ƏDV-dən azad avadanlığın quraşdırılması ƏDV-dən azaddır?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Əvəzləşdirilməyən ƏDVSual: Xahiş edirəm aşağıda qeyd etdiyim sualı cavablandırasınız. Malsatan şirkət ƏDV ödəyicisidir. Satılan mal kənd təsərrüfatına aid suvarma sistemidir. Vergi Məcəlləsinin 164.1.34 maddəsinə əsasən suvarma qurğularının satışı ƏDV tutulan əməliyyat deyil.

Sualım belədi ki, həmən o suvarma qurğsunun quraşdırılmasıda Əlavə Dəyər Vergisindən azaddır? Bilindiyi kimi suvarma sistemi ehtiyyat hissələrindən ibarətdir və istifadə ediləcəyi yerdə yığılmalıdır.

Cavab: Vergi Məcəlləsinin 164.1.34-cü maddəsinə əsasən, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışı isə ƏDV-dən azaddır.

Göründüyü kimi, maddədə azadolma yalnız adıçəkilən malların idxalına və satışına aid edilmişdir.

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email