Read More9
Read More9

101-ci hesabda qeyri-maddi aktivlər üzrə daxilolmanın uçotu

posted in: Xəbər | 0

Qeyri-maddi aktivlər nədir?

Qeyri-maddi aktivlər Hesablar Planının 10-cu maddəsinə uyğun olaraq uçota alınır. 38 №-li “Qeyri-maddi aktivlər” MUBS-a (IAS 38)  əsasən uzunmüddətli aktivlərə daxil edilən bu aktivlər, fiziki formaya malik olmur, lakin onlar əldə edilən zaman müəyyən pul vəsaitləri sərf olunduğuna və müəssisəyə iqtisadi fayda gətirdiyinə görə əhəmiyyət kəsb edirlər. Qeyri-maddi aktivlər barədə digər yanaşmanı AR Vergi Məcəlləsində tapmaq olar (Maddə 13.2.9).

Qeyri-maddi aktivlər aşağıdakı şərtlərə eyni vaxtda cavab verən obyektlər kimi tanınır:

  • maddi formaya malik deyildirlər;
  • şirkətin normal fəaliyyəti zamanı (məsələn, mal satarkən və ya xidmət göstərərkən) istifadə olunur;
  • 12 aydan çox istifadə üçün nəzərdə tutulub;
  • gələcəkdə şirkət üçün gəlir gətirə bilər (nəzərə almaq lazımdır ki, müəssisə belə gəlir əldə etmək hüququna malik olmalı və digər şəxslərin ona çıxışını məhdudlaşdıra bilməlidir);
  • digər aktivlərdən ayrıla və ya onlardan ayrı mövcud ola bilməlidir.

Aşağıdakılar qeyri-maddi aktivlərə nümunə göstərilə bilər:

  • intellektual fəaliyyətin nəticələri, məsələn, proqram təminatı, verilənlər bazası, sənət əsərləri;
  • hüquqi şəxsin, malların, işlərin, xidmətlərin və müəssisələrin fərdiləşdirilməsi vasitələri (brendlər, əmtəə nişanları və oxşar obyektlər);
  • müəyyən fəaliyyət növləri ilə məşğul olmaq üçün icazə və lisenziyalar.

Bundan əlavə, qudvil, şirkətin işgüzar nüfuzu da qeyri-maddi aktiv kimi tanınır. İstisna, şirkətin özü tərəfindən yaradılan qudvildir.

Qeyri-maddi aktivlər və onların uçotu haqqında daha ətraflı məlumat almaq üçün buraya keçid edə bilərsiniz.

“Qeyri-maddi aktivlərin dəyəri” hesabı

Qeyri-maddi aktivlər üzrə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə tənzimlənir.

101 №-li “Qeyri-maddi aktivlərin dəyəri” hesabı aktiv hesabdır. Bu hesab üzrə aşağıdakı subhesablar açmaq olar (qaydaların 11.3. bəndi):

101 №-li “Qeyri-maddi aktivlər” hesabında mühasibat uçotu subyektinin fəaliyyətinin həyata keçirilməsində uzun müddət istifadə edilən təcrübə-konstruktor işləri, proqram təminatı, patentlər, müəllif hüquqları, lisenziyalar, ticarət markaları, digər qeyri-maddi aktivlərin hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar öz əksini tapır.

Dəyərin müəyyən edilməsi

Qeyri-maddi aktivlər ayrıca alınarsa, onların ilkin dəyəri yuxarıda qeyd edilən qaydaların 11.19. bəndi əsasında müəyyən edilir.

Mübadilə nəticəsində əldə edilmiş qeyri-maddi aktivlər həmin qaydaların 11.24.-cü bəndilə nizamlanır.

Əvəzsiz olaraq alınan qeyri-maddi aktivlər həmin qaydaların 11.30.-cu bəndilə nizamlanır.

Xaric olunan, yəni silinən, satılan, əvəzsiz verilən qeyri-maddi aktivlərin dəyəri həmin qaydaların 11.46.-cı bəndilə nizamlanır.

Əskik gəlmiş qeyri-maddi aktivlər üzrə təqsirkar şəxs bilinən hallarda qeyri-maddi aktivlərin dəyəri qaydaların 11.47.-cı bəndilə nizamlanır.

