Bölgəyə 550 manat məvaciblə Mühasib-Təcrübəçi tələb olunur

posted in: muhasibat, Təcrübə, Vakansiya, Xəbər | 2

mühasib təcrübəçi vakansiya Vakansiya: Mühasib-Təcrübəçi

Müəssisənin adı: “Qazax Sement Zavodu” MMC 
İş yeri: Qazax rayonu, Daş Salahlı kəndi 
Maaş: 450-550 AZN

Namizədə tələblər:
  • Ali təhsil (mühasibat, maliyyə, iqtisadiyyat)
  • İş təcrübəsi və ya praktikanın olması üstünlükdür lakin vacib deyil
  • Yaş həddi 21-30
  • MS Office – Word və Excel proqramı bilikləri
  • Rus və İngilis dilləri bilikləri üstünlükdür
  • Beynəlxalq mühasibat uçotu standartları bilikləri üstünlükdür
  • Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmaq
  • Analitik düşünmə, düzgünlük və təşkilatçılıq qabiliyyəti olmalıdır.
Vakansiya üzrə əsas vəzifə öhdəlikləri:

Aşağıdakı proseslərin öyrənilməsi və sonra bu proseslərdə iştirak:

• Kassa, bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
• Debitor və kreditor hesablaşmaların aparılması;
• Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
• Mal-materialların uçotunun aparılması;
• Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
• Təhtəl hesab, şəxslərlə iş və müvafiq uçotun aparılmasını təmin edilməsi;
• Müəsisənin debitor və kreditorlar üzrə hesablaşmalarının dəqiqliyini təmin edilməsi;
• Əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu və s. tələbat fonduna və digər ehtiyyat fondlarına ayırmaları tərtib edilməsi;
• Vergi orqanlarına və digər dövlət qurumları tərəfindən tələb olunan bütün növ hesabatların hazırlanmasını və təqdim edilməsi;
• Digər mühasibat işlərinin yerinə yetirilməsi.

CV-ləri  / elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Mövzu hissəsinə Mühasib – təcrübəçi qeydi zəruridir.

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.  

Uşaq əməyindən istifadə edənləri hansı cərimələr gözləyir?

posted in: Xəbər | 0

Uşaq əməyindən istifadə edənləri hansı cərimələr gözləyir?


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Bu gün bir çox sahələrdə uşaqların çalışdığının şahidi oluruq. Xüsusilə ticarət sektorunda onların əməyindən istifadə edilməsi adi hal alıb. Bəs qanunvericilik bunu necə tənzimləyir? Uşaq və yeniyetmələrə hansı hallarda işləməyə icazə verilir? 

Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 17.5-ci maddəsinə əsasən, 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Bu məsələ əmək qanunvericiliyində də əksini tapıb.

Məsələyə münasibət bildirən hüquqşünas Səbuhi Axundov bildirib ki, Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Məcəllənin 228-ci maddəsinə əsasən, qadınların, yaşı 18-dən az olan işçilərin, habelə əmək şəraiti zərərli və ağır olan işçilərin əməyinin mühafizəsi sahəsində münasibətlərin xüsusiyyətləri bu Məcəllə və müvafiq normativ hüquqi aktlarla tənzimlənir: “Yaşı 15-dən az olan şəxslərin qanunvericiliklə işə qəbul edilməsinə yol verilmir.


15 yaşına çatmamış şəxsləri işə götürən, onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, habelə qanunvericiliyin tələblərinə əməl etməyən işəgötürənlər müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilirlər


Əmək Məcəlləsinin 250-ci maddəsinə əsasən, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə əxlaqi kamilliyin inkişafına mənfi təsir göstərən məkanlarda:

– gecə klublarında, barlarında, kazinolarda,

– o cümlədən spirtli içkilərin və toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində,

– həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı işlərdə

yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır. İcbari ümumi orta təhsil haqqında qanunvericiliyin şamil edildiyi yaşı 18-dən az olan şəxslərin bu təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə, normadan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi də yolverilməzdir”.

S.Axundov əlavə edib ki, yaşı 18-dən az olan işçilərin gecə işlərinə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunması, habelə ezamiyyətə göndərilməsi qadağandır. Onlar üçün gecə vaxtı axşam saat 20-dən səhər saat 7-dək olan müddət hesab edilir. Yeniyetmə yaşında olan işçilər yalnız tibbi müayinədən keçirildikdən sonra işə qəbul edilə bilərlər. Onlar 18 yaşına çatanadək hər il işəgötürənin vəsaiti hesabına hökmən tibbi müayinədən keçirilməlidirlər.

