bəla kimi deyil, daha çox birbaşa öhdəlik kimi qəbul edirlər. Onlar başa düşürlər ki, vergi yığımları yolların və ya məktəblərin təmirinə, pensiya və səhiyyəyə gedəcək – yəni təyinatı üzrə xərclənəcək. İsveçlilər intizamlı vergi ödəyiciləri olmalarından qürur duyurlar, yeri düşəndə hətta il ərzində kimin daha çox vergi ödəməsi ilə bağlı lovğalanmaqları da az olmur. Digər tərəfdən, ölkədə şirkətlərin maliyyə və mühasibat sənədlərinə açıq giriş mövcuddur: nələrisə gizlətmək mənasızdır.


Həmçinin bax: Dünya ölkələrində əmlak vergisi

Bəyannamə təqdim etmək – bu çox sadə bir işdir

İsveçlilərin vergilərə bu cür dözümlü yanaşmalarının bir səbəbi də var – bu, vergi strukturları ilə ünsiyyətin yüngüllüyüdür. Vergi bəyannaməsini istənilən rahat üsulla göndərmək mümkündür: kağız anketi adi poçtla (baxmayaraq ki, texniki cəhətdən inkişaf etmiş bir ölkədə bu üsuldan nadir hallarda istifadə olunur), sms yolu ilə və ya xüsusi telefon nömrəsi ilə göndərə bilərsən. Vergi xidmətinin saytı isveç dilindən başqa həm də ingilis, rus, fin, türk, ivrit, ərəb və İsveç sakinlərinin danışdıqları digər onlarla dildə fəaliyyət göstərir. Karlar üçün isə saytın surdo-tərcüməli video roliklərdən ibarət ayrıca versiyası da mövcuddur.

Heç bir növbə, usandırıcı gözləmə və bürokratiya mövcud deyil. Əgər, hər hansı bir məlumat bəyannamənin lazımi sətrinə düzgün yazılmayıbsa, vergi xidmətinin nəzakətli əməkdaşları özləri zəng edib, dəqiqləşdirəcək, həmin rəqəmi düzəldəcək və ya yenidən hesablayacaqlar. Yeri gəlmişkən, bir çox vergi ödəyicilərinin heç illik gəlirlərini hesablamalarına da ehtiyac qalmır – vergi xidməti ödəniləcək məbləğlə bağlı doldurulmuş hazır bəyannaməni poçtla vergi ödəyicinə göndərir. Belə bəyannaməni yalnız imzalamq və poçtla da geri göndərmək yetərlidir. Sahibkarlar və il ərzində mənzil alıb-satanlar isə hamıdan çox məlumat doldururlar.

Vergini ödəmisən – pullarını geri al

Vergi orqanları artıq vergi ödənilməsinə çox sayıq yanaşırlar. Hər il may ayının əvvəlində isveçlilər gəlirləri barədə bəyannamə təqdim edirlər. Yarım il ərzində kimsə hansısa səbəblərdən lazım olduğundan artıq vergi ödəyibsə, həmin məbləğ onun bank hesabına köçürüləcək. Bu hansı hallarda baş verə bilər? Misal üçün, əgər vergi ödəyicisi il ərzində öz evinin təmirinə çox xərc çəkibsə və ya evdən işə qədər məsafəni qət etmək üçün çox pul məsrəf edibsə. (Ona görə ki, bəzi baha xidmətlər, eləcə də biznesin inkişafı üçün xərclər vergi hesabatında nəzərə alınır). Bir çoxları vergi orqanları tərəfindən həmin məbləğləri artıq iyun ayında geri ala bilirlər ki, bu da yay tətili günlərində istirahət etmək üçün əla fürsət verir. Bir sözlə, vergi orqanları tərəfindən ödəyiciyə qaytarılan bu bonuslar, lap yerinə düşür.

Məqalənin 3-cü hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Peşəkar mühasib sertifikatı ilə bağlı Qaydalar təsdiq edilib

posted in: muhasibat, Xəbər | 0

“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

Ticarət fəaliyyəti

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 iyun tarixli 105 nömrəli Fərmanının 1.6.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
  1. “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları” təsdiq edilsin. (əlavə olunur)
  2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Azərbaycan Respublikasının
Baş Naziri                 Novruz Məmmədov
Qaydalarla tanış olmaq üçün faylı yükləyin: Peşəkar mühasib sertifikatı ilə bağlı Qaydalar
Mənbə: cabmin.gov.az
Bax: “Mühasibat uçotu haqqında” Qanunun 12-ci maddəsində kiçik dəyişiklik edilib

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.