Əskik gəlmiş qeyri-maddi aktivlər üzrə təqsirkar şəxs bilməyən hallarda qeyri-maddi aktivlərin dəyəri həmin qaydaların 11.48.-ci bəndilə nizamlanır.

Maliyyə icarəsilə əldə olunan qeyri-maddi aktivlərin dəyəri həmin qaydaların 11.51.-ci bəndilə nizamlanır.

Qeyri-maddi aktivlərin daxilolmasını nümunələr üzərindən izah edək. Belə aktivlər digər müəssisələrdən haqqı ödənilməklə yaxud ödənilmədən alına bilər.

Haqqı ödənilməklə alınan qeyri-maddi aktivlərin uçotu

Nümunə 1:  Haqqı ödənilməklə digər müəssisələrdən alındıqda

“A” MMC “B” MMC-dən 8000 manat dəyərində proqram təminatı almışdır. Proqram təminatı quraşdırılan zaman 600 manat xərc çəkilmişdir (ƏDV-siz).

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Digər müəssisədən alındıqda 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 8000.00
2 Quraşdırma xərcləri kapitallaşdırıldıqda 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 600.00
3 Kapitallaşdırılmış qeyri-maddi aktiv müəssisənin balansına daxil edildikdə və istismara verildikdə 101 – Qeyri-maddi aktivlərin dəyəri 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 8600.00

Digər mənbələr hesabına daxilolma zamanı müxabirləşmələr

Nümunə 2: Müəssisənin təsisçisi tərəfindən nizamnamə kapitalı şəklində qeyri-maddi aktiv qoyulduqda

 “A” MMC-nin təsisçisi 6000 AZN dəyərində proqram təminatını nizamnamə kapitalı şəklində qoymuşdur. Bu qeyri-maddi aktivi quraşdırılan zaman 500 AZN xərc çəkmişdir (ƏDV-siz).

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Nizamnamə kapitalının məbləği təyin olunduqda 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 301 – Nizamnamə (nominal) kapitalı 6000.00
2 Nizamnamə kapitalı şəklində qeyri-maddi aktiv qoyulduqda 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 6000.00
3 Quraşdırma xərcləri kapitallaşdırıldıqda 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 500.00

Nümunə 3:     Müəssisə daxilində yaradıldıqda

 “A” MMC öz daxilində istifadə etmək məqsədilə proqram təminatı yaratmaq qərarını almışdır. Bu proqram təminatının yaradılmasına “A” MMC öz işçilərini cəlb etmişdir. İşçilərin sayı 3 nəfərdir və cəmi 4200 AZN əməkhaqqı hesablanmışdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əməkhaqqı proqram təminatının dəyərinə aid edildikdə (kapitallaşma) 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 4200.00
2 İşəgötürən hesabına sosial sığorta haqqı proqram təminatının dəyərinə aid edildikdə (22%) 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 522 – Sosial sığorta və təminat üzrə öhdəliklər 762.00
3 İşəgötürən hesabına işsizlikdən sığorta haqqı proqram təminatının dəyərinə aid edildikdə (0.5%) 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 523-1 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 24.00
4 İşəgötürən hesabına icbari tibbi sığorta haqqı proqram təminatının dəyərinə aid edildikdə (2%) 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 523-2 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 96.00
5 Proqram təminatı tam hazır vəziyyətə gətirildikdən sonra istismara verildikdə 101 – Qeyri-maddi aktivlərin dəyəri 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 5082.00

Nümunə 4:  Əvəzsiz alındıqda

 “A” MMC “B” MMC-dən əvəzsiz olaraq, yəni hər hansı ödəniş etmədən qeyri-maddi aktiv əldə etmişdir. Qeyri-maddi aktiv quraşdırılarkən “A” MMC digər “C” MMC-ə 750 manat ödəniş etmişdir. Həmin qeyri-maddi aktivə bazar qiyməti tətbiq edilmiş və 3100 manat olaraq dəyərləndirilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əvəzsiz əldə edilən qeyri-maddi aktiv gəlir kimi tanındıqda 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 611 – Sair əməliyyat gəlirləri 3100.00
2 Quraşdırma xərcləri kapitallaşdırıldıqda 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 750.00
3 Kapitallaşdırılmış qeyri-maddi aktiv istismara verildikdə 101 – Qeyri-maddi aktivlərin dəyəri 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 3850.00
4 Gəlir kimi tanınan qeyri-maddi aktiv ümumi mənfəətə bağlandıqda 611 – Sair əməliyyat gəlirləri 801 – Ümumi mənfəət (zərər) 3100.00