Hüquqşünas qanunvericiliyin bu tələblərinin pozulmasına görə sahibkarların üzərinə düzən məsuliyyətə də toxunub:

“Əmək Macəlləsinin 12.2-ci maddəsinə əsasən, 15 yaşına çatmamış şəxsləri işə götürən, onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, habelə qanunvericiliyin tələblərinə əməl etməyən işəgötürənlər müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilirlər.

Məcəllənin 46.4-cü maddəsində isə göstərilir ki, əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır. Belə müqaviləni bağlayan işəgötürən Əmək Məcəlləsinin 312-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir. 15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır”.

Qanunvericiliyin bu tələblərini pozan şəxslərə isə İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun qaydada cərimələrin tətbiqi nəzərdə tutulur. İşəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər 1.000 manatdan 1.500 manatadək məbləğdə cərimə edilir. Hüquqi şəxslər isə 3.000 manatdan 5.000 manatadək cərimə edilir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.  

Azərbaycanda 30 yerli, 4 xarici şirkət ləğv olundu

posted in: Vergi, Xəbər | 0

Azərbaycanda 30 yerli, 4 xarici şirkət ləğv olundu

şirkət


TELEGRAM KANALIMIZA ÜZV OLUN


“MİLAN LTD-1” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 3100535571

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Abşeron rayonu, Görədil qəsəbəsi ünvanına bildirə bilərlər.


“VAAQNER-BİRO ŞTALBAU AG” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI

VÖEN: 2001960101

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 25, mənzil 52 ünvanına bildirə bilərlər.


“SİSTER TRAVEL” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1404491091

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Vaqif pr., ev 3, mənzil 105 ünvanına bildirə bilərlər.


“S&M” FİRMASI

VÖEN: 1300414801

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr., ev 118, mənzil 53 ünvanına bildirə bilərlər.


TOĞRUL-E MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1300563491

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti ünvanına bildirə bilələr.


“GÜNDÜZ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 7700095971

Ləğv olunduğunu elan edir.Kreditorlar iki ay ərzində tələblərini Xaçmaz şəhəri, Ş.Sultanov küçəsi, ev 43 ünvanına bildirə bilərlər.


“KARDEŞLER” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 2005332801

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, İlham Məmmədov küçəsi 17/5, mənzil 0 ünvanına bildirə bilələr.


TÜRKAN MÜƏSSİSƏSİ MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 3100180051

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Abşeron rayonu, Türkan üzümçülük savxozu ünvanına bildirə bilələr.


“AZORCHİD HOTELS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1401788441

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, S.Rüstəm ev 9, mənzil 1 ünvanına bildirə bilələr.


“OCAQ” FİRMASI

VÖEN: 1000186321

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1114, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, Cəlil Məmmədquluzadə (Rəsulzadə qəsəbəsi), ev 15 ünvanına bildirə bilərlər.


“5C 2015 PRODUCTIONS LLC” Azərbaycan Respublikasındakı Filialı

VÖEN: 1303632561

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Z.Tağıyev küçəsi 13 ünvanına bildirə bilələr.


INPAY INTERNATIONAL AZERBAIJAN MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1503213801

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri Nəsimi rayonu, Kərpic, ev.14 m.1/2 bildirə bilərlər.


“CHİRAG ENGİNEERİNG” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1403758201

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1111, Bakı  şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə 4 mkr., ev 4, mənzil 42 ünvanına bildirə bilərlər.


“NORTHEAST INVESTMENTS HOLDING AG” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI NÜMAYƏNDƏLİYİ

VÖEN: 1701406541

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1065, Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov, ev  6, Bridge Plaza, 6-cı mərtəbə ünvanına bildirə bilərlər.


“ETNA 999” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1504323711

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 120, mənzil 1 ünvanına bildirə bilələr.


“A.H.G” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1100770431

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Baki şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ev 1, mənzil 40 ünvanına bildirə bilərlər.


“OPEN TRAVEL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1504038881

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Baki şəhəri, Koroğlu Rəhimov 22 ünvanına bildirə bilərlər.


“TRANS LOGİSTİCS İNVESTMENTS L.P.” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1701977801

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Sabail rayonu, Badamdar ŞTQ, Badamdar şossesi,ev 5,mənzil 30 ünvanına bildirə bilərlər.


