İsveç vergi sistemi barədə bilmədiklərimiz (2-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0
birbank biznes

İsveç vergi sistemiİsveç vergi sistemi barədə bilmədiklərimiz (2-ci hissə)

Vergi pulları hara gedir?

İsveçdə böyük vergilər – isveçlilərin öz ölkələri və həyat keyfiyyətləri ilə bağlı zəruri yüksək tələblər irəli sürməsini qaçılmaz edir. İsveçlilərin güvənə biləcəyi təmir olunmuş yollar, yeni məktəblər və poliklinikalar, ictimai nəqliyyat – bunların hamısı yüksək vergilər hesabına təmin edilir. İsveçlilər üçün zəmanət və sosial müdafiə çox mühümdür, özü də bu hər bir şəxs üçün əlçatan olmalıdır.

Hər bir vergi ödəyicisi bilir ki, əgər o, xəstələnərsə və ya iş yerini itirərsə, sığorta kassasından aylıq əməkhaqqına bərəbər bir ödəniş ala biləcək. Səhiyyə xidməti də İsveçdə demək olar ki, pulsuzdur və vergilər hesabına maliyyələşir. Bütün bunlara vergiləri artırmadan çatmaq, yəqin ki, mümkünsüz olardı.

Beləliklə, vergilərdən hansı sahələr maliyyələşir?

Sosial müdafiə – 41%

Səhiyyə – 13%

Təhsil – 13%

Polis, yanğınsöndürmə xidməti, müdafiə – 6%

Mənzil tikintisi, yol çəkilişi, əmək bazarının dəstəklənməsi – 9%

İdarəçilik, administrasiya – 14%

Digərləri – 4%

İsveçlilərin böyük əksəriyyəti vergiləri qarşısıalınmaz bir bəla kimi deyil, daha çox birbaşa öhdəlik kimi qəbul edirlər. Onlar başa düşürlər ki, vergi yığımları yolların və ya məktəblərin təmirinə, pensiya və səhiyyəyə gedəcək – yəni təyinatı üzrə xərclənəcək. İsveçlilər intizamlı vergi ödəyiciləri olmalarından qürur duyurlar, yeri düşəndə hətta il ərzində kimin daha çox vergi ödəməsi ilə bağlı lovğalanmaqları da az olmur. Digər tərəfdən, ölkədə şirkətlərin maliyyə və mühasibat sənədlərinə açıq giriş mövcuddur: nələrisə gizlətmək mənasızdır.


Həmçinin bax: Dünya ölkələrində əmlak vergisi

Bəyannamə təqdim etmək – bu çox sadə bir işdir

İsveçlilərin vergilərə bu cür dözümlü yanaşmalarının bir səbəbi də var – bu, vergi strukturları ilə ünsiyyətin yüngüllüyüdür. Vergi bəyannaməsini istənilən rahat üsulla göndərmək mümkündür: kağız anketi adi poçtla (baxmayaraq ki, texniki cəhətdən inkişaf etmiş bir ölkədə bu üsuldan nadir hallarda istifadə olunur), sms yolu ilə və ya xüsusi telefon nömrəsi ilə göndərə bilərsən. Vergi xidmətinin saytı isveç dilindən başqa həm də ingilis, rus, fin, türk, ivrit, ərəb və İsveç sakinlərinin danışdıqları digər onlarla dildə fəaliyyət göstərir. Karlar üçün isə saytın surdo-tərcüməli video roliklərdən ibarət ayrıca versiyası da mövcuddur.

Heç bir növbə, usandırıcı gözləmə və bürokratiya mövcud deyil. Əgər, hər hansı bir məlumat bəyannamənin lazımi sətrinə düzgün yazılmayıbsa, vergi xidmətinin nəzakətli əməkdaşları özləri zəng edib, dəqiqləşdirəcək, həmin rəqəmi düzəldəcək və ya yenidən hesablayacaqlar. Yeri gəlmişkən, bir çox vergi ödəyicilərinin heç illik gəlirlərini hesablamalarına da ehtiyac qalmır – vergi xidməti ödəniləcək məbləğlə bağlı doldurulmuş hazır bəyannaməni poçtla vergi ödəyicinə göndərir. Belə bəyannaməni yalnız imzalamq və poçtla da geri göndərmək yetərlidir. Sahibkarlar və il ərzində mənzil alıb-satanlar isə hamıdan çox məlumat doldururlar.

Vergini ödəmisən – pullarını geri al

Vergi orqanları artıq vergi ödənilməsinə çox sayıq yanaşırlar. Hər il may ayının əvvəlində isveçlilər gəlirləri barədə bəyannamə təqdim edirlər. Yarım il ərzində kimsə hansısa səbəblərdən lazım olduğundan artıq vergi ödəyibsə, həmin məbləğ onun bank hesabına köçürüləcək. Bu hansı hallarda baş verə bilər? Misal üçün, əgər vergi ödəyicisi il ərzində öz evinin təmirinə çox xərc çəkibsə və ya evdən işə qədər məsafəni qət etmək üçün çox pul məsrəf edibsə. (Ona görə ki, bəzi baha xidmətlər, eləcə də biznesin inkişafı üçün xərclər vergi hesabatında nəzərə alınır). Bir çoxları vergi orqanları tərəfindən həmin məbləğləri artıq iyun ayında geri ala bilirlər ki, bu da yay tətili günlərində istirahət etmək üçün əla fürsət verir. Bir sözlə, vergi orqanları tərəfindən ödəyiciyə qaytarılan bu bonuslar, lap yerinə düşür.

Məqalənin 3-cü hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email