Read More9
Read More9

Bu vergi bəyannaməsinin formasına dəyişiklik edilib

posted in: Vergi, Xəbər | 0

Ödəmə mənbəyində tutulan vergilərMuzdlu işlə əlаqədаr ödəmə mənbəyində tutulаn vergi bəyаnnаməsinin formasında dəyişiklik edilib.

Vergilər nazirinin əmri ilə muzdlu işlə əlаqədаr ödəmə mənbəyində tutulаn verginin bəyаnnаməsinin və əlavələrin tərtib еdilməsi qaydaları  (yüklə – MÖMV-Bəyannamətəsdiqlənib. Qaydalara əsasən, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin bəyannaməsi Vergi Məcəlləsinin 98-ci maddəsinə əsasən tərtib edilməlidir.Bəyannamə Azərbaycan ərazisində muzdlu işlə əlaqədar ödənilən gəlirdən ödəmə mənbəyində gəlir vergisini tutan şəxslər tərəfindən tərtib olunmalıdır. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər istisna olmaqla, digər sektora aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi tutulur. Vergi tutulan aylıq gəlirin məbləği verginin dərəcəsi 2.500 manatadək olduqda 14 faiz, 2.500 manatdan çox olduqda 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən isə vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı qaydaya uyğun tutulur:

– vergi tutulan aylıq gəlirin məbləği 8.000 manatadək olduqda 0 faiz;
– 8000 manatdan çox olduqda 8.000 manatdan çox olan məbləğin 14 faiz hesablanır.


ƏDV ilə bağlı Vergi Məcəlləsində olan dəyişikliklər

ƏDV-nin və sadələşdirilmiş verginin ödəyicisi olmayan vergi ödəyiciləri tərəfindən bəyannamə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir. Bəyannamə ƏDV-nin və ya sadələşdirilmiş verginin ödəyicisi olan şəxslər tərəfindən illik məlumatlar əks etdirilməklə hesabat ilindən sonrakı ilin yanvar ayının 31-dən gec olmayaraq təqdim edilməlidir və bu bəyannamə məlumat xarakteri daşıyır.

Muzdlu işlə əlаqədаr ödəmə mənbəyində tutulаn vergi bəyаnnаməsinə əlаvələrin tərtibi

Bəyаnnаmənin 1 №-li əlаvəsi Vеrgi Məcəlləsinin 98-ci mаddəsinə əsаsən Аzərbаycаn ərаzisində muzdlu işlə əlаqədаr ödəmə mənbəyində tutulаn vеrginin ödəyicisi sаyılаn vergi ödəyiciləri tərəfindən tərtib olunmalıdırMuzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinə 2 №-li əlavə isə Vergi Məcəlləsinin 98-ci maddəsinə əsasən ölkə ərazisində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin ödəyicisi sayılan əlavə dəyər vergisinin və sadələşdirilmiş verginin ödəyiciləri tərəfindən tərtib edilir və illik muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi ilə birlikdə təqdim edilir.

Telegram qrupumuza üzv olun

Əlаvənin “Ödənişi аpаrаn şəхs hаqqındа məlumаt” аdlаnаn bölməsində bu əlаvənin аid оlduğu hеsаbаt dövründə muzdlu işlə əlаqədаr işəgötürən vergi ödənişi аpаrаn şəхslər bаrədə ümumi məlumаtlаr qеyd оlunur. Bölmənin “İşəgötürən və yа аgеntin аdı” аdlı sətri üzrə xanalarında muzdlu işlə əlаqədаr işəgötürən vergi ödəyicisinin аdı qеyd оlunur. Bu, fiziki şəхs оlduqdа аdı, sоyаdı və аtаsının аdı, hüquqi şəхs оlduqdа isə tаm аdı qеyd edilir.

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinə 3 №-li əlavə, Vergi Məcəlləsinin 98-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində muzdlu işlə əlaqədar ödənilən gəlirdən ödəmə mənbəyində gəlir vergisini tutan şəxslər tərəfindən tərtib olunur və bəyannamə ilə birlikdə vergi orqanına təqdim edilir.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergi ödəyiciləri bu ünvan üzrə uçota alınacaq

posted in: muhasibat, Vergi, Xəbər | 0

ƏDV əvəzləşməsiVergi ödəyiciləri iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə uçota alınacaq

İqtisadi maraqlar mərkəzi – vergi ödəyicisinin əsas nəzarət orqanlarının yerləşdiyi yerdən asılı olmayaraq, digər təsərrüfat subyektləri (obyektləri), o cümlədən istehsal sahələri ilə müqayisədə vergi ödəyicisinin fəaliyyəti üzrə gəlirlərinin formalaşmasında daha çox istifadə edən təsərrüfat subyektinin (obyektinin), o cümlədən istehsal sahəsinin yerləşdiyi yerdir.

İqtisadçı ekspert Anar Bayramov vergi ödəyicisinin yenidən uçotu ilə bağlı iki yeniliyi vurğulayıb: “İlk yenilik odur ki, vergi ödəyicisinin bir təsərrüfat subyekti (obyekti) olduqda və həmin təsərrüfat subyekti (obyekti) vergi ödəyicisinin olduğu yerdən kənarda yerləşdikdə vergi ödəyicisi həmin təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə yenidən uçota alınır. Məsələn, Lənkəranda qeydiyyatda olan vergi ödəyicisinin Bakı şəhərində təsərrüfat subyekti (obyekti) olduğu halda, vergi orqanı həmin şəxsi Bakı şəhərində təsərrüfat subyekti (obyekti) üzrə qeydiyyata alacaq.


