Şəxsi hesab vərəqəsindəki problemlə bağlı hesablanan faizlər silinəcək

posted in: Vergi, Xəbər | 0

Fiziki şəxsVergilər Nazirliyi: Şəxsi hesab vərəqəsindəki problemlə bağlı hesablanan faizlər silinəcək.

Vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri, cənab Sahir Məmmədxanov  şəxsi hesab vərəqəsində yaranmış texniki uyğunsuzluqlarla bağlı Vergilər Nazirliyi tərəfindən aparılmış modifikasiya tədbirləri nəticəsində kənarlaşmaların aradan qaldırıldığını bildirir:

“Sizin ödənilmiş vəsaitlərin şəxsi hesab vərəqəsinə daxil edilməsi haqqında müraciətinizə Azərbaycan Respublikasının Vergilər Nazirliyində baxılmışdır.

Vergi ödəyicisi tərəfindən məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə ödənilmiş vəsaitlər vergi ödəyicisinin vergi orqanında olan şəxsi hesab vərəqəsinin “Sosial üzrə bölüşdürülməmiş ödənişlər” bölməsinə daxil edilir. Eyni təsnifat kodu üzrə həm borc, həm də “Sosial üzrə bölüşdürülməmiş ödənişlər” bölməsində ödənilmiş vəsait olduqda, həmin ödənişlə borc avtomatik qaydada əvəzləşdirilir.

Vergi ödəyicisinin hər hansı təsnifat kodu üzrə borcu olmadıqda ödənilmiş vəsaitlər “Sosial üzrə bölüşdürülməmiş ödənişlər” bölməsində saxlanılır. Vergi ödəyicisi tərəfindən bəyannamə təqdim edildikdə həmin ödənilmiş vəsaitlər hesabatlara əlavə edilə bilər. Yaxud vergi ödəyicisi tərəfindən ödənilmiş vəsaitlər hesabatlara əlavə edilmədən bəyannamə təqdim edilə bilər. Bu halda müvafiq təsnifat kodu üzrə borc yaranır. Həmin borcla “Sosial üzrə bölüşdürülməmiş ödənişlər” bölməsində olan ödənilmiş vəsait avtomatik qaydada əvəzləşdirilir.

Hesablanmış faizlə bağlı bildiririk ki, vergi ödəyicisi tərəfindən ödənilən və şəxsi hesab vərəqəsinə daxil edilən bütün ödənişlərin həm şəxsi hesab vərəqəsinə işlənilməsi tarixi, həm də həmin vəsaitin vergi ödəyicisi tərəfindən ödənilmə tarixi əks olunur.

Vergi ödəyicisi tərəfindən ödənilmiş vəsaitin şəxsi hesab vərəqəsinə işlənilməsinə qədərhesablanmış faizlər avtomatik qaydada azaldılır.

Göründüyü kimi, şəxsi hesab vərəqəsində yaranmış texniki uyğunsuzluqlarla bağlı Vergilər Nazirliyi tərəfindən aparılmış modifikasiya tədbirləri nəticəsində kənarlaşmalar aradan qaldırılmışdır. Vergi ödəyicilərinin fəaliyyətində yaranmış narahatçılıqlarla bağlı üzrxahlıq edirik. Bildiririk ki, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini qorumaq Vergilər Nazirliyinin fəaliyyətində ən başlıca prinsipdir. Bu tip problemlərin gələcəkdə də yaranmaması üçün optimallaşdırma tədbirləri tərəfimizdən daim aparılmaqdadır. “

Mənbə: fed.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bu ölkədə vergi ödənişindən yayınanlara qarşı yeni mübarizə üsulu düşünülüb

posted in: Vergi, Xəbər | 0

sadələşdirilmiş vergiHakimiyyət vergi ödənişindən yayınanlara qarşı yeni mübarizə üsulu düşünüb.

Rusiya federal vergi xidməti (FVX) 2017-ci ildə iri vergi ödəyicilərinə nəzarət üçün başlatdığı islahatı başa çatdırıb. İndi ödənişlərdən yayınma sxemləri yeni üsulla aşkara çıxarılacaq.

Məsələn, konkret sahələr üzrə ixtisaslaşan müfəttişliklər oxşar biznes-modellər üçün xarakterik olan sahələr və şirkətlərdən ötrü riskləri aşkar etmək məqsədilə iki dəfə çox şirkətləri administrasiya edəcəklər (yoxlayacaqlar).

İndiyə kimi bu cür müfəttişliklər yalnız federal səviyyədə mövcud idilər və səkkiz sahə üzrə gəlirləri 20 milyard rubldan çox olan iki mindən artıq ödəyiciyə nəzarət edirdilər: neft-qaz bölməsi, beynəlxalq və transmilli şirkətlər, aqro-sənaye kompleksi və pərakəndə satış, istehsal və tikinti, xammal hasilatı və emalı, energetika və kommunikasiya, rəqəmsal iqtisadiyyat, maliyyə bazarı.

İndi müfəttişlərin məsuliyyət dairəsi belə olacaq: onlar yalnız illik gəlirləri 35 milyard rubldan çox olan ən nəhəng oyunçulara nəzarət edəcəklər. Eyni zamanda onlara müxtəlif şəhərlərdə daha kiçik biznesə nəzarət edəcək 12 yeni rayonlararası müfəttişliklər tabe olacaq.