Qeyri-maddi aktivlərin xaric olmasının uçotu da hesablar planının 101-ci maddəsində aparılır. Bu haqda daha ətraflı məlumat almaq üçün  buraya keçid  ala bilərsiniz.

Yükdaşıma fəaliyyəti göstərənlər əvvəlki dövrə ƏDV qeydiyyatına alına bilərlərmi?

posted in: Xəbər | 0

Bildiyimiz kimi, yükdaşıma fəaliyyətinə münasibətdə verginin “Fərqlənmə nişanı” alarkən sadələşdirilmiş qaydada ödənilməsi 2024-cü ildən ləğv edilib. Çalışdığım müəssisə hal-hazırda bu fəaliyyətlə məşğuldur və 2 faiz sadələşdirilmiş verginin ödəyicisidir. Bununla belə, müəssisənin rəhbəri 2022-ci ildən ƏDV əvəzləşdirmə imkanlarından faydalanmaq üçün 3 il geriyə müəssisənin könüllü ƏDV qeydiyyatına alınması ilə bağlı vergi orqanına ərizə verməyi tapşırıb. Bilmək istəyirəm ki, yükdaşıma fəaliyyəti göstərən müəssisə olaraq biz bu imkandan faydalana bilərikmi?

Məlum olduğu kimi, 2024-cü il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsində edilmiş müvafiq dəyişikliklərə əsasən, yük daşımalarını həyata keçirən vergi ödəyiciləri tərəfindən “Fərqlənmə nişanı”nın alınması üçün verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi tələb edilmir və qeyd olunan öhdəliklər həmin şəxslər tərəfindən qanunla müəyyən edilmiş ümumi qaydada yerinə yetirilir.

Eyni zamanda, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 157.3.3-cü maddəsində edilmiş dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 218.4.1-ci maddəsində göstərilən şəxslər, habelə 2024-cü il yanvarın 1-dən əvvəlki dövrə münasibətdə Azərbaycan Respublikasının ərazisində yük daşımalarını həyata keçirən şəxslər istisna olmaqla, bu Məcəllənin 85.4-cü maddəsi ilə müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla, vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən tarixdə ƏDV qeydiyyatı qüvvəyə minir.
Buna əsasən, yükdaşıma fəaliyyəti göstərən müəssisə tərəfindən 2024-cü il yanvarın 1-dən əvvəlki dövrə münasibətdə könüllü ƏDV qeydiyyatına alınması nəzərdə tutulmayıb.

Əsas: Vergi Məcəlləsinin 157.3.3-cü və 218.4.1-ci maddələri

Mənbə: vergiler.az

335 saylı “Digər ehtiyatlar” hesabı: uçot qaydaları, IFRS standartları və mühasibat yazılışı nümunələri

Kapital Bank-ın dəstəyi ilə TəhsilPlus kartı ictimaiyyətə təqdim olundu

posted in: Xəbər | 0

Təhsil işçilərinin maliyyə əlçatanlığı artıq daha rahat oldu. Belə ki, Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard” qlobal texnologiya şirkətinin birgə təşkilatçılığı ilə çoxfunksional TəhsilPlus kartı ictimaiyyətə təqdim olundu.

Təqdimat mərasimində çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov TəhsilPlus kartının üstünlüklərini vurğulayıb. O, qeyd edib ki, kart təhsil müəssisələrində fəaliyyət göstərən şəxslərə müxtəlif güzəşt və imtiyazlar təqdim etməklə, onların sosial rifahını yüksəltmək və imkanlarını genişləndirmək məqsədi daşıyır. Onun sözlərinə görə bu kart məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində çalışan pedaqoji və inzibati heyət üçün nəzərdə tutulur və gələcəkdə 450 min nəfəri əhatə etməsi planlaşdırılır.

