Göstərdiyimiz xidmətə görə NKA çeki yoxsa mədaxil qəbzi verməliyik?

posted in: Xəbər | 0

Kassa çekiSual: Yağdəyişmə xidməti göstərən servisdə VÖEN-ə malik usta (yeri özü icarəyə götürüb) müştərinin avtomobilinin yağını dəyişməsi ilə bağlı göstərdiyi xidmətə görə nəzarət kassa aparatı (NKA) istifadə etmədən müvafiq ciddi hesabat blankı olan mədaxil qəbzini müştəriyə təqdim edə bilərmi?

Eyni zamanda, yağdəyişmə zamanı istifadə etdiyi yağ satış sayılırmı?

VM-nin 13.2.11-ci maddəsinə əsasən “Xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istifadə olunan mallar ayrıca təqdim edilmirsə və ya xidmətin (işin) dəyərinə daxil edilməyən kompensasiyalı xərclər müqavilədə və ya ödəniş sənədlərində ayrıca göstərilmirsə, həmin mallar və ya xərclər xidmətin (işin) ayrılmaz tərkib hissəsi hesab edilir.”

Burada istifadə olunmuş yağın dəyəri mədaxil qəbzində göstərilməlidirmi?

Ümumilikdə göstərilmiş bu xidmətə görə alınmış vəsaiti NKA olmadan mədaxil qəbzi ilə rəsmiləşdirmək olarmı?


ƏDV bəyannaməsinin 301 və 307-ci sətrində hansı məbləğ göstərilməlidir?

Cavab: Bildiririk ki, göstərilən xidmətin müqabilində ciddi hesabat blankı olan və ödənişi təsdiqləyən mədaxil qəbzi verilməlidir. Vergi Məcəlləsinin 13.2.11-ci maddəsinə əsasən mal ayrıca təqdim olunmursa xidmətin tərkib hissəsi hesab olunur. Qeyd olunan maddəyə əsasən sorğunuzda mühərrik yağı xidmət göstərilən zaman ayrıca təqdim edilmirsə xidmətin tərkib hissəsi sayılır və bu zaman xidmətin müqabilində ciddi hesabat blankı olan və ödənişi təsdiqləyən mədaxil qəbzi verilməlidir. Xidmət göstərilmədiyi halda mühərrik yağı ayrıca təqdim olunarsa pərakəndə ticarət fəaliyyəti hesab olunur və satış NKA tətbiq edilməklə həyata keçirilməlidir.

Bax: Vergi Məcəlləsinin 13.2.11-ci, 16.1.8-ci, 16.1.9-cu maddələri.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

1900 manat məvaciblə Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

mühasibVəzifə: Baş mühasib

İşəgötürən: Beta Azerbaijan

  • Şəhər: Bakı
  • Yaş: 30 – 55 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər

 Kiçik mühasib tələb olunur

İş barədə məlumat

– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi,
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
– E-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
– İş qrafiki: Bazar ertəsi-şənbə: 08:30-dan 18:00-dək
– Bazar günü – istirahət
– Nahar şirkət tərəfindən verilir


 1800 manat məvaciblə Baş mühasib axtarılır

Namizədə tələblər

– Qadın namizəd
– Ali təhsilli
– B1-B3, Microsoft Office proqramlarını bilmək
– 1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s.)
– e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
– Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
– Balansın çıxarılmasıCV-lərinizi foto ilə birlikdə  / ünvanına “Baş mühasib” başlığı altında göndərməyiniz xahiş olunur. Əks təqdirdə cv-lərə baxılmayacaq.
Mənbə: boss.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

30 yaşına kimi çatılası 30 maliyyə hədəfi (1-ci hissə)

posted in: Maliyyə, Məqalə, Xəbər | 0

maliyyə hədəfi30 yaşına kimi çatılası 30 maliyyə hədəfi (1-ci hissə)

30 yaşında siz artıq yetkin insansınız və pulların necə qazanıldığını və onların necə düzgün məsrəf olunduğunun əsasını artıq bilməlisiniz. Bu sahədə sizə kömək etmək üçün biz 30 yaşına kimi çatılası 30 hədəfi müəyyənləşdirdik.

Sizin həyatınızda bir çox şeylər pullar ətrafında dövr edir. Bu yaxşı, yoxsa pisdir – hər bir insan üçün fərdi sualdır və burada öz fikrimizi yeritmək mənasız bir şeydir. Lakin, bir şeyi dəqiq demək olar: pullar – bu bizim həyatımızın ayrılmaz hissəsidir və onları necə qazanmağı öyrənmək heç vaxt mənasız bir şey olmayacaq.

Amma, pul qazanmaq üçün həm də pul əsaslarını öyrənmək lazımdır. Vergilər, bank əməliyyatları, passiv gəlirlər – bu maliyyə tərifi sizə yad olmamalıdır. Əgər, sizə gəlir gətirən stabil və sevimli işiniz varsa, bu əladır. Lakin, unutmayın ki, hər şey dəyişə bilər, ona görə ehtiyat variant həmişə faydalı bir şeydir.

Bu məqalədə biz 30 yaşına çatana kimi üzərinizə qoyulmalı olan 30 maliyyə hədəfini seçmişik. Onları həyata keçirməklə siz öz maliyyə gələcəyinizə əmin olacaqsınız.


Sən niyə heç vaxt varlı olmayacaqsan?!

  • Valideynlərdən maliyyə asılılığına son

Valideynlər həmişə sizi uşaq hesab edəcəklər, lakin siz özünüzə və onlara  xatırlatmalısınız ki, artıq yetkin insansınız və özünüzü özünüz təmin edə bilirsiniz.

