ƏDV-dən azad avadanlığın quraşdırılması ƏDV-dən azaddır?

posted in: Vergi, Xəbər | 0

Əvəzləşdirilməyən ƏDVSual: Xahiş edirəm aşağıda qeyd etdiyim sualı cavablandırasınız. Malsatan şirkət ƏDV ödəyicisidir. Satılan mal kənd təsərrüfatına aid suvarma sistemidir. Vergi Məcəlləsinin 164.1.34 maddəsinə əsasən suvarma qurğularının satışı ƏDV tutulan əməliyyat deyil.

Sualım belədi ki, həmən o suvarma qurğsunun quraşdırılmasıda Əlavə Dəyər Vergisindən azaddır? Bilindiyi kimi suvarma sistemi ehtiyyat hissələrindən ibarətdir və istifadə ediləcəyi yerdə yığılmalıdır.

Cavab: Vergi Məcəlləsinin 164.1.34-cü maddəsinə əsasən, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışı isə ƏDV-dən azaddır.

Göründüyü kimi, maddədə azadolma yalnız adıçəkilən malların idxalına və satışına aid edilmişdir.

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vakansiya: Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya mühasibVakansiya: Mühasib

İşəgötürən: ATA BABA Fabrika MMC

  • Şəhər: Qax
  • Yaş: 23 – 60 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Nigar Əlizadə
Vakansiya barədə məlumat

– Alış və satış qaimələrinin gündəlik 1C proqramına daxil edilməsi, nəzarəti, yaranan problemlərin araşdırılması və aradan qaldırılması
– Gündəlik, həftəlik, aylıq daxili hesabatların hazırlanması
– Kompüterdə mühasibatlıq işlərinin aparılması
– Məhsul və materialları üçün bazanın saxlanması
– Həftəlik, aylıq satış hesabatlarının hazırlanması
– Daxili sənədləşmənin izlənilməsi
– Kadr işləri
– Məşğulluq və Statistika idarəsinə hesabatların hazırlanması
– DSMF hesabatlarının hazırlanması
– Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması
– Bütün növ məzuniyyət və ezamiyyələrin hesablanması
– Həftədə 6 iş günü
– İş vaxtı: 09:00-dan 19:00-dək
– İstirahət günü: Bazar günü

Mühasib üçün tələblər
– Ali-peşə təhsil (maliyyə, mühasibat uçotu)

– Maliyyə və ya mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
– MS Office(xüsusillə Excell), 1C 8.3, e-gov,e-taxes və digər portallardan istifadə etmək
– Bütün növ (vergi, DSMF, Statistika və Məşğulluq) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir
– Vergi, əmək qanunvericiliyi barədə biliklər (Vergi Məcəlləsinə edilmiş son dəyişiklikləri bilməli)

CV e-mail ilə göndərilməlidir. İş 01 avqust tarixdən başlıyır.

Mənbə: boss.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Zirək mühasibin 10 prinsipi (5-ci hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

prinsip zirək mühasibZirək mühasib və ona xas 10 prinsip (5-ci hissə)

5-ci hissə (4-cü hissəni oxumaq üçün keçidə daxil olun)

İstənilən peşə fəaliyyətində mütəxəssislərin təntənə ilə keçməli olduğu mərhələlər mövcuddur. Təhsildən sonra istənilən bir şəxsin öz vəzifələrini yerinə yetirməyə başlaması və iş təcrübəsi toplaması – onun çalışma fəaliyyəti üçün ilk mərhələni təşkil edir. Müəyyən zaman keçdikdən sonra şəxs başa düşür ki, əldə etdiklərində ilişib qalması səhv olardı. Beləliklə, o, özünün cari təcrübəsini nəzərə almaqla nəzəri biliklər də əldə etməyə başlayır ki, bu da ikinci mərhələ hesab olunur. Bu istiqamətdə inkişaf edərkən şəxs yeni çətinliklər, maneələrlə rastlaşır və bunları dəf etmək lazım gəlir. Adətən bütün bunlar metaforik mənada əlavə “əziyyətlər”, “məhrumiyyətlər” və “çətinliklərlə” müşaiyət olunur. Bir çox illər ötdükdən sonra keçmiş mütəxəssis bütün bu çətinlikləri dəf edərək, iradəsi sayəsində əsil peşəkara çevrilir.

Bu gün biz sizdən ötrü ən zirək mühasib ola bilmək üçün on prinsip – qayda toplamışıq. Belə qabiliyyətlərə malik bir mühasib isə təkcə əmək bazarında deyil, həm də gündəlik həyatda yüksək dəyərləndirilir.