“HV KONSALTİNQ” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1503931461

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov, ev 6, mənzil 3 ünvanına bildirə bilələr.


“AZERKLİK” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1502964971

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, A.Salamzadə küçəsi, ev 28D ünvanına bildirə bilələr.


“EUREST SUPPORT SERVİCES” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1302177211

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 37, Demirchi Tower 16-cı mərtəbə ünvanına və  poçt ünvanına bildirə bilərlər.


“RESUME” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 7702060271

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini  AZ2700, Xaçmaz rayonu, Xaçmaz şəhəri, A.Zeynallı, ev.24 ünvana bildirə bilərlər.


“QADIN DÜNYASI” QƏZETİ REDAKSİYASI

VÖEN: 1300628631

Ləğv olunduğunu elan edir. Kreditorlar iki aya ərzində tələbini Bakı şəhəri, Xətai rayonu, Sadıqcan 4a, mənzil 85 ünvanına bildirə bilərlər.


“AVANTAJ PRİNT” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 2003279291

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələbini Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 156 ünvanına bildirə bilərlər.


“QRİNTRANS LTD” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1000119721

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələbini Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, ev 4 ünvanına bildirə bilərlər.


“ŞÜKRAN” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1301198641

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 528, ev E, mənzil 49 ünvanına bilərlər.


“ŞÜKRAN-S” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1302213961

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, küçəsi, məhəllə 528, ev E, mənzil 49 ünvanına bilərlər.


SƏBA YARADICI İSTEHSAL MÜƏSSİSƏSİ

VÖEN: 1400432441

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 87, mənzil 57 ünvanına bildirə bilərlər.


“AZMED TOUR TRAVEL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1702371881

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Buxta döngəsi 5, ev 9 ünvanına bilərlər.


“MURAD-MK” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1402547181

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov, ev 4,mənzil 21 ünvanına bilərlər.


“FİRUZƏ-AF” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1401705651

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov, ev 30 ünvana bildirə bilərlər.


BƏRGÜŞAD FİRMASI

VÖEN: 4600013821

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ5000, Sumqayıt şəhəri, məhəllə 21, ev Y/X 19, mənzil 4 ünvanına bildirə bilələr.


“AZEN” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 2000955111

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 34, mənzil 4 ünvanına bildirə bilərlər.


“VOOD GROUP KENNY UK LİMİTED” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI

VÖEN: 1001297301

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələbini Bakı şhər, Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 10-cu mərtəbə, 57-ci ofis ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Partnyorluq Sazişi hal-hazırda mövcuddur?

posted in: Xəbər | 0

Partnyorluq Sazişi hal-hazırda mövcuddur?əmək müqaviləsi


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Sual: ƏDV dövriyyəsi və Partnyorluq Sazişi ilə bağlıdır. İlk öncə bilmək istərdim Partnyorluq Sazişi hal-hazırda mövcuddur ya yox? Əvvəlki dövrdə imzalanmış Partyorluq Sazişinin icrası hal-hazırda məcburidir?

Cavab: Bildiririk ki, “Vergi partnyorluğu Sazişi”nin formasına əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və müddətdə vergi hesabatlarının təqdim edilməsinin, vergilərin hesablanmasının və ödənilməsininin təmin olunması Saziş üzrə vergi ödəyicilərinin hüquq və vəzifələrinə aid edilmişdir.

Sazişlə müəyyən edilmiş öhdəliklər vergi orqanı və ya vergi ödəyicisi tərəfindən vaxtında və tam yerinə yetirilmədikdə, Sazişi ləğv etmək istəyən tərəf bu barədə 10 (on) gün müddətində digər tərəfə niyyətini və əsaslandırılmış səbəbləri əks etdirən yazılı məlumatı təqdim edir. Saziş ləğvetmə barədə məlumat təqdim edildiyi aydan sonrakı ayın 1-dən qüvvədən düşür. Vergi ödəyicisinin fəaliyyətinə xitam verildikdə və ya ləğv edildikdə, həmin tarixdən Saziş qüvvədən düşmüş hesab edilir.

Qeyd olunanlara əsasən fəaliyyətinizi müvəqqəti dayandırdıqda vergi partnyorluğu sazişi bağladığınız vergi orqanına ərizə ilə müraciət etməlisiniz. Fəaliyyətinizə xitam verdikdə isə ərizə ilə müraciət etməyə zərurət yaranmır.

Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 190 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi partnyorluğu Sazişinin forması”.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.