  • Borcsuz yaşamağı öyrənin

Öz imkanlarınıza uyğun yaşayın və nəyisə almaq imkanınız yoxdursa, buna görə borca pul almayın. Borclar yalnız maliyyə stabilliyini deyil, həm də münasibətləri dağıdır.

  • Ödənilməmiş kreditlərdən canınızı qurtarın

Və yenə də bizlərin çox şeylər istəmək arzularımız, bizi maliyyə çuxuruna atır. Kreditlər üzrə borclar yalnız kredit tarixçələrinə mənfi təsir göstərmir, həm də maliyyə rahatlığımıza da son qoyur.

  • Öz kredit tarixçənizi dəstəkləyin

Gənclikdə buraxdığınız səhvlərin gələcəyinizlə bağlı planların üzərindən xətt çəkməsinə imkan verməyin. Gəncliyinizdə bir neçə dəfə ödənişləri etməkdən yayınmağınız və ya kartdakı kredit limitini keçməyiniz sizin kredit tarixçənizdə özünü göstərəcək.

  • Pensiya üçün pul toplayın

Əgər düşünürsünüzsə ki, qocalıq yalnız digər insanlara qonaq gəlir və sizin qapınızı heç vaxt döyməyəcək, mənim sizdən ötrü pis xəbərlərim var. Siz bu uzaq gələcək barədə çox yəqin ki, düşünmürsünüz, lakin bu barədə indidən fikirləşmək lazımdır, yoxsa qocalıq sizi qəfil haqlaya bilər.

  • İnvestisiyaları öyrənməli və investisiya portfeli yaratmalı

30 yaşına kimi sizin investisiya portfeliniz olmalıdır. Bank yatırımları da yaxşıdır, lakin diversifikasiya olunmuş portfel sizə elə də böyük olmayan, amma stabil gəlir gətirə bilər.

  • Ehtiyat fondunuz olmalıdır

Siz 3-5 aylıq məsrəflərinizə uyğun pul vəsaitləri ehtiyatı yaratmalısınız. Sadəcə hər ehtimla qarşı.

  • Sığorta

Sizin ölkələrdə sığorta bir çox qərb ölkələrində olduğu kimi inkişaf etməyib, amma buna baxmayaraq, özünüzü, əmlakınızı və qiymətli əşyalarınızı sığorta etdirməniz, artıqlıq təşkil etməyəcək.

  • Güzəştlərdən maksimum yararlanmalı

Əgər siz hansısa güzəştlər əldə edə bilərsinizsə, bundan hökmən yararlanın. Əks təqdirdə bu boş yerə pul xərcləmək olacaq.

  • Xərcləri izləməli

Pullarınızı idarə etməyin yeganə üsulu – öz xərclərinizə nəzarəti həyata keçirməkdir.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Dünya ölkələrində əmlak vergisi (1-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

Daşınmaz əmlak almaq, daimi yaşayış yeri əldə etmək və ya sahibkarlıq fəaliyyəti göstərmək üçün ölkə seçərkən, ilk növbədə insanı həmin ölkədə mövcud olan vergi qanunvericiliyi maraqlandırır.

Mənzil alarkən mülkiyyət hüququna sahiblənməkdən ötrü vergi (satın alma vergisi) ödəməli olursan, sonra gerb yığımı və ya ƏDV, eləcə də qeydiyyat üçün vergi ödəməlisən. Əmlak sahibləri üçün illik əmlak vergisi də mövcuddur. Əmlakı satmaq istəryərkən isə kapitalın artışına görə, yəni alış və satış qiymətindəki fərqə görə vergi ödəməli olursan. Əksər ölkələrdə eləcə də bağışlanan və ya miras qoyulan əmlaka görə də qohumluq dərəcəsindən asılı olaraq, vergi tətbiq edilir. Belə vergi yalnız Avstriya, Kipr, Latviya, BƏƏPortuqaliyada mövcud deyil. Bundan əlavə, fiziki və hüquqi şəxslər həm də gəlirdən də vergi ödəyirlər. Gəlirdən ən yüksək vergi Sloveniya (maksimal hədd – 50% ), Fransa (49%-ə qədər), Portuqaliya (48%-ə qədər), Böyük Britaniya, Almaniya, Yunanıstan və İspaniyada isə 48%-ə qədər təşkil edir.

Avstriyada əmlakın satın alınması zamanı 3,5% vergi ödənilir. Əmlakın qeydiyyatına görə 1,1%, yeni əmlaka görə ƏDV 20%, əmlaka görə illik 2%, kapitalın artımına görə 25% vergi ödənilir. Bu ölkədə fiziki şəxslərdən 50%, hüquqi şəxslərdən isə 25% vergi tutulur.

Bolqarıstanda əmlakın satın alınması zamanı 3%, qeydiyyatına görə 1,1%, yeni əmlaka görə ƏDV 20%, əmlaka görə illik 2%-ə qədər, kapitalın artımına görə 25% vergi tutulur. Mirasa və ya bağışlanan əmlaka görə vergi tutulmur. Bu ölkədə fiziki və hüquqi şəxslərdən eyni miqdarda 10% vergi tutulur.

Böyük Britaniyada əmlakın alışı zamanı 0-15%, qeydiyyatı üçün 0,04-0,15%, əmlaka görə illik 200-2500 funt sterlinq,  kapitalına artımına görə 18-28%, mirasa və ya vərəsəlik yolu ilə keçən əmlaka görə 0-40% vergi ödəməlisən. İngiltərədə fiziki şəxslər 20-45%, hüquqi şəxslər isə 23% vergi ödəyirlər.

Növbəti yazımızda digər ölkələrdəki vergilər barədə məlumat verəcəyik.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.