Kapital Bankın İdarə Heyətinin üzvü, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə isə çıxışında təhsil sahəsinə göstərilən dəstəyin bankın əsas prioritetlərindən biri olduğunu vurğulayıb. “Bizim üçün müəllimlər və təhsil işçiləri cəmiyyətin gələcəyini formalaşdıran əsas qüvvədir və bu istiqamətdə atılan hər bir addımı gələcəyə sərmayə kimi qiymətləndiririk. Bu istiqamətdə Elm və Təhsil Nazirliyi ilə uzun illərdir davam edən əməkdaşlığımız var. Keçən il Təhsilin İnkişafı Fondu ilə birlikdə tələbələr üçün TələbəPlus kartını təqdim etdik. Bu gün artıq 200 mindən çox tələbəmiz bu kartdan aktiv şəkildə faydalanır. Bu gün isə daha böyük bir addım atırıq və daha geniş bir auditoriyanı əhatə edən TəhsilPlus kartını təqdim edirik. Bu kart vasitəsilə yüzminlərlə müəllim və təhsil işçisi müxtəlif güzəştlərdən və üstünlüklərdən yararlana biləcək. Məqsədimiz sadəcə maliyyə əlçatanlığı deyil, müəllimlərimizin gündəlik həyatına dəyər qatacaq imkanlar yaratmaqdır. Biz inanırıq ki, təhsil sahəsinə qoyulan investisiya ölkəmizin gələcəyinə qoyulan ən böyük sərmayədir”.  

Qeyd edək ki, təhsil müəssisələrində fəaliyyət göstərən şəxslərə müxtəlif güzəşt və imtiyazlar təqdim edən TəhsilPlus kartı yeni tədris ilində istifadəçilərə təqdim ediləcək.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir. Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.

Mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri göstərən şəxslərin güzəşt hüququ

posted in: Xəbər | 0

“X” MMC-də mühasib işləyirəm. 2025-ci ildən mühasibatlıq sahəsində gəlir vergisindən 75 faiz güzəştlə bağlı Vergi Məcəlləsində dəyişiklik edildiyini öyrəndikdən sonra işdən azad olunmaqla həmin MMC-yə fərdi qaydada öz VÖEN-im əsasında xidmət göstərmək qərarına gəldim. Bu zaman mənim mühasibatlıq sahəsində gəlirlərimə güzəşt tətbiq ediləcəkmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş 102.1.30-1-ci maddəyə əsasən, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri ilə məşğul olan və həmin fəaliyyətdən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45.000 manatadək olan fiziki şəxslərin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.
O da bildirilib ki, Vergi Məcəlləsinə 2025-ci il yanvarın 1-dən əlavə edilmiş 102.9-cu maddəyə əsasən, bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrində muzdlu işçi kimi çalışan fiziki şəxsin əmək müqaviləsinə xitam verildiyi, həmin fəaliyyətlə fərdi sahibkar kimi məşğul olduğu və fərdi sahibkar kimi fəaliyyətə başladığı tarixdən 1 il müddətində eyni xidmətləri tam və ya qismən əvvəlki işəgötürənə göstərdiyi halda, həmin fərdi sahibkara bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan güzəşt şamil edilmir.

Qeyd olunanlara əsasən, mühasibatlıq sahəsində muzdlu işçi kimi çalışdığı iş yerində əmək müqaviləsinə xitam verilməklə eyni xidmətləri fərdi sahibkar kimi fəaliyyətə başladığı tarixdən 1 il müddətində əvvəlki işəgötürənə göstərdiyi halda, həmin fərdi sahibkara Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan güzəşt şamil edilmir.

Əsas: Vergi Məcəlləsinin 102.1.30-1-ci və 102.9-cu maddələri

Mənbə: vergiler.az

331 saylı “Yenidən qiymətləndirmə üzrə ehtiyatlar”: uçotu, beynəlxalq standartlar və tətbiqi nümunələr

1 192 193 194 195 196 197 198 2. 700
error: Content is protected !!