Nəşr tərəfindən sorğulanmış ekspertlər fərz edirlər ki, FVX indi hər bir sahə üzrə fəaliyyət xüsusiyyətlərini daha yaxşı başa düşəcək. Deməli, vergidən yayınanlara qarşı daha sərt mübarizə aparacaq.

Bundan əvvəl isə Maliyyə Nazirliyi Vergi kodeksinə beş yeni fəsil daxil etməyi təklif etmişdi. Söhbət artıq mövcud olan qeyri-vergi ödənişlərindən gedir – utilizasiya, mehmanxana, ekologiya yığımları, rabitə operatorları ilə əlaqəli vergi və avtomobil yollarından istifadə edənlərdən toplanılan yığımlar.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

1000 manat məvaciblə Maliyyə şöbəsinin mühasibi tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Vakansiya Maliyyə şöbəsinin mühasibiVakansiya: Maliyyə şöbəsinin mühasibi

İşəgötürən: AIR Group

Vəzifəyə aid qoyulan tələblər

• Təhsil: – Maliyyə təhsili üzrə ali təhsil
• Təcrübə: minimum 5 il;
• Yaş: 25 – 35;

Vakansiya üzrə öhdəliklər:

– Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
– Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti
– MS Office proqramlarını bilməli (mükəmməl Excel bilikləri)
– 1C proqramları ilə işləmək bacarığı
– Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi və kassa hesabatlarının yoxlanması
– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq dövlət orqanlarına göndərilməsi
– Aylıq əmək haqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əmək haqlarının və digər ödənişlərinin aparılması
– Dövlət orqanlarına hesabatların hazırlanması və təqdim olunması
– Vergi orqanları ilə yazışmalar

– Vergi uçotunun aparılması, vergi bəyənnamələri və hesabatlarının hazırlanması və təqdim edilməsi, vergi orqanları ilə hesablaşmaların həyata keçirilməsi, vergilərin vaxtında hesablanması və dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi
– DSMF, Statistika və Məşğulluq hesabatlarının hazırlanması və təqdim edilməsi,
– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi,
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
– E-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim  edilməsi e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
– Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı

Şəxsi keyfiyyətlər:

– Ünsiyyət qurma bacarığı olmalı;
– Məsuliyyətli və təşəbbüskar olmalı;
– Diqqətli və punktual olmalı;
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti,
– Kollektivlə işləyə bilməli və özünü təkmilləşdirməli;
– Qətiyyətli və müstəqil qərar qəbul etmə bacarığına malik olmalı;
– MS Office proqramlarını mükəmməl bilməli;

Əlavə məlumatlar:

• Maaş: 800 -1000 AZN;

Göstərilən tələblərə cavab verən namizədlər öz şəkilli CV-lərini mövzu yerində Maliyyə şöbəsinin mühasibi  yazmaqla  / elektron ünvanına göndərə bilərlər.

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Rusiyada Mühasib qadın 36.000 manat pulu necə mənimsədi??

posted in: muhasibat, Xəbər | 0

Mühasib qadın 36.000 manat pulu necə mənimsədi??

mühasibRostov vilayətindən olan mühasib öz sahibkarına 1,3 milyon rubl “atıb”.
Qadın cərimə tətbiq olunmadan 2,5 il azadlıqdan məhrum olunub.

Şaxtı şəhərində kommersiya şirkətlərindən birinin əməkdaşı, öz xidməti vəzifəsindən istifadə etməklə təşkilatın hesablarından iri məbləğdə pullar mənimsəyib.

Qadın 2016-cı ilin sentyabr ayından 2017-ci ilin fevral ayınadək olan dövr ərzində fədi sahibkarın yanında mühasib vəzifəsini icra edərkən, dələduzluq sxemindən istifadə etməklə, 1 milyon 350 min rubl məbləğində pulları mənimsəyib. Şirkətin mühasib şəxsi kabinetlərdəki login və parollardan istifadə etməklə təşkilatın müqavilə bağladığı kontragentlərə ödənilməsi üçün nəzərdə tutulan pulları ələ keçirib. Maraqlısı budur ki, sözügedən müəssisənin müqavilə bağladığı fərdi sahibkarla daimi kontragentin adı oxşar olub.

Yeri gəlmişkən, mühasib fərdi sahibkarla heç bir müqavilə münasibətləri olmayan bu məhdud məsuliyyətli cəmiyyətin yeganə təsisçisi və direktoru olub. Belə bir vəziyyətdən yararlanan qadın eyni adlı iki hüquqi şəxsin hesabına ödənişlər edib. Sözügedən fırıldaq faktını iş adamının özü sənədləri yoxlayan zaman aşkara çıxarıb.  Amma, dələduz qadın nə ilkin istintaq zamanı, nə də cinayət işinə məhkəmə baxışında öz təqsirini etiraf etməyib və cərimə də ödəməyib. Şaxtı şəhər məhkəməsinin hökmü ilə qadın təqsirli bilinib və “saxtakarlıq yolu ilə dələduzluq etmək” maddəsi ilə onun barəsində hökm çıxarılıb. Qadın 2,5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli kolonda keçirəcək. Müttəhim elə məhkəmə zalındaca saxlanılıb.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.