Zirək mühasibin 10 prinsipi (4-cü hissə)

birbank biznes

Zirək mühasib və ona xas 10 prinsip (4-cü hissə)

4-cü hissə (3-cü hissəni oxumaq üçün keçidə daxil olun)

İstənilən peşə fəaliyyətində mütəxəssislərin təntənə ilə keçməli olduğu mərhələlər mövcuddur. Təhsildən sonra istənilən bir şəxsin öz vəzifələrini yerinə yetirməyə başlaması və iş təcrübəsi toplaması – onun çalışma fəaliyyəti üçün ilk mərhələni təşkil edir. Müəyyən zaman keçdikdən sonra şəxs başa düşür ki, əldə etdiklərində ilişib qalması səhv olardı. Beləliklə, o, özünün cari təcrübəsini nəzərə almaqla nəzəri biliklər də əldə etməyə başlayır ki, bu da ikinci mərhələ hesab olunur. Bu istiqamətdə inkişaf edərkən şəxs yeni çətinliklər, maneələrlə rastlaşır və bunları dəf etmək lazım gəlir. Adətən bütün bunlar metaforik mənada əlavə “əziyyətlər”, “məhrumiyyətlər” və “çətinliklərlə” müşaiyət olunur. Bir çox illər ötdükdən sonra keçmiş mütəxəssis bütün bu çətinlikləri dəf edərək, iradəsi sayəsində əsil peşəkara çevrilir.

Bu gün biz sizdən ötrü ən zirək mühasib ola bilmək üçün on prinsip – qayda toplamışıq. Belə qabiliyyətlərə malik bir mühasib isə təkcə əmək bazarında deyil, həm də gündəlik həyatda yüksək dəyərləndirilir.

7-ci qayda: “Başqalarına diqqət yetirməyin”

Zirək mühasib – öz prinsiplər, əqidə və baxışlar dəsti olan unikal şəxsiyyətdir. Başqalarını kopya edən, onun maneralarını, addımlarını və s. təlqin edən insan heç vaxt uğura çatmayacaq. Peşəkar həmişə özünə güvənir, çətinliklər və maneələri sərbəst şəkildə keçməklə möhkəmlənir. O, daim öz üzərində çalışır, nəyi yaxşılaşdırmaq lazım olduğunu gözəl anlayır. Kimsə yüz faiz başqa bir obrazı təlqin etsə, birincisi, o heç vaxt öz məqsədinə çatmayacaq, ikincisi isə bədbəxt olaraq qalacaq. Hətta bizim məsləhətlərimiz belə onlardan ötrü “müqəddəs bir şey” olmayacaq. Ən yaxşısı bunu öz üzərində sınaqdan keçirməkdir və bundan sonra nəticə çıxarmaq olar.

8-ci qayda: “İşi sonadək çatdır”

Bir işi başlayıb, sona çatdırmamaq, bu ən pis vərdişdir. Bu zibil yığını kimi bir şey olacaq, həyat məkanınızı daraldacaq. Bunu yarımçıq qoyduğumuz şeylərə aid etmək olar. Peşəkar mühasib bunlardan uzaq durmağa çalışır və öz imkanlarını ayıq başla dəyərləndirir. Yalnız bundan sonra o, qarşısına qoyduğu tapşırıqları yerinə yetirməyə başlayır və hədəfə çatmaqdan ötrü maksimum səy göstərir.

Məqalənin 5-ci hissəsini oxumaq üçün keçidə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email