2000 manat məvaciblə Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Vakansiya Baş mühasibVakansiya: Baş mühasib

İşəgötürən: “AGRICO” MMC

  • Şəhər: Xırdalan
  • Yaş: 25 – 45 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Kamran Məmmədov
Vakansiya barədə məlumat

– Mühasibat və vergi uçotunun aparılması
– Mühasibat sənədlərinin düzgün tərtib edilməsi
– Bütün növ hesabatların hazırlanması və aidiyyəti orqanlara (Xüsusi Rejimli Vergi Xidməti Departamenti, DSMF və Statiştika Şöbəsi) təqdim edilməsi
– Bank əməliyyatlarının həyata keçirilməsi
– Bazar ertəsi – Cümə: 08:30-dan 17:30-dək
– Şənbə: 10:00-dan 16:00-dək
– İş yeri: Aşağı Güzdək qəsəbəsində yerləşir
– Şirkət 20 Yanvar metrosundan servislə təmin edir

Baş mühasib üçün tələblər

– Əmək və Vergi Məcəlləsini yaxşı səviyyədə bilməlidir
– Müvafiq normativ-hüquqi sənədlər, müəssisədaxili normativ sənədlər, iş vaxtının uçotu
– Ən azı 3-5 il iş təcrübəsi (istehsalat, satış)
– Müvafiq normativ-hüquqi sənədlər
– Maya dəyərinin hesablanması qaydaları
– Avans hesablarının təlimatı
– MS Office, 1C proqramlarında sərbəst işləməyi bacarmalıdır

Mənbə: kadr.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

ƏDV tutulan əməliyyatın vaxtı

posted in: Vergi, Xəbər | 0

ƏDVSual: Əlavə Dəyər Vergisinin ödəyicisi olan müəssisə tərəfindən mallar iyul ayının 23-də təqdim edilmişdir. Həmin mallara görə elektron vergi hesab-fakturası iyul ayının 25-də verilmiş, alıcı tərəfindən ödəmə isə avqust ayının 2-də həyata keçirilmişdir. Bu halda, ƏDV tutulan əməliyyatın vaxtı necə müəyyən edilir?

Cavab: ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyatın aparıldığı vaxt Vergi Məcəlləsinin (VM) 166-cı maddəsi ilə tənzimlənir. Bu maddədə, başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə Əlavə Dəyər Vergisinin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Mallar (işlər, xidmətlər) təqdim olunduqdan sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə və ödəmə 30 gün ərzində həyata keçirilmirsə, vergi tutulan əməliyyatın aparıldığı vaxt malların (işlərin, xidmətlərin) göndərildiyi və ya təqdim edildiyi vaxt hesab olunur (VM, maddə 166.1).

Vergi ödəyicisi malın alıcısına (işlərin, xidmətlərin sifarişçisinə) elektron vergi hesab-fakturasını mal göndəriləndən (iş görüləndən, xidmət göstəriləndən) sonra 5 gündən gec olmayaraq verməyə borcludur (VM, maddə 176.3).

Qeyd olunanlara əsasən:
ƏDV ödəyicisi olan müəssisənin təqdim etdiyi mallara görə ödəmə 30 gün müddətində həyata keçirildiyindən, ƏDV tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır.
Mənbə: vergiler.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Baş mühasib seçimi zamanı necə yanılmayasan? (1-ci hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

mühasib seçimiBaş mühasib seçimi zamanı necə yanılmayasan?

1-ci hissə

Təhsil, təcrübə, düzgünlük, diqqətlilik, məsuliyyətlilik… Bütün bu keyfiyyətlərə malik olan mühasibi necə tapmalı?

  • Tövsiyələr üzrə işə mühasib qəbul etməməli

Çox vaxt yenicə fəaliyyətə başlayan müəssisələrdə sahibkarların tanışları və ya qohumları tərəfindən tövsiyə edilən şəxs mühasib təyin olunur – həyat yoldaşı, qardaş, quda, babanın qardaşı nəvəsi və s… Yalnız ona görə ki, onlar qohumdurlar, axı! Onlara həm kömək etmək lazımdır və həmdə işi etibar etmək olar, – bütün hallarda o, sənə “atmaz”!  Mənə tanışların və ya qohumların biznes sahibkarlarını hansı çətin vəziyyətlərə salmaları barədə o qədər faktlar məlumdur ki…

Məsələn, bir dəfə hansısa şirkətlərdən birinin vergitutma ilə bağlı işini xilas etmək üçün ora getmişdik. Həmin şirkətdə mühasib vəzifəsində direktorun tanışı olan qızlardan biri işləyirdi. Mühasib ƏDV vergilərini ödəməmişdi. Vergi orqanları bu kobudluqdan qeyzə gələrək, dərhal yoxlamaya başlamışdılar. Qız isə bu yoxlamada əlbəttə ki, iştirak etmək istəmirdi… Növbəti mərhələ: qohumu olan qızı mühasib təyin etməklə səhvə yol verdiyini anlayan sahibkar, bu dəfə tövsiyə üzrə işə mühasib qəbul etmək istəyir. Ondan soruşursan: “Bu, mühasibi sənə kim məsləhət görüb?” Cavab verir: “Tanışım”. – “Hansı tanışın, soyadı nədir, harada və hansı vəzifədə işləyib?” – “Soyadını bilmirəm! Biz bir binada yaşayırıq, on ildir ki, ünsiyyətdəyik… Bir dəfə nəsə söhbət düşdü və o, məsləhət bildi”… Çox vaxt məsləhətlə işə qəbul olunan mühasib, elə tanış və qohum olan birinin işə qəbulu zamanı olduğu kimi vəziyyətlə nəticələnir…

Beləcə, sizə daha yaxşı, tələblərə cavab verən mühasib tapmaq üçün axtarışa başlamaq lazım gələcək. Özü də sərbəst şəkildə mümkün olan namizədlər sırasından ən yaxşı olanını müəyyən edib, seçmək yolu ilə.


