900 AZN əmək haqqı ilə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Mühasib VakansiyaVakansiya: Mühasib

İşəgötürən: Moon Group MMC

  • Şəhər: Bakı
  • Yaş: 25 – 40 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Quliyev Ruslan
Vakansiya barədə məlumat

– Mühasibat və vergi uçotu ilə bağlı əməliyyatlar
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– Məşğulluq və Statistika idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması
– Bütün növ məzuniyyət və ezamiyyələrin hesablanması
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
– Balansın çıxarılması
– İş qrafiki: 09:00-dan 18:00-dək
– Həftənin 5 günü

Mühasib üçün tələblər

– Yalnız xanım namizədlər
– Ali təhsil (bank işi, maliyyə, mühasibat uçotu)
– Maliyyə və ya mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
– MS Office(xüsusillə Excell), 1C 7.7, e-gov,e-taxes və digər portallardan istifadə etmək
– Bütün növ (vergi, DSMF, Statistika və Məşğulluq) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir
– Vergi, əmək qanunvericiliyi barədə biliklər (Vergi Məcəlləsinə edilmiş son dəyişiklikləri bilməli)

Uyğun olan namizədlər şəkilli CV-ni elektron poçt ünvanına göndərə bilərlər ( / )

Mənbə: kadr.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mallar endirimlə satıldıqda E-Qaimədə hansı məbləğ yazılmalıdır?

posted in: Vergi, Xəbər | 1

qaimə-fakturaMallar endirimlə satıldıqda E-Qaimədə hansı məbləğ yazılmalıdır?


Sual: Hər hansı bir mal güzəştlə satıldıqda, məsələn gübrə, e-qaimədə tam məbləğ göndərilməlidir və ya güzəştli məbləğ?

Məsələn, mən 70% güzəştlə 100 AZN-lik gübrə alıram, 30% ödəniş edirəm. Belə bir halda mənə e-qaimə 100 AZN-lik göndərilməlidir və ya 30 AZN-lik? O halda ki tam məbləğə e-qaimə kəsilir bəs güzəştli satış necə göstərilir?

Cavab: Bildiririk ki, qiymətin formalaşdırılmasının hər bir halda şirkətin hüququ olduğunu nəzərə alaraq şirkət istənilən qiyməti tətbiq etmək hüququndadır. Bununla belə, eyni mal 30 gün ərzində 30 faizdən aşağı qiymətə satıldıqda vergitutma məqsədləri üçün əsas kimi güzəştli faktiki satış qiyməti deyil, bazar qiyməti, yəni güzəşt verilən dövrədək tətbiq olunan qiymət əsas götüləcəkdir. Buna əsasən təqdim edilən mal vergitutma məqsədləri üçün bazar qiyməti ilə nəzərə alınmalı və həmin qiymətə elektron qaimə-faktura təqdim olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 16.1.3-cü106.1.20-ci199.14-cü maddələri.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Qeyri-rezidentə bu xidmətlərin göstərilməsi ƏDV-yə cəlb edilirmi?

posted in: Vergi, Xəbər | 0
Qeyri-rezidentSual: Rezident müəssisə tərəfindən qeyri-rezident üçün daxili bazarın araşdırılması üzrə xidmətlərin göstərilməsi ƏDV-yə cəlb edilirmi?
Cavab: Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinin müddəalarına əsasən malların və Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində göstərilən xidmətlərin ixracı ƏDV-yə sıfır (0) faiz dərəcəsi ilə cəlb olunur. Bazarın araşdırılması üzrə xidmətlərin göstərilməsi Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində nəzərdə tutulmamışdır. Buna əsasən bazar araşdırmasını həyata keçirən rezident müəssisənin fəaliyyəti həyata keçirdiyi yer Azərbaycan Respublikasının ərazisi olduğundan, bu xidmətlərin göstərilməsi Vergi Məcəlləsinin 168.1.6-cı maddəsinə uyğun olaraq 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.

Müəllif: Dilqəm Göyüşov / Vergilər üzrə mütəxəssis


Həmçinin bax: Hansı halda turizm xidmətinin dəyəri nağd ödənilə bilər?

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda 15 yerli və 1 xarici şirkət ləğv edildi

posted in: Vergi, Xəbər | 0

MMC QSCAzərbaycanda 15 yerli və 1 xarici şirkət ləğv edildi.


“İNSTAR LODJİSTİKS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1303454391

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələbini Bakı şəhəri Yasamal rayonu, Qədirli küçəsi,ev 117 ünvanına bidirə bilərlər.


“AZERBAİJAN ENGİNEERİNG SERVİCES” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 2002611131

Ləğv olduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 76 ünvana bildirə bilərlər.


“BEYNƏLXALQ TİCARƏT MƏRKƏZİ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1500664901

“MKT İSTEHSALAT KOMMERSİYA” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTƏ (VÖEN 9900008361) qoşularaq ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri. Heydər Əliyev prospekti 95 ünvanına bildirə bilərlər.


“GLC-GELİNCİK LABARATUAR CİHAZLARI” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1401775311

Ləğv olduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim ev.2, məhəllə 534, mənzil 12 ünvana bildirə bilərlər.


“BAHAR” KİÇİK MÜƏSSİSƏSİ

VÖEN: 2000441871

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 27, mənzil 35 ünvana bildirə bilərlər.


“OK TAXI” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1902543701

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov, ev 11A, mənzil 12 ünvanına bildirə bilərlər.


“İNTELLİGENT SOLUTİONS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1802562651

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri,  Sabunçu rayonu, Bakıxanov ŞTQ, Məmmədəli Şərifli, ev 16, məhəllə 2954 ünvanına bildirə bilərlər.


“ZÜMRÜD” MƏNZİL-TİKİNTİ KOOPERATİVİ

VÖEN: 1300210221

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, A Salamzadə 593-cü məhəllə, ev 2 “D”, mənzil 79 ünvanına bildirə bilərlər.


“VENTURE CAPİTAL İNVESTMENTS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1003426081

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Suraxanı rayonu, AB Yaşayış Sahəsi ev 143, mənzil 25 ünvanına bildirə bilərlər.


“TANA-S” KİÇİK MÜƏSSİSƏSİ

VÖEN: 1300751191

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 518 məhəllə, ev 13, mənzil 23 ünvanına bildirə bilərlər.


AĞCABƏDİ MELİOSERVİS İDARƏSİ

VÖEN: 3400145741

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Ağcabədi Suvarma Sistemləri idarəsinə bildirə bilərlər.


“ZƏMBUR” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1501935021

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev, ev 18, mənzil 106 ünvanına bildirə bilərlər.


“ARAN PLAST” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1002727151

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Ziya Bünyadov 19 / 69 ünvanına bildirə bilərlər.


“AZ-TÜRK PEN” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1500607551

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Ziya Bünyadov 19 / 69 ünvanına bildirə bilərlər.


“NEORY” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1901840231

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 68, mənzil 27 ünvanına bildirə bilərlər.


“ŞAH-MED” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 2003718811

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, S. Orucov küçəsi, ev 17C, mənzil 658 ünvanına bildirə bilərlər.


“AKGÜN BİLGİSAYAR PROQRAM VE HİZMETLERİ SANAYİ TİCARET LİMİTED ŞİRKETİ”NİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI

VÖEN: 1401036791

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov, ev 10 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.