Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin müvəqqəti dayandırılması

posted in: Vergi, Xəbər | 0

HüquqiXidmətin adı: Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin müvəqqəti dayandırılması

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:  

– VM-nin 16.3-cü maddəsi

– Vergilər Nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

– Vergilər nazirinin 31.01.2013-cü il tarixli 1317040100078200 nömrəli əmri ilə təsdiq edilmiş “Fəaliyyətini dayandırmış vergi ödəyiciləri üzrə nəzarətin gücləndirilməsi Qaydaları”

Xidmətin göstərildiyi yer: 

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün),Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, ünvanlı xidmət zamanı (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi: 

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri

İcra müddəti: 2 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

– Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin  dayandırılması haqqında bildiriş (e-qutuya  göndərilir)

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi üzrə Mühasib tələb olunur

posted in: Kadr, muhasibat, Vakansiya, Vergi, Xəbər | 0

“Kaspi” Təhsil Şirkəti Vergi üzrə Mühasib vəzifəsi üçün vakansiya elan edir.


Mühasib üçün öhdəliklər:

• Şəxsi hesab vərəqələrinin gündəlik təqib edilməsi;
• Vergi (MÖMV, ÖMV, MV, HŞƏV və s.), DSMF, Statistika hesabatlarının təqdim olunması;
• Kameral uyğunsuzluqların yoxlanılması və uyğunsuzluqlara cavabların yazılması;
• Vergi və digər dövlət qurumları ilə danışıqların aparılması;
• Mənfəət və zərər hesabatının tərtib edilməsi;
• Balans hesabatının tərtibi;
• Əsas vəsaitlərin amortizasiya və təmir xərclərinin qanunvericiliyə uyğun yoxlanılması;
• Kreditorlar üzrə ilkin sənədlərin yoxlanılması;
• Kreditorlar üzrə ödəniş tapşırıqlarının hazırlanması;
• Debitor borcların təqib edilməsi və debitorlardan banka daxil olan vəsaitlərin müvafiq debitora aid edilməsi;
• Kassa kitabına, bank əməliyyatlarına və e-Qaimə-fakturalara nəzarət edilməsi;
• Pul vəsaitlərinin hərəkəti hesabatının tərtib edilməsi.

Vakansiya tələbləri:
•  Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklər;

• Müvafiq sahə üzrə ali təhsil;
• Sahə üzrə minimum 3 (üç) il iş təcrübəsi;
• Komandada işləmək bacarığı.

Əlavə məlumatlar:

• İş qrafiki: I-V günlər  09:00-18:00
• İş yeri: Bakı ş., “Kaspi” Təhsil Şirkəti
• Elan tarixi: 07.03.2019
• Son müraciət tarixi: 31.03.2019

Maraqlananlar http://kaspi.edu.az/career keçidinə daxil olub İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər.

Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

VÖEN olmayan fiziki şəxslə xidmət müqaviləsi bağlanan zaman yaranan ezamiyyə xərci gəlirdən çıxılır?

posted in: Xəbər | 0

xidmətVÖEN olmayan fiziki şəxs ilə xidmət müqaviləsi bağlanan zaman yaranan ezamiyyə xərci gəlirdən çıxılır?


Sual:  Müəssisə VÖEN olmayan fiziki şəxs ilə xidmət müqaviləsi bağlamışdır. Xidmət müqaviləsinə əsasən fiziki şəxs müəssisəyə layihələrin icrasi üçün məsləhət xidməti göstərir. Suallar bunlardır.
  • Bu halda müəssisə fiziki şəxsin ezamiyyə, telefon və s. xərclərini ödədikdə bunu xərcinə sala bilərmi? Bu növ xərcləri ödədikdə bu xərclər ödəmə mənbəyində vergiyə cəlb olunmalıdır?

Cavab: Bildiririk ki, müəssisə tərəfindən xidməti müqavilə əsasında ona xidmət göstərən VÖEN təqdim etməyən fiziki şəxsə müqavilənin yerinə yetirilməsindən irəli gələn xərclərin— əvəzinin ödənilməsi məqsədi ilə ödənilən məbləğlər fiziki şəxsin gəliri hesab olunmaqla Vergi Məcəlləsinin 101.1-ci maddəsində qeyd olunan dərəcələrlə ödəmə mənbəyində vergiyə cəlb olunmalıdır. Müqavilənin icrası ilə əlaqədar müəssisə tərəfindən fiziki şəxsə ödənilən xərclər, o cümlədən də sorğunuda qeyd xərclər gəlirin əldə edilməsi ilə bağlı olduğu halda müəssisənin vergi tutulan gəlirindən çıxıla bilər. Əlavə olaraq xatırladırıq ki, göstərilmiş xidmətlərin haqqını ödəyən aparan şəxs, qanunla müəyyən edilmiş hallarda və qaydada ödənilmiş məbləğlər haqqında vergi orqanına məlumat verməlidir.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mariana Alekseyeva – Mən niyə 8 Martı sevmirəm?

posted in: Məqalə, Xəbər | 0

8 mart – Mən niyə bu günü sevmirəm?!

