Zirək mühasibin 10 prinsipi (4-cü hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Zirək mühasib və ona xas 10 prinsip (4-cü hissə)

4-cü hissə (3-cü hissəni oxumaq üçün keçidə daxil olun)

İstənilən peşə fəaliyyətində mütəxəssislərin təntənə ilə keçməli olduğu mərhələlər mövcuddur. Təhsildən sonra istənilən bir şəxsin öz vəzifələrini yerinə yetirməyə başlaması və iş təcrübəsi toplaması – onun çalışma fəaliyyəti üçün ilk mərhələni təşkil edir. Müəyyən zaman keçdikdən sonra şəxs başa düşür ki, əldə etdiklərində ilişib qalması səhv olardı. Beləliklə, o, özünün cari təcrübəsini nəzərə almaqla nəzəri biliklər də əldə etməyə başlayır ki, bu da ikinci mərhələ hesab olunur. Bu istiqamətdə inkişaf edərkən şəxs yeni çətinliklər, maneələrlə rastlaşır və bunları dəf etmək lazım gəlir. Adətən bütün bunlar metaforik mənada əlavə “əziyyətlər”, “məhrumiyyətlər” və “çətinliklərlə” müşaiyət olunur. Bir çox illər ötdükdən sonra keçmiş mütəxəssis bütün bu çətinlikləri dəf edərək, iradəsi sayəsində əsil peşəkara çevrilir.

Bu gün biz sizdən ötrü ən zirək mühasib ola bilmək üçün on prinsip – qayda toplamışıq. Belə qabiliyyətlərə malik bir mühasib isə təkcə əmək bazarında deyil, həm də gündəlik həyatda yüksək dəyərləndirilir.

7-ci qayda: “Başqalarına diqqət yetirməyin”

Zirək mühasib – öz prinsiplər, əqidə və baxışlar dəsti olan unikal şəxsiyyətdir. Başqalarını kopya edən, onun maneralarını, addımlarını və s. təlqin edən insan heç vaxt uğura çatmayacaq. Peşəkar həmişə özünə güvənir, çətinliklər və maneələri sərbəst şəkildə keçməklə möhkəmlənir. O, daim öz üzərində çalışır, nəyi yaxşılaşdırmaq lazım olduğunu gözəl anlayır. Kimsə yüz faiz başqa bir obrazı təlqin etsə, birincisi, o heç vaxt öz məqsədinə çatmayacaq, ikincisi isə bədbəxt olaraq qalacaq. Hətta bizim məsləhətlərimiz belə onlardan ötrü “müqəddəs bir şey” olmayacaq. Ən yaxşısı bunu öz üzərində sınaqdan keçirməkdir və bundan sonra nəticə çıxarmaq olar.

8-ci qayda: “İşi sonadək çatdır”

Bir işi başlayıb, sona çatdırmamaq, bu ən pis vərdişdir. Bu zibil yığını kimi bir şey olacaq, həyat məkanınızı daraldacaq. Bunu yarımçıq qoyduğumuz şeylərə aid etmək olar. Peşəkar mühasib bunlardan uzaq durmağa çalışır və öz imkanlarını ayıq başla dəyərləndirir. Yalnız bundan sonra o, qarşısına qoyduğu tapşırıqları yerinə yetirməyə başlayır və hədəfə çatmaqdan ötrü maksimum səy göstərir.

Məqalənin 5-ci hissəsini oxumaq üçün keçidə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda 13 yerli və 2 xarici şirkət ləğv olundu

posted in: Xəbər | 0

Azərbaycanda 13 yerli və 2 xarici şirkət ləğv olundu

“E-TICKET” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1404523331

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 40, mənzil 63 ünvanına bildirə bilərlər.


“TORCA” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1503781981

Ləğv olunduğunu elan edir.Kreditorlar iki ay ərzində tələblərini AZ1033 Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası ev 852, mənzil 0 ünvanına bildirə bilələr.


LAN LAVV CHAMBERS LLP” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALı

VÖEN: 1403778921

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələbini AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə ev 102 A ünvanına bildirə bilərlər.


“HORECA-AZ GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1305525931

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1006, Bakı şəhəru, Yasamal rayonu, Tağı Şahbazi küçəsi, ev 102A, mənzil 12 ünvanına bildirə bilələr.


