Baş mühasib seçimi zamanı necə yanılmayasan? (1-ci hissə)

birbank biznes

mühasib seçimiBaş mühasib seçimi zamanı necə yanılmayasan?

1-ci hissə

Təhsil, təcrübə, düzgünlük, diqqətlilik, məsuliyyətlilik… Bütün bu keyfiyyətlərə malik olan mühasibi necə tapmalı?

  • Tövsiyələr üzrə işə mühasib qəbul etməməli

Çox vaxt yenicə fəaliyyətə başlayan müəssisələrdə sahibkarların tanışları və ya qohumları tərəfindən tövsiyə edilən şəxs mühasib təyin olunur – həyat yoldaşı, qardaş, quda, babanın qardaşı nəvəsi və s… Yalnız ona görə ki, onlar qohumdurlar, axı! Onlara həm kömək etmək lazımdır və həmdə işi etibar etmək olar, – bütün hallarda o, sənə “atmaz”!  Mənə tanışların və ya qohumların biznes sahibkarlarını hansı çətin vəziyyətlərə salmaları barədə o qədər faktlar məlumdur ki…

Məsələn, bir dəfə hansısa şirkətlərdən birinin vergitutma ilə bağlı işini xilas etmək üçün ora getmişdik. Həmin şirkətdə mühasib vəzifəsində direktorun tanışı olan qızlardan biri işləyirdi. Mühasib ƏDV vergilərini ödəməmişdi. Vergi orqanları bu kobudluqdan qeyzə gələrək, dərhal yoxlamaya başlamışdılar. Qız isə bu yoxlamada əlbəttə ki, iştirak etmək istəmirdi… Növbəti mərhələ: qohumu olan qızı mühasib təyin etməklə səhvə yol verdiyini anlayan sahibkar, bu dəfə tövsiyə üzrə işə mühasib qəbul etmək istəyir. Ondan soruşursan: “Bu, mühasibi sənə kim məsləhət görüb?” Cavab verir: “Tanışım”. – “Hansı tanışın, soyadı nədir, harada və hansı vəzifədə işləyib?” – “Soyadını bilmirəm! Biz bir binada yaşayırıq, on ildir ki, ünsiyyətdəyik… Bir dəfə nəsə söhbət düşdü və o, məsləhət bildi”… Çox vaxt məsləhətlə işə qəbul olunan mühasib, elə tanış və qohum olan birinin işə qəbulu zamanı olduğu kimi vəziyyətlə nəticələnir…

Beləcə, sizə daha yaxşı, tələblərə cavab verən mühasib tapmaq üçün axtarışa başlamaq lazım gələcək. Özü də sərbəst şəkildə mümkün olan namizədlər sırasından ən yaxşı olanını müəyyən edib, seçmək yolu ilə.


Həmçinin bax: Uğurlu Baş mühasib olmaq üçün 14 prinsip

  • Oğurluqdan qorxmayın
Sahibkarın mühasib seçimi zamanı başlıca təlaşlarından biri – “birdən bu mühasib məndən oğurluq edər”, kimi ağlına gələn qorxudur.

Tanış olmayan birinə bütün maliyyə işlərini etibar etməkdə tərəddüd etmələri… Lakin, mühasiblər arasında oğrular, digər peşələr arasında olduğundan çox deyil. Bundan əlavə, cinayətkar mühasiblərin böyük əksəriyyəti qrupda işləyirlər: “direktor – mühasib”. Onlar müəsisəyə eyni vaxtda gəlirlər, orada maliyyə yoxlaması həyata keçirilənə kimi “işləyirlər”, sonra isə yoxa çıxırlar. Belə ki, oğurluq – nadir hadisədir. Mühasib seçimi zamanı daha çox onun səriştələrinə – biliyinə, təhsilinə, iş təcrübəsinə diqqət yetirmək lazımdır.


Həmçinin bax: Uğurlu mühasib olmaq üçün 4 üsul

  • Super səriştəlilik gözləməyin

Bizim şirkətdə çalışmaq istəyən bütün şəxslər üçün biz səriştə ilə əlaqəli ilkin test keçiririk. Bu test elə də mürəkkəb deyil, amma iş axtarışına çıxanların yalnız 9%-i ona “əla” cavab verə bilir. “Dördə biri” 26% (əhəmiyyətsiz bir səhv) cavab verir. 30% -i“üçə” layiq (bir neçə səhv və onlardan biri əhəmiyyətli səhvdir) çavab verir. Mühasib ixtisası üzrə işləmək istəyənlərin səviyyəsi belədir.

İri müəssisədə mühasib yalnız müəyyən iş sahəsinə görə məsuliyyət daşıyır. Təbii ki, o, sizin elə də böyük olmayan, amma tam “mühasib silsilənizin” heç də həmişə öhdəsindən gələ bilməyəcək.

Siz də mühasib seçimi etdiyiniz zaman belə bir testdən istifadə edə bilərsiniz. Əgər, mühasibat işindən baş çıxara bilmirsinizsə və namizədlərin səriştə səviyyəsini dəyərləndirə bilmirsinizsə, diqqətlə xülasəni oxuyun.


Həmçinin bax: Mühasib olmaq üçün 5 səbəb

  • İqtisadçıya inanmayın

Bəzi hallarda mühasibatlığa iqtisadi təhsilli adamlar gəlirlər. Və onları böyük sevinclə işə yalnız ona görə qəbul edirlər ki, həmin şəxs hansısa ali təhsil müəssisəsində iqtisadçı diplomunu alıb.  Unutmayın, ən yaxşı ali məktəblərdə belə iqtisadçılar mühasibatlıqla bağlı minimal biliklər alırlar – mühasibatlıq kursu orada yarım il və ya ən uzağı bir il çəkir. O səbəbdən, yaxşı olardı ki, “sadə” bir kolleci bitirən, lakin sırf “mühasib” ixtisası üzrə qurtaran bir şəxsi seçəsiniz.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email