Baş mühasibin müavini tələb olunur

birbank biznes

Vakansiya Baş mühasibin müaviniVakansiya: Baş mühasibin müavini

İşəgötürən: Star Mining

  • Şəhər: Bakı
  • Yaş: 30 – 45 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: HR
Vakansiya barədə məlumat

– Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirə bilməli
– Mal-material uçotunun aparılması, gömrük bəyanamələri üzrə alınmış malların maya dəyərinin çıxarılması, mal materail üzrə silgilərə nəzarət edə bilməli

– Hesab fakturaların təqdim edilməsi üçün lazımi sənədlərin yerində olub olmamasının yoxlanılması
– Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət etməli
– Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etməli
– Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edə bilməli
– Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edə bilməli
– İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək
– Şirkət Şıxov qəsəbəsində yerləşir(servis var)
– Nahar şirkət tərəfindən verilir
– İşə qəbul əmək məcəlləsinə uyğun aparılır

Baş mühasibin müavini üçün tələblər

– Elektron hökümət portalları ilə işləmək bacarığı
– Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə
aktlarının tərtib edilməsi
– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
– Mühasibatlığa dair cari qanunvericilik aktlarına dair bilik
– Kompüter bacarığı: MS Office, 1C Mühasibat Proqramında işləmə bacarığı
– Dil bilikləri: Azərbaycan dili (əla), rus dili və ingilis dilini orta səviyyədə yazılı və şifahi bilən
– Gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı

Zəhmət olmasa şəkilli cv-lərinizi  /  mail-nə göndərəsiniz.

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email