ƏDV ilə bağlı Vergi Məcəlləsində olan dəyişikliklər

posted in: Vergi, Xəbər | 0
birbank biznes

ƏDV ödəyicisisiniz?

Bildiyiniz kimi, Vergi Məcəlləsinə çoxsaylı dəyişikliklər edilmişdir və onların bir qismi ödəyicisi olduğunuz ƏDV-yə aiddir. Bu dəyişikliklərlə tanış olmağınız və fəaliyyətinizdə nəzərə almağınız üçün onları diqqətinizə çatdırırıq:

  • Siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən məcburi nişanlama ilə nişanlanmalı olan malların istehsalçıları mütləq qaydada ƏDV ödəyicisi kimi fəaliyyət göstərməlidirlər;
  • Hüquqi şəxs yaratmadan göstərilən birgə sahibkarlıq fəaliyyəti zamanı ƏDV məqsədləri üçün məcburi qeydiyyat zamanı ərizəni birgə sahibkarlıq fəaliyyətinin uçotunu aparan şəxs verməlidir;
  • Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal ettikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələrə ƏDV-dən azadolunma ilə bağlı verilən güzəştin müddəti əlavə olaraq 5 il müddətinə – 1 yanvar 2024-cü ilədək uzadılır;
  • Banklar tərəfindən iflas proseduru çərçivəsində aktivlərin təqdim edilməsi 1 yanvar 2020-ci ilədək ƏDV-dən azad edilir;
  • Sürücü daxil olmaqla, 10 nəfərdən çox sərnişin daşımaq üçün nəzərdə tutulmuş sıxılma qazla işləyən avtobusların idxalı 1 yanvar 2020-ci il tarixindən 5 il müddətinə ƏDV-dən azad edilir;
  • KOB klaster şirkəti tərəfindən mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təsdiqedici sənədi əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı KOB klaster şirkətinin KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə ƏDV-dən azad edilir;

Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxs ƏDV ödəyicisi ola bilərmi?

KOB klaster şirkəti dedikdə, Vergilər Nazirliyi tərəfindən müəyyən olunmuş meyarlara cavab verən və Vergilər Nazirliyi ilə razılaşdırmaqla mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən Kiçik və Orta Biznesin inkişafı Agentliyinin KOB klaster şirkətinin şəhadətnamə verdiyi hüquqi şəxs nəzərdə tutulur.

  • Yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ƏDV-dən azad edilir.
  • Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.

Dövlət büdcəsindən ayrılmış vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilməyəcək.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email