Vergi Məcəlləsində Lizinq üzrə edilmiş dəyişikliklər barədə MƏLUMAT

posted in: Xəbər | 0
birbank biznes

LizinqVergi Məcəlləsində edilmiş dəyişikliklər barədə MƏLUMAT FORMASI (Lizinq)

Hörmətli vergi ödəyicisi!

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununa əsasən 1 yanvar 2019-cu il tarixdən maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər. Eyni zamanda maliyyə lizinqinin obyekti qismində əsas vəsaitlərə aid edilən daşınar və daşınmaz əmlaklar iştirak edir.

Bununla əlaqədar olaraq 1 yanvar 2019-cu il tarixədək bağlanmış və predmeti əsas vəsait olmayan maliyyə lizinqi müqavilələri barədə məlumatların məlumat formasına əlavə edilmiş qoşmada tam və düzgün doldurularaq 15 yanvar 2019-cu il tarixdən gec olmayaraq vergi orqanına təqdim edilməsi Sizə bildirilir.


Məcburi dövlət sosial sığorta ayırmaları və işsizlikdən sığorta üzrə köçürüləcək hesablar müəyyən edilib

2019-cu il yanvarın 1-dək bağlanmış maliyyə lizinqi müqavilələri barədə məlumat formasını qeydiyyatda olduğunuz vergi orqanına təqdim etdiyiniz təqdirdə həmin müqavilələr üzrə həyata keçirilən əməliyyatlara münasibətdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.1-ci maddəsinin 2019-cu il yanvarın 1-dək qüvvədə olan redaksiyası tətbiq edilir.

Bu məlumat formasına əlavə edilmiş qoşmadakı məlumatlar elektron kargüzarlıq vasitəsi ilə elektron sənəd formasında təqdim olunmalıdır.

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email