“HORECA-AZ DİSTRİBUTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1305738151

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1006, Bakı şəhəru, Yasamal rayonu, Tağı Şahbazi küçəsi, ev 102A, mənzil 12 ünvanına bildirə bilələr.


“HORECA-AZ HOSPİTALİTY” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1305738021

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1006, Bakı şəhəru, Yasamal rayonu, Tağı Şahbazi küçəsi, ev 102A, mənzil 12 ünvanına bildirə bilələr.


“AEGION CORROSION PROTECTION HOLDINGS LIMITED” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI

VÖEN: 1304175491

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 37, Demirchi Tower 16-cı mərtəbə ünvanına və ya elektron ünvanına bildirə bilərlər.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


“Youth Development Centre” MMC

VÖEN: 1902222931

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı səhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 68, mənzil 27 ünvanına bildirə bilərlər.


“BAKU İNTERNATİONAL LANGUAGE CENTER” MMC

VÖEN: 1002716681

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Mikayıl Mikayılov küçəsi, ev 11A, mənzil 14 ünvanına bildirə bilələr.


GÜNƏŞ-İNŞAAT MMC

VÖEN: 1900076731

“AGP” MMC-nin (VÖEN 1601808341) ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu, “AGP” MMC “GÜNƏŞ-İNŞAAT” MMC-yə qoşularaq ləğv olunduğunu elan edir.


“RAHAT MƏNZİL” MTK

VÖEN: 2002749921

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələbini AZ 1027, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, məhəllə 2964, ev 4 ünvanına bildirə bilərlər.


“BLOSSOM HOUSE” MMC

VÖEN: 1402643371

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələbini Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 9 ünvanına bildirə bilərlər.


“BLOSSOM PROPERTY” MMC

VÖEN: 1402642171

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələbini Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 9 ünvanına bildirə bilərlər.


“LOKOMOTİV VOLEYBOL KLUBU” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1403646101

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva 230 ünvanına bildirə bilərlər.


“ABŞERON VOLEYBOL KLUBU” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1403767351

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva 230 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əmlakın icarəyə verilməsindən gəlir əldə edənlərin vergi öhdəlikləri

posted in: Vergi, Xəbər | 0

Yaşayış sahəsiVergi Məcəlləsinin 221.7-ci maddəsinə əsasən, əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda, həmin Məcəllənin 218.1-ci, 218.2-ci və 218.3-cü maddələri nəzərə alınmaqla, digər fəaliyyətdən əldə etdikləri gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər. Bu halda əmlakın icarəyə verilməsi, royalti və digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Bu maddənin tətbiqinin əsas məqsədi sadələşdirilmiş verginin ödəyicisi olan şəxsin əmlakın icarəyə verilməsindən də gəliri olduqda, hansı verginin ödəyicisi olduğunu müəyyənləşdirməkdir. Çünki Vergi Məcəlləsinin 218.5.4-cü maddəsinə əsasən, əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslərin sadələşdirilmiş vergitutma sistemini tətbiq etmək hüququ yoxdur. Bu maddədə isə göstərilir ki, gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparan vergi ödəyiciləri icarə gəlirləri üzrə gəlir (mənfəət) vergisini, digər fəaliyyətdən əldə etdikləri gəlirlərə görə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər.

Onu da qeyd edək ki, hüquqi şəxsin icarə gəlirləri sahibkarlıq fəaliyyətindən gəlir sayıldığından, ardıcıl 12 ay ərzində 200.000 manatdan artıq olsa, müəssisə illik mənfəət vergisi ilə yanaşı, aylıq icarə gəlirlərinə həm də ƏDV hesablayacaq.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Misal:
Tutaq ki, müəssisənin ardıcıl 12 ay ərzində icarə gəlirləri 215.000 manat olub. Bu halda, müəssisənin icarə gəlirləri 200.000 manatdan artıq olduğundan, müəssisə ƏDV qeydiyyatına duracaq və pərakəndə ticarətdən əldə edilən gəlirləri ilə icarə gəlirlərini toplayaraq aylıq ƏDV-yə cəlb etməklə yanaşı, illik mənfəət vergisini də hesablayacaqdır.

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdə isə icarə gəlirləri qeyri-sahibkarlıq fəaliyyətindən gəlir sayıldığından, dövriyyəsindən (200.000 manatdan artıq olsa belə) asılı olmayaraq, onların icarə gəlirlərinə ƏDV tətbiq edilmir. İcarə gəlirlərinə görə yalnız illik gəlir vergisi hesablanır.