Həmçinin bax: Uğurlu Baş mühasib olmaq üçün 14 prinsip

  • Oğurluqdan qorxmayın
Sahibkarın mühasib seçimi zamanı başlıca təlaşlarından biri – “birdən bu mühasib məndən oğurluq edər”, kimi ağlına gələn qorxudur.

Tanış olmayan birinə bütün maliyyə işlərini etibar etməkdə tərəddüd etmələri… Lakin, mühasiblər arasında oğrular, digər peşələr arasında olduğundan çox deyil. Bundan əlavə, cinayətkar mühasiblərin böyük əksəriyyəti qrupda işləyirlər: “direktor – mühasib”. Onlar müəsisəyə eyni vaxtda gəlirlər, orada maliyyə yoxlaması həyata keçirilənə kimi “işləyirlər”, sonra isə yoxa çıxırlar. Belə ki, oğurluq – nadir hadisədir. Mühasib seçimi zamanı daha çox onun səriştələrinə – biliyinə, təhsilinə, iş təcrübəsinə diqqət yetirmək lazımdır.


Həmçinin bax: Uğurlu mühasib olmaq üçün 4 üsul

  • Super səriştəlilik gözləməyin

Bizim şirkətdə çalışmaq istəyən bütün şəxslər üçün biz səriştə ilə əlaqəli ilkin test keçiririk. Bu test elə də mürəkkəb deyil, amma iş axtarışına çıxanların yalnız 9%-i ona “əla” cavab verə bilir. “Dördə biri” 26% (əhəmiyyətsiz bir səhv) cavab verir. 30% -i“üçə” layiq (bir neçə səhv və onlardan biri əhəmiyyətli səhvdir) çavab verir. Mühasib ixtisası üzrə işləmək istəyənlərin səviyyəsi belədir.

İri müəssisədə mühasib yalnız müəyyən iş sahəsinə görə məsuliyyət daşıyır. Təbii ki, o, sizin elə də böyük olmayan, amma tam “mühasib silsilənizin” heç də həmişə öhdəsindən gələ bilməyəcək.

Siz də mühasib seçimi etdiyiniz zaman belə bir testdən istifadə edə bilərsiniz. Əgər, mühasibat işindən baş çıxara bilmirsinizsə və namizədlərin səriştə səviyyəsini dəyərləndirə bilmirsinizsə, diqqətlə xülasəni oxuyun.


Həmçinin bax: Mühasib olmaq üçün 5 səbəb

  • İqtisadçıya inanmayın

Bəzi hallarda mühasibatlığa iqtisadi təhsilli adamlar gəlirlər. Və onları böyük sevinclə işə yalnız ona görə qəbul edirlər ki, həmin şəxs hansısa ali təhsil müəssisəsində iqtisadçı diplomunu alıb.  Unutmayın, ən yaxşı ali məktəblərdə belə iqtisadçılar mühasibatlıqla bağlı minimal biliklər alırlar – mühasibatlıq kursu orada yarım il və ya ən uzağı bir il çəkir. O səbəbdən, yaxşı olardı ki, “sadə” bir kolleci bitirən, lakin sırf “mühasib” ixtisası üzrə qurtaran bir şəxsi seçəsiniz.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vakansiya: Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Uçot sistemiVakansiya: Mühasib

  • Şəhər: Bakı
  • Yaş: 25 – 55 yaş
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Eldar Məmmədov
Vakansiya barədə məlumat

– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə, tabel və sair sənədlərə ciddi riayət olunmasına nəzarət etmək
– Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– İşçilərlə hesablaşmaların təmin edilməsi
– Bank, Kassa, Əmək haqqı sənədlərinin 1C proqramına daxil edilməsi
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
– AR əmək məcəlləsinə vuyğun sənədləşmə və müqavilələrin tərtib olunması
– İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00-dan 18:00-dək, şənbə günü 09:00-dan 16:00-dək


 Telegram qrupumuza üzv olun

Mühasib üçün tələblər

– Təhsili önəmli deyil
– Yaş: 25-50
– Səlist Azərbaycan dilini bilməsi (əlavə olaraq rus və ingilis dilini bilənlərə üstünlük verilir)
– Office proqramlarını ilə işləmə bacarığı (MS Word, Excel, 1C 8.3 platformasında təcrübə mütləqdir)
– Mühasibat sahəsində ən az 3 il iş təcrübəsi
– Kollektiv ilə işləmə bacarığı
– Consulting və ya outsourcing şirkətlərində işləyənlərə üstünlük verilir

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Mühasib ” qeyd edərək öz CV-lərini   /  elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız yuxarıda qeyd olunan tələblərə cavab verən Azərbaycan dilində və şəkilli CV göndərən namizədlərin müraciətlərinə baxılacaq. Xahiş edirik təcrübəsi olmayanlar və şərtləri tam oxumayanlar müraciət etməsinlər!

Mənbə: boss.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.