Dərhal deyim ki, mən feminist deyiləm, ən adı qadınam. Lakin, mən bir çoxlarından fərqli olaraq, bu bayramı qəbul edə bilmirəm. Heç vaxt anlamamışam, uşaq vaxtımdan başa düşməmişəm ki, məni niyə qadın olduğuma görə təbrik etməlidirlər. Bu bayramın qeyd olunması hələ məktəbdə mənə kədər və məyusluq verirdi. İllər keçdikcə daha da pis oldu…

–  Mariana Alekseyeva, Mühasib

Yenə də 8 Mart gəlib çatıb, bu bayramla bağlı söyləmək istədiklərimi demək istəyirəm. Ümid edirəm ki, həmkarlarım məni dəstəkləyərlər, baxmayaraq ki, mübahisə etməyə də hazıram.

Söylədiyim kimi, “Beynəlxalq qadınlar günü”nə münasibət məndə hələ uşaqlıqdan formalaşıb. İkinci sinifdə oxuyan vaxt mən müəllimdən soruşmuşdum ki, səkkiz martı bütün dünyada qeyd edirlərmi: “Bütün dünyanın zəhmətkeşləri bu günü qeyd edirlər. İnqilabçı-qadın gününü!”, – müəllimin cavabı belə olmuşdu. Yaşa dolduqdan sonra başa düşdüm ki, təkcə zəhmətkeşlər, inqilabçılar deyil, eləcə də qadınlar bütün dünyanın hər yerində bu günün nədən yarandığını və niyə məhz, həmin gündə təbrik olunduqlarını çox dumanlı təsəvvür edirlər. Görünür, bayram üçün əsas – bir xromosomun fərqində imiş.

Bu harasıdır, hələ də adamlar var ki, bu günü böyük coşqu ilə qeyd edirlər – stol açırlar, yarım-sovet bayram şənliyi keçirirlər.

Əlbəttə, kişilərin sənə hər cür diqqət yetirməsi, çiçəklər və hədiyyələr verməsi çox xoşdur, bununla bağlı mübahisə etməyəcəm.  Lakin, buna görə xüsusi bir günəmi ehtiyac var? Bəlkə bu bir qənaət məqsədilə həyata keçirilir, yəni, 8 Martda hədiyyəni vermişəm, daha nə istəyirsən, deməkdir? Növbəti gül buketini ad günündə alarsan, deməkdir?! Deməli, bütün başqa günlərdə məni bir qadın olaraq görməzlikdən gəlmək olar? Mən cinslərin bərabərliyini istəyirəm, əgər belədirsə, onda bu tarixçəni, ümumiyyətlə,  niyə ortalığa çıxarıblar?

Elə götürək, çalışdığım kiçik şirkəti, burada mən yeganə mühasibəm. Bütün ili direktor üstümə qışqırır, işdən çıxaracağı ilə hədələyir, bağırır və məndən olmazları tələb edir. Əvəzində 8 Martda hardasa düşüb qalmış bir qızılgül və hansısa ucuz kosmetika dəsti hədiyyə edir. Yəqin, düşünür ki, bundan sonra mən hər şeyi unudacam və ona hədsiz minnətdarlıq edəcəm…

Məni ən çox üzən həmkarlarım, rəfiqələrimdir, ümumilikdə, sadəcə ətrafımdakı qadınlardır, hansılar ki, açıq şəkildə özlərinin kişi dostlarından, ərlərindən, şeflərindən hədiyyələr, güllər və mükafatlar əldə etməyə çalışırlar. Bu qoparmalar nəticəsində onlar bir neçə zanbaqdan ibarət və real qiymətindən on dəfə baha alınmış gül buketinə hələ bir səmimi şəkildə sevinirlər də. Bilmirəm ki, ərim də bu formada belə bir buket hədiyyə edərsə, mənə xoş gələrmi. Əvəzində dəqiq bilirəm ki, işdən sonra heç bir əsas olmadan mənə bir ədəd qızılgül təqdim etsə, bu mənə daha çox zövq verər!  Sürpriz də həmişə xoş olur!

Nəhayət, məni son illərdə ən çox üzən bu hərəkətlərin “qadınlar naminə” tam kapitallaşmasıdır. Yəqin ki, 8 Mart günündə səmimi şəkildə ən çox sevinən gülsatanlardır. Amma, onlar, tamamilə neytral bir gün, məsələn, “Güllər günü” düşünüb tapsaydılar, daha yaxşı olardı. Həmin gündə hamı bir-birinə gül hədiyyə edərdi.

Sizi bilmirəm, lakin, mənim həyatımda güllər, hədiyyələr və mənə hörmət göstərmək üçün səbəb az deyil, bir insan və bir qadın kimi mənə sadəcə gül də, hədiyyə də vermək olar. Öz kolleqalarımı, yaxınlarımı nə qədər inandırmaq istəsəm də ki, məni 8 martda təbrik etmək lazım deyil, yenə də təbrik edirlər. Bu məsələdə yalnız ərim məni anlaya bilir.

Bir sözlə, bütün dünyanın Qadınları bayramımız mübarək!

Bax: Beynəlxalq Qadınlar Günü

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.