Vakansiya: Mühasib-Təcrübəçi
Müəssisənin adı: “Qazax Sement Zavodu” MMC
İş yeri: Qazax rayonu, Daş Salahlı kəndi
Maaş: 450-550 AZN
Namizədə tələblər:
- Ali təhsil (mühasibat, maliyyə, iqtisadiyyat)
- İş təcrübəsi və ya praktikanın olması üstünlükdür lakin vacib deyil
- Yaş həddi 21-30
- MS Office – Word və Excel proqramı bilikləri
- Rus və İngilis dilləri bilikləri üstünlükdür
- Beynəlxalq mühasibat uçotu standartları bilikləri üstünlükdür
- Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmaq
- Analitik düşünmə, düzgünlük və təşkilatçılıq qabiliyyəti olmalıdır.
Vakansiya üzrə əsas vəzifə öhdəlikləri:
Aşağıdakı proseslərin öyrənilməsi və sonra bu proseslərdə iştirak:
• Kassa, bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
• Debitor və kreditor hesablaşmaların aparılması;
• Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
• Mal-materialların uçotunun aparılması;
• Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
• Təhtəl hesab, şəxslərlə iş və müvafiq uçotun aparılmasını təmin edilməsi;
• Müəsisənin debitor və kreditorlar üzrə hesablaşmalarının dəqiqliyini təmin edilməsi;
• Əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu və s. tələbat fonduna və digər ehtiyyat fondlarına ayırmaları tərtib edilməsi;
• Vergi orqanlarına və digər dövlət qurumları tərəfindən tələb olunan bütün növ hesabatların hazırlanmasını və təqdim edilməsi;
• Digər mühasibat işlərinin yerinə yetirilməsi.
CV-ləri / elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Mövzu hissəsinə Mühasib – təcrübəçi qeydi zəruridir.
Mənbə: jobsearch.az
2 Responses
Rüfət Ələkbərov
Təcrübəçi proqramlarına qoşulmaq istərdim
Rüfət Ələkbərov
Təcrübəçi proqramlarına görə hara müraciət etməliyəm