Bu ailələrə yeni vergi güzəşti tətbiq edilib

İkinci yenilik isə iqtisadi maraqlar mərkəzi ilə bağlıdır. Vergi ödəyicisinin iki və daha çox təsərrüfat subyekti (obyekti) olduqda, həmin vergi ödəyicisi iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınır. Məsələn, Lənkəranda qeydiyyatda olan vergi ödəyicisinin həm Bakı, həm də Gəncə şəhərində təsərrüfat subyektləri (obyektləri) olduğu halda, vergi orqanı həmin vergi ödəyicisini hansı regionda gəliri çoxdursa, həmin region üzrə yenidən uçota alacaq”. Ekspert qeyd edib ki, bu maddənin müddəaları mərkəzləşdirilmiş qaydada uçota alınan vergi ödəyicilərinə şamil edilmir. Mərkəzləşdirilmiş qaydada uçota alınan vergi ödəyiciləri dedikdə, əsasən iri vergi ödəyiciləri və xüsusi vergi rejimli müəssisələr nəzərdə tutulur.

Yeni üsulun tətbiqi əvvəllər uçot yerini müxtəlif bəhanələrlə dəyişən vergi ödəyiciləri-nin belə əməllərinin qarşısını almağa imkan verəcəkdir.

İqtisadçı ekspert Fikrət Yusifovun sözlərinə görə, Vergi Məcəlləsinə edilmiş yeni dəyişikliklərdə vergi ödəyicilərinin uçota alınmasının kifayət qədər səmərəli bir forması olacaqdır: “Bu üsulun tətbiqi əvvəllər uçot yerini müxtəlif bəhanələrlə dəyişən vergi ödəyicilərinin belə əməllərinin qarşısını almağa imkan verəcəkdir. Bəlli məsələdir ki, əsas fəaliyyət yerindən uzaqda vergi ödəyicisi kimi uçota durmaqda məqsəd vergidən yayınmaqdır. Bunun başqa izahı yoxdur. Məsələn, böyük fəaliyyət meydanından kənarda kiçik bir bərbərxana açmaqla orada vergi uçotuna dayanıb əsas fəaliyyət müəssisələrini bu yolla vergi nəzarətindən kənarda saxlamaq mümkün idi. Yeni qaydalar bütün bu “üsulların” qarşısına sədd çəkəcək. Bir neçə yerdə fəaliyyəti olan vergi ödəyicisi üçün vergi ödəmək yerli vergi orqanları tərəfindən qanunun tələblərinə müvafiq qaydada seçiləcək”.

Mənbə: vergiler.az


Telegram qrupumuza üzv olun

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

ƏDV ilə bağlı Vergi Məcəlləsində olan dəyişikliklər

posted in: Vergi, Xəbər | 0

ƏDV ödəyicisisiniz?

Bildiyiniz kimi, Vergi Məcəlləsinə çoxsaylı dəyişikliklər edilmişdir və onların bir qismi ödəyicisi olduğunuz ƏDV-yə aiddir. Bu dəyişikliklərlə tanış olmağınız və fəaliyyətinizdə nəzərə almağınız üçün onları diqqətinizə çatdırırıq:

  • Siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən məcburi nişanlama ilə nişanlanmalı olan malların istehsalçıları mütləq qaydada ƏDV ödəyicisi kimi fəaliyyət göstərməlidirlər;
  • Hüquqi şəxs yaratmadan göstərilən birgə sahibkarlıq fəaliyyəti zamanı ƏDV məqsədləri üçün məcburi qeydiyyat zamanı ərizəni birgə sahibkarlıq fəaliyyətinin uçotunu aparan şəxs verməlidir;
  • Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal ettikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələrə ƏDV-dən azadolunma ilə bağlı verilən güzəştin müddəti əlavə olaraq 5 il müddətinə – 1 yanvar 2024-cü ilədək uzadılır;
  • Banklar tərəfindən iflas proseduru çərçivəsində aktivlərin təqdim edilməsi 1 yanvar 2020-ci ilədək ƏDV-dən azad edilir;
  • Sürücü daxil olmaqla, 10 nəfərdən çox sərnişin daşımaq üçün nəzərdə tutulmuş sıxılma qazla işləyən avtobusların idxalı 1 yanvar 2020-ci il tarixindən 5 il müddətinə ƏDV-dən azad edilir;
  • KOB klaster şirkəti tərəfindən mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təsdiqedici sənədi əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı KOB klaster şirkətinin KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə ƏDV-dən azad edilir;

Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxs ƏDV ödəyicisi ola bilərmi?

KOB klaster şirkəti dedikdə, Vergilər Nazirliyi tərəfindən müəyyən olunmuş meyarlara cavab verən və Vergilər Nazirliyi ilə razılaşdırmaqla mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən Kiçik və Orta Biznesin inkişafı Agentliyinin KOB klaster şirkətinin şəhadətnamə verdiyi hüquqi şəxs nəzərdə tutulur.

  • Yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ƏDV-dən azad edilir.
  • Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.

Dövlət büdcəsindən ayrılmış vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilməyəcək.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Turbo.Az MMC ləğv edilir

posted in: Xəbər | 0

Turbo.AzTURBO.AZ MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (VÖEN: 2000996091) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Neapol, ev 24A, mənzil 161 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
error: Content is protected !!