9-cu qayda: “Özgə əməyini qiymətləndir”

Ürəklə öz işi ilə məşğul olan bir adam, başqalarının əməyinə də hörmətlə yanaşır, dəyər verir. Təəssüflər olsun ki, bu xüsusiyyət heç də həmişə kənardakılar arasında yayılmır. Bizdən bəziləri çəkilən siqaret kötüyünü çox asanlıqla səki üzərinə atır, içib qurtara bilmədiyimiz pivə bankasını skamya üzərində qoyur və yaxud da buna bənzər digər əməllərə yol veririk. Zirək mühasib heç vaxt belə etmir. Bundan əlavə, o, hətta rəhbərlik özünə qarşı ədalətsizlik etdikdə belə, tabeçiliyində olan şəxslər qarşısında heç vaxt direktorunu ayağa vermir. O, həmişə ədalətin tərəfində olur və həmişə başqasının əməyinə dəyər verməyənlərə irad bildirməyə hazır olur.

10-cu qayda: “Özünü tənqid et”

Hər bir insanın daxilində “kiçik hakim” yaşamalıdır, hansı ki, onun əməllərinə və addımlarına hər dəqiqə qiymət verə bilsin. Peşəkar mühasib üçün həmin hakim az qala 24 saat ərzində, həm iş yerində, həm də evdə olduqda belə işləməlidir. Ətrafımızda çoxlu sayda təhlükəli və məkrli şirnikləşdirici şeylər var – yuxarıda sadalanan qaydalardan biri pozularsa, öz prinsiplərinizdən kənara çıxma demək olardı. Bu isə həllini gözləyən  məsuliyyətli bir tapşırığın yanından yan ötmək kimi bir şey olardı. Əlbəttə, heç birimiz səhvlərdən xali deyilik, lakin, zirək mühasib olmaq – bu bir ölçü, meyardır, hansı ki, buna uyğun hərəkət etməlisən. Öz şəxsi fəaliyyətinin tənqidi bu işlərdə köməyə çatır və insanı yaxşı və namuslu olmağa sövq edir. Bu isə müasir zamanda çox vacib bir şeydir.

Nəticələr

Yuxarıda deyilənlərdən belə nəticə çıxarmaq olar, zirək mühasib olmaq – bu zəhmətli bir işdir. Yazdığımız qaydaların öz təbiətinə görə sadəliyinə baxmayaraq, hər gün bunlara əməl etmək çox mürəkkəb bir işdir. Bu qaydalar öz üzərinizdə gündəlik çalışmağı tələb edir. İnsanın ən yaxşı keyfiyyətlərini üzə çıxarmağa kömək edir.  Bunu elə də asanlıqla təsəvvür edə bilməzsiniz, amma, belələri aramızda dolaşır. Biz onları təlqin etməli və onlara oxşamalı deyilik. Sadəcə belələrinin təcrübəsindən yararlanmaq olar və baxmaq olar ki, bu sizdə də alına bilərmi. Əgər, alınarsa, onda bu nümunəni qoruyub saxlamağa dəyər.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Auditorlar Palatası ötən ili mənfəətlə başa vurub

posted in: Audit, Xəbər | 0

Auditorlar Palatası ötən ili mənfəətlə başa vurub

Auditorlar Palatası seminarAuditorlar Palatasının cəmi aktivləri bu il yanvarın 1-nə 432 min manat təşkil edib.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 18% çoxdur.

Hesabat dövründə Palatanın cəmi öhdəlikləri 37,5% artaraq 44 min manata, cəmi kapitalı isə 16,2% artaraq 388 min manata çatıb.

2018-ci ildə qurumun əməliyyat gəlirləri 774 min manat (2017-ci ilə nisbətən 12,2% çox), o cümlədən üzvlük haqlarından gəlirləri 730 min manat (18,9% çox), ixtisasartırma və imtahan gəlirləri 43 min manat (10,3% çox), qrant və ianələrdən gəlirləri 2 min manat (təxminən 25 dəfə az), əməliyyat xərcləri isə 720 min manat (18,4% az), o cümlədən işçilərə çəkilən xərclər 395 min manat (12,9% çox), ezamiyyə xərcləri 37 min manat (60,9% çox), məlumat və reklam xərcləri 64 min manat (25,5% çox),

çap və mətbuat xərcləri 8 min manat (2 dəfə çox), informasiya texnologiyaları dəstəyi və ofis xərcləri 26 min manat (10,3% az), ümidsiz borc xərcləri 53 min manat (77,45% az), amortizasiya və qiymətdən düşmə xərcləri 23 min manat (21,05% çox), rabitə xərcləri 25 min manat (8,7% çox), üzvlük haqqı xərcləri 19 min manat (5,6% çox), audit və peşəkar məsləhət xidmətləri xərcləri 42 min manat (10,5% çox), sair əməliyyat xərcləri 20 min manat (33,3% az), bank xərcləri 4 min manat (təxminən 10% çox), icarə xərcləri 4 min manat (dəyişməyib) olub.

Son nəticədə Auditorlar Palatası ötən ili 54 min manat mənfəətlə başa vurub. Halbuki, Palata əvvəlki ildən 191 min manat zərərlə çıxmışdı.
Mənbə: report.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN