Baş mühasibin müavini tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Vakansiya Baş mühasibin müaviniVakansiya: Baş mühasibin müavini

İşəgötürən: Star Mining

  • Şəhər: Bakı
  • Yaş: 30 – 45 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: HR
Vakansiya barədə məlumat

– Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirə bilməli
– Mal-material uçotunun aparılması, gömrük bəyanamələri üzrə alınmış malların maya dəyərinin çıxarılması, mal materail üzrə silgilərə nəzarət edə bilməli

– Hesab fakturaların təqdim edilməsi üçün lazımi sənədlərin yerində olub olmamasının yoxlanılması
– Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət etməli
– Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etməli
– Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edə bilməli
– Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edə bilməli
– İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək
– Şirkət Şıxov qəsəbəsində yerləşir(servis var)
– Nahar şirkət tərəfindən verilir
– İşə qəbul əmək məcəlləsinə uyğun aparılır

Baş mühasibin müavini üçün tələblər

– Elektron hökümət portalları ilə işləmək bacarığı
– Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə
aktlarının tərtib edilməsi
– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
– Mühasibatlığa dair cari qanunvericilik aktlarına dair bilik
– Kompüter bacarığı: MS Office, 1C Mühasibat Proqramında işləmə bacarığı
– Dil bilikləri: Azərbaycan dili (əla), rus dili və ingilis dilini orta səviyyədə yazılı və şifahi bilən
– Gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı

Zəhmət olmasa şəkilli cv-lərinizi  /  mail-nə göndərəsiniz.

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

“Vergi Qanunvericiliyinə edilmiş dəyişikliklərin praktiki tətbiqi” mövzusunda seminar keçiriləcək

posted in: Uncategorized | 0

SahibkarlarVergi Qanunvericiliyinə edilmiş dəyişikliklərin praktiki tətbiqi mövzusunda seminar keçiriləcək.

Bildiyiniz kimi, Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356 – VQD nömrəli Qanunu ilə təsdiqlənmiş Vergi Məcəlləsindəki son dəyişikliklər qüvvəyə minmişdir. Sözügedən dəyişikliklərin izahı məqsədi ilə ilkin olaraq Vergilər Nazirliyi ilə birgə məlumatlandırıcı seminar təşkil olunmuşdur. Sahibkarlar tərəfindən bu mövzu yetərincə maraq kəsb etdiyini nəzərə alaraq, təşkil olunan təlimlərin ikinci etapına start verilir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşəbbüsü və Deloitte Azərbaycan şirkətinin dəstəyi ilə  07.05.2019 tarixində saat 10:00 – 12:00-da “ Vergi Qanunvericiliyinə edilmiş dəyişikliklərin praktiki tətbiqi” mövzusunda seminar təşkil olunur.

Bəhs olunacaq mövzular:

  • Vergi məcəlləsinə daxil edilmiş yeni anlayışlar
  • Artırılmış maliyyə sanksiyaları. Nağd pul vəsaitlərinin dövriyyəsi ilə bağlı gözlənilən tələblər
  • Elektron qaimə fakturanın tətbiqi ilə bağlı praktiki çətinliklər
  • Maliyyə məlumatlarının beynəlxalq mübadiləsini nəzərdə tutan sazişlərin tətbiqi ilə bağlı yeniliklər
  • Neft-qaz və dövlət sektorunun müəyyən edilməsi ilə bağlı yeniliklər və praktiki çətinliklər
  • Həyat yığım sığorta məhsulu üzrə vergidən azadolmanın tətbiqi və praktiki çətinliklər
  • Gəlir vergisi ilə bağlı yeni azadolma və güzəştlər
  • Borclanma ilə bağlı məhdudiyyətlər
  • Transfer qiyməti ilə bağlı yeniliklər
  • ƏDV-dən yeni azad olmalar
  • Vergi inzibatçılığı və vergi nəzarəti sahəsində yeniliklər

Seminarda iştirak etmək üçün https://sahibkarliq.typeform.com/to/FLH91r linkinə daxil olaraq qeydiyyatdan keçmək mütləqdir.

Kursun keçirilmə tarixi:  07.05.2019

Başlama saatı: 10:00 – 12:00

Təlimin keçirildiyi ünvan: Bakı ş, Nizami küç. 90A, Bakı ş., AZ 1010, Landmark III

Son qeydiyyat tarixi: 03.05.2019 saat 16:00-a qədər

Təlim ASK üzvləri üçün ödənişsiz, qeyri üzvlər üçün isə 50 AZN təşkil edir. Ödənişi təsdiq edən sənəd ən gec təlimdən bir gün əvvəl təqdim olunmalıdır!

Ödəniş üçün aşağıda qeyd olunan bank rekvizitləri təqdim olunur:

«Turanbank»  ASCKodu: 507462

VÖEN: 1300016391

Müxbir hesab: AZ26NABZ01350100000000027944

SWIFT: TURAAZ22.

 Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli KonfederasiyasıHesab: AZ11TURA38090005629800100944

VÖEN: 1300024361

Əlaqələndirici şəxs: Elmira Balıyeva

Sahibkarlarla iş və kommunikasiya şöbəsi

Tel: +994 12 465 76 92 / 93 (Daxili: 121)

Email: ebaliyeva@ask.org.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

CRM Group LLC ödənişlə təcrübəçi axtarır

posted in: İş elanı, Maliyyə, Təcrübə, Xəbər | 1

təcrübəçiVəzifə: Mühasibatlıq / İnsan-Resursları / Maliyyə üzrə təcrübəçi

İşəgötürən: CRM Group LLC


Mühasibatlıq / İnsan-Resursları / Maliyyə  üzrə təcrübəçi

Qeyd olunan sahələr üzrə təcrübəçilər dəvət olunur

Tələblər:

– Ali təhsil
– Təhlil etmə bacarığı;
– Ünsiyyət qurma və komandada işləmək bacarığı;
– Yaş həddi – 20 – 25 yaş;

Vəzifə öhdəlikləri:

– Qarşıya qoyulan hədəfləri icra etmək;
– Vəzifə öhdəliklərini şirkətin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;

Əsas üstünlüklər:

– Azərbaycanın iş sahələrinin müxtəlif sektorlarında iş təcrübəsi qazanmaq;
– Təcrübə müddəti ərzində nəzərdə tutulan minimal əmək haqqı .

E – mail   /

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mediasiya haqqında qanunla bağlı gözlənilən yeniliklər

posted in: Xəbər | 0

Mediasiya haqqında qanun ilə bağlı gözlənilən yeniliklər.

Yeni qanuna görə hər bir mülki, iqtisadi, əmək və inzibati mübahisələr mediatorun iştirakı ilə baxıla biləcək. Bununla məhkəmə işlərinin azaldılması, məhkəməyədək mərhələdə barışıq prosesinin daha sistemli şəkildə tənzimlənməsinin şahidi ola biləcəyik.

Hazırda məcburetmə olmasa da, 2020-ci il iyunun 1-dən etibarən mülki, iqtisadi və əmək mübahisələri (inzibati istisna olmaqla) mediator tərəfindən baxılmadan birbaşa məhkəməyə yönəltmək mümkün olmayacaq.

Qanuna görə mediatorlar məhkəmələrin inzibati binalarında ərazi üzrə yerləşən mediatorların siyahıları olan məlumat lövhələri yerləşdiriləcək. Qapalı keçiriləcəyi müəyyən edilən mediasiya prosesi üzrə mediatorun xərcini ödəyən tərəfin məhkəməyə dövlət rüsumunu ödəməkdən azad olunması ilə bağlı yeni qanunvericilik düzəlişləri də gözlənilir.

Azı 25 yaşlı, 3 il iş stajı, ali təhsili və keçirilmiş mediator hazırlığı təlimi nəticəsində sertifikat (2 ildə bir dəfə) almış şəxslər fiziki şəxs mediator ola biləcək.

Mediatorlarla müraciət edən şəxslərin hüquq subyektliyini nəzərdə tutan qanun həm də mediatorların xəbərdarlıq, töhmət və 1-6 ayadək bu fəaliyyəti dayandırma cəzasını müəyyən edir.
Mediasiya xidmətindən istifadə etmək üçün iki tərəfin də qarşılıqlı razılığı nəzərə alınaraq onlarla könüllü müqavilə bağlanacaq.

Tərəflər öz sübut və digər sənədlərini təqdim edəcək. Nəticədə barışıq olarsa, barışıq sazişi bağlanacaq. Bu saziş həmçinin məcburedici sənəd sayılacaq. Belə ki, icra sənədi kimi bu saziş də icra edilmədikdə müvafiq məsuliyyətə səbəb olacaq.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.