Misal:
Sadələşdirilmiş vergi ödəyicisi olan müəssisə Bakı şəhərində həm pərakəndə ticarətlə məşğul olur, həm də mülkiyyətində olan anbarları icarəyə verir. Müəssisə pərakəndə ticarətdən aylıq 10.000 manat, icarədən isə 2.000 manat gəlir əldə edir. Vergi Məcəlləsinin 218.5.4-cü maddəsinə əsasən, əmlakın icarəyə verilməsindən gəlir əldə edənlərin sadələşdirilmiş vergitutma sistemini tətbiq etmək hüququ olmadığı üçün müəssisə pərakəndə ticarətdən dövriyyə üzrə aylıq 200 manat (10.000 x 2%) sadələşdirilmiş vergi hesablayacaq. İcarə gəlirlərinə görə isə illik 4.800 manat (2.000 x 12) x 20%) mənfəət vergisi hesablayacaqdır.

Bu halda, müəssisə pərakəndə ticarətdən əldə olunan gəlirlər üzrə sadələşdirilmiş verginin ödəyicisi, əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlər üzrə isə mənfəət vergisi ödəyicisi olacaqdır. Müəssisə əmlakın icarəyə verilməsi ilə əlaqədar gəlir və xərclərinin uçotunu ayrı apararaq, bu fəaliyyət üzrə mənfəəti (zərəri) sadələşdirilmiş vergi üzrə mənfəətə (zərərə) aid etməməlidir. Qeyd edək ki, müəssisənin icarə gəlirləri ardıcıl 12 ay ərzində 200.000 manatdan artıq olsa idi, müəssisə aylıq icarədən gəlirlərinə həm də ƏDV hesablamalıydı.

Misal:
Müəssisə, pərakəndə ticarətdən aylıq gəliri 15.000 manat və icarədən aylıq gəliri isə 17.000 manat olmaqla, ardıcıl 12 ay ərzində ümumilikdə 204.000 manat gəlir əldə edib. Bu halda icarə gəlirləri 200.000 manatdan artıq olduğundan, müəssisə ƏDV qeydiyyatına duracaq və aylıq pərakəndə ticarətdən olan gəlirləri ilə icarə gəlirlərini toplayaraq 32.000 manata (17.000 + 15.000) ƏDV hesablayacaqdır.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

2019-cu ilin may ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar və ödənilməli vergilər barədə YADDAŞ

posted in: Vergi, Xəbər | 0

ödənilməli vergilər2019-cu ilin may ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, ödənilməli vergilər və sığorta haqqları barədə

Y A D D A Ş

 

Əmlak və torpaq vergisinin ödəyiciləri olan müəssisələr tərəfindən

 

  • 2019-cu il üzrə Torpaq vergisinin bəyannaməsi 2019-cu ilin may ayının 15-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.
  • 2019-cu ilin 2-ci rübü üzrə əmlak vergisinin cari ödəmələri 2019-cu ilin may ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.

 

2019-cu ilin aprel ayına görə vergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları

  • Əlavə dəyər vergisi bəyannaməsi,
  • Aksiz vergisi bəyannaməsi,
  • Yol vergisi bəyannaməsi,
  • Mədən vergisi bəyannaməsi,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi
2019-cu ilin may ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir. Təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
  • Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş verginin bəyannaməsi 2019-cu ilin may ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).
  • Muzdlu işlə əlaqədar 2019-cu ilin aprel ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi 2019-cu ilin may ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – 2020-ci ilin yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 2019-cu ilin 2-ci rübü üzrə bəyannaməni 2019-cu ilin iyul ayının 22-dən gec olmayaraq təqdim edirlər).
  • Xüsusi notariusların 2019-cu ilin aprel ayı üzrə hesabladığı gəlir vergisi 2019-cu ilin may ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (2019-cu ilin 2-ci rübü üzrə bəyannamə cari ilin iyul ayının 22-dən gec olmayaraq təqdim edilməlidir).
  • Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə 2019-cu ilin aprel ayı üzrə hesablanmış sığorta haqqları 2019-cu ilin may ayının 15-dən gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.

 

Qeyd: 20.07.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin son müddəti 22.07.2019-cu il tarixə keçirilmişdir.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.