Rusiyada Mühasib qadın 36.000 manat pulu necə mənimsədi??

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Mühasib qadın 36.000 manat pulu necə mənimsədi??

mühasibRostov vilayətindən olan mühasib öz sahibkarına 1,3 milyon rubl “atıb”.
Qadın cərimə tətbiq olunmadan 2,5 il azadlıqdan məhrum olunub.

Şaxtı şəhərində kommersiya şirkətlərindən birinin əməkdaşı, öz xidməti vəzifəsindən istifadə etməklə təşkilatın hesablarından iri məbləğdə pullar mənimsəyib.

Qadın 2016-cı ilin sentyabr ayından 2017-ci ilin fevral ayınadək olan dövr ərzində fədi sahibkarın yanında mühasib vəzifəsini icra edərkən, dələduzluq sxemindən istifadə etməklə, 1 milyon 350 min rubl məbləğində pulları mənimsəyib. Şirkətin mühasib şəxsi kabinetlərdəki login və parollardan istifadə etməklə təşkilatın müqavilə bağladığı kontragentlərə ödənilməsi üçün nəzərdə tutulan pulları ələ keçirib. Maraqlısı budur ki, sözügedən müəssisənin müqavilə bağladığı fərdi sahibkarla daimi kontragentin adı oxşar olub.

Yeri gəlmişkən, mühasib fərdi sahibkarla heç bir müqavilə münasibətləri olmayan bu məhdud məsuliyyətli cəmiyyətin yeganə təsisçisi və direktoru olub. Belə bir vəziyyətdən yararlanan qadın eyni adlı iki hüquqi şəxsin hesabına ödənişlər edib. Sözügedən fırıldaq faktını iş adamının özü sənədləri yoxlayan zaman aşkara çıxarıb.  Amma, dələduz qadın nə ilkin istintaq zamanı, nə də cinayət işinə məhkəmə baxışında öz təqsirini etiraf etməyib və cərimə də ödəməyib. Şaxtı şəhər məhkəməsinin hökmü ilə qadın təqsirli bilinib və “saxtakarlıq yolu ilə dələduzluq etmək” maddəsi ilə onun barəsində hökm çıxarılıb. Qadın 2,5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli kolonda keçirəcək. Müttəhim elə məhkəmə zalındaca saxlanılıb.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email