Şəxsi hesab vərəqəsindəki problemlə bağlı hesablanan faizlər silinəcək

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Fiziki şəxsVergilər Nazirliyi: Şəxsi hesab vərəqəsindəki problemlə bağlı hesablanan faizlər silinəcək.

Vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri, cənab Sahir Məmmədxanov  şəxsi hesab vərəqəsində yaranmış texniki uyğunsuzluqlarla bağlı Vergilər Nazirliyi tərəfindən aparılmış modifikasiya tədbirləri nəticəsində kənarlaşmaların aradan qaldırıldığını bildirir:

“Sizin ödənilmiş vəsaitlərin şəxsi hesab vərəqəsinə daxil edilməsi haqqında müraciətinizə Azərbaycan Respublikasının Vergilər Nazirliyində baxılmışdır.

Vergi ödəyicisi tərəfindən məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə ödənilmiş vəsaitlər vergi ödəyicisinin vergi orqanında olan şəxsi hesab vərəqəsinin “Sosial üzrə bölüşdürülməmiş ödənişlər” bölməsinə daxil edilir. Eyni təsnifat kodu üzrə həm borc, həm də “Sosial üzrə bölüşdürülməmiş ödənişlər” bölməsində ödənilmiş vəsait olduqda, həmin ödənişlə borc avtomatik qaydada əvəzləşdirilir.

Vergi ödəyicisinin hər hansı təsnifat kodu üzrə borcu olmadıqda ödənilmiş vəsaitlər “Sosial üzrə bölüşdürülməmiş ödənişlər” bölməsində saxlanılır. Vergi ödəyicisi tərəfindən bəyannamə təqdim edildikdə həmin ödənilmiş vəsaitlər hesabatlara əlavə edilə bilər. Yaxud vergi ödəyicisi tərəfindən ödənilmiş vəsaitlər hesabatlara əlavə edilmədən bəyannamə təqdim edilə bilər. Bu halda müvafiq təsnifat kodu üzrə borc yaranır. Həmin borcla “Sosial üzrə bölüşdürülməmiş ödənişlər” bölməsində olan ödənilmiş vəsait avtomatik qaydada əvəzləşdirilir.

Hesablanmış faizlə bağlı bildiririk ki, vergi ödəyicisi tərəfindən ödənilən və şəxsi hesab vərəqəsinə daxil edilən bütün ödənişlərin həm şəxsi hesab vərəqəsinə işlənilməsi tarixi, həm də həmin vəsaitin vergi ödəyicisi tərəfindən ödənilmə tarixi əks olunur.

Vergi ödəyicisi tərəfindən ödənilmiş vəsaitin şəxsi hesab vərəqəsinə işlənilməsinə qədərhesablanmış faizlər avtomatik qaydada azaldılır.

Göründüyü kimi, şəxsi hesab vərəqəsində yaranmış texniki uyğunsuzluqlarla bağlı Vergilər Nazirliyi tərəfindən aparılmış modifikasiya tədbirləri nəticəsində kənarlaşmalar aradan qaldırılmışdır. Vergi ödəyicilərinin fəaliyyətində yaranmış narahatçılıqlarla bağlı üzrxahlıq edirik. Bildiririk ki, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini qorumaq Vergilər Nazirliyinin fəaliyyətində ən başlıca prinsipdir. Bu tip problemlərin gələcəkdə də yaranmaması üçün optimallaşdırma tədbirləri tərəfimizdən daim aparılmaqdadır. “

Mənbə: fed.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email