Xarab olmuş malların silinməsindən hansı halda vergi öhdəliyi yaranır?

posted in: Vergi, Xəbər | 1

malSual: Anbarda olan mal qalığından xarab olmuş malların silinməsindən sonra vergi öhdəliyi yaranırmı? Yaranırsa hansılardır?

Cavab: Bildiririk ki, sorğunuzda qeyd edilən halda vergi ödəyicisi ərzaq mallarını ƏDV-ni ödəməklə əldə etmişdirsə və müvafiq əvəzləşdirmə almışdırsa və ya almaq hüququ olmuşdursa fövqəladə hallardan başqa belə malların xarab olması ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyat sayılır və malların alışı zamanı ödənilmiş ƏDV məbləği dövlət büdcəsinə hesablanır. Yararsız ərzaq mallarının uçotdan silinməsi gəlirin əldə edilməsi ilə bağlı olmadığına görə həmin malların dəyəri mənfəət (gəlir) vergisinin ödəyicisi tərəfindən gəlirdən çıxılmır. Sadələşdirilmiş vergi ödəyicisi üçün vergitutma obyektini hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən təqdim edilmiş mallara görə əldə edilmiş ümumi hasilat, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi təşkil etdiyindən, yararsız mallarının uçotdan silinməsi zamanı sadələşdirilmiş vergi hesablanmır.

Bax: Vergi Məcəlləsinin 108-ci, 130-cu 159.5-ci, 161.3-cü və 218.4.3-cü maddələri

Mənbə: taxes.gov.az

Həmçinin bax:

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

600 manat məvaciblə Mühasib köməkçisi tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

MühasibVəzifə: Mühasib (Mühasib köməkçisi)

İşəgötürən: Ləzzət AA MMC

  • Şəhər: Bakı
  • Yaş: 30 – 40 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Emil bəy

İş barədə məlumat

– Mühasibatlıq işlərinin həyata keçirilməsi
– Elektron qaimə fakturaların göndərilməsi
– Vergi hesab fakturaların göndərilməsi
– Gələn qaimələrin təsdiqi
– Hesabat vergi, ədv, aylıq
– Hesabat DSMF, rüblük
– Hesabat statistika, aylıq
– Hesabat məşğulluq, rüblük
– Yeni işçinin qeydiyyatı (ərizə,əmr,müqavilə)
– İşçinin sığorta olunması
– İşçinin sistemdə qeydiyyatı bildirişi
– Satış dövriyyəsi, aylıq
– Bank ödənişlərinin işlənməsi, aylıq
– Qarşıya qoyulmuş tapşırıqların tam yerinə yetirilməsi
– İş qrafiki: 5 gün, 09:00-dan 18:00-dək
– Nahar şirkət tərəfindən verilir.
– Müəssisə Buzovna qəsəbəsində yerləşir.

 1 ildən az iş təcrübəsi olan Mühasib axtarılır

Namizədə tələblər

– Qadın (orta yaş)
– Ciddi və məsuliyyətli
– Ali təhsilli
– Mühasibatlıq təcrübəsi

Mənbə: boss.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergi Məcəlləsində topdansatış ticarət fəaliyyəti üzrə edilmiş dəyişikliklər barədə MƏLUMAT

posted in: Vergi, Xəbər | 0

topdansatışVergi Məcəlləsində edilmiş dəyişikliklər barədə MƏLUMAT FORMASI (Topdan)

Hörmətli vergi ödəyicisi!

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununa əsasən topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslərin 1 yanvar 2019-cu il tarixdən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ ləğv edilmişdir.

Qeyd olunan dəyişikliklərlə əlaqədar olaraq 1 yanvar 2019-cuil tarixədək sahibliyinizdə qalan malların növbəti ildən etibarən təqdim edilməsi zamanı ƏDV-nin malların satış qiyməti ilə alış qiyməti arasındakı fərqdən hesablanması məqsədilə həmin mallar barədə məlumatların məlumat formasına əlavə edilmiş qoşmada tam və düzgün doldurularaq 15 yanvar 2019-cu il tarixdən gec olmayaraq vergi orqanına təqdim edilməsi Sizə bildirilir.

Vergi Məcəlləsində Lizinq üzrə edilmiş dəyişikliklər barədə MƏLUMAT

Bu məlumatlar Sizin tərəfinizdən bir dəfə təqdim edilir və təqdim edildiyi tarixdən 3 (üç) iş günü müddətində düzəlişlərin edilməsi mümkündür. Bu müddət bitdikdən sonra məlumatların dəqiqləşdirilməsinə yol verilmir.

Məlumat forması tərəfinizdən təqdim olunduğu təqdirdə sahibliyinizdə qalan malların təqdim edilməsi zamanı ƏDV 2019-cu il aprelin 1-dək həmin malların alış qiyməti ilə satış qiyməti arasındakı fərqdən hesablanır.

Sizin tərəfinizdən təqdim edilən məlumatlar malların uçota alınmasını təsdiq edən ilkin uçot sənədi hesab edilir və həmin mallara münasibətdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci və 58.8.3-cü maddələrində nəzərdə tutulan maliyyə sanksiyaları tətbiq edilmir.

Bu məlumat formasına əlavə edilmiş qoşmadakıməlumatlar elektron kargüzarlıq vasitəsi ilə elektron sənəd formasında təqdim olunmalıdır.

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Azərbaycan Respublikası Vergilər Nazirliyi

Məcburi dövlət sosial sığorta ayırmaları və işsizlikdən sığorta üzrə köçürüləcək hesablar müəyyən edilib

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergi Məcəlləsində Lizinq üzrə edilmiş dəyişikliklər barədə MƏLUMAT

posted in: Xəbər | 0

LizinqVergi Məcəlləsində edilmiş dəyişikliklər barədə MƏLUMAT FORMASI (Lizinq)

Hörmətli vergi ödəyicisi!

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununa əsasən 1 yanvar 2019-cu il tarixdən maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər. Eyni zamanda maliyyə lizinqinin obyekti qismində əsas vəsaitlərə aid edilən daşınar və daşınmaz əmlaklar iştirak edir.

Bununla əlaqədar olaraq 1 yanvar 2019-cu il tarixədək bağlanmış və predmeti əsas vəsait olmayan maliyyə lizinqi müqavilələri barədə məlumatların məlumat formasına əlavə edilmiş qoşmada tam və düzgün doldurularaq 15 yanvar 2019-cu il tarixdən gec olmayaraq vergi orqanına təqdim edilməsi Sizə bildirilir.

Məcburi dövlət sosial sığorta ayırmaları və işsizlikdən sığorta üzrə köçürüləcək hesablar müəyyən edilib

2019-cu il yanvarın 1-dək bağlanmış maliyyə lizinqi müqavilələri barədə məlumat formasını qeydiyyatda olduğunuz vergi orqanına təqdim etdiyiniz təqdirdə həmin müqavilələr üzrə həyata keçirilən əməliyyatlara münasibətdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.1-ci maddəsinin 2019-cu il yanvarın 1-dək qüvvədə olan redaksiyası tətbiq edilir.

Bu məlumat formasına əlavə edilmiş qoşmadakı məlumatlar elektron kargüzarlıq vasitəsi ilə elektron sənəd formasında təqdim olunmalıdır.