Kommunal xərclərə necə qənaət etmək olar? (3-cü hissə)

posted in: Məqalə, Xəbər | 0

xərclərə qənaətKommunal xərclərə qənaət etmək.

3-cü hissə / (2-ci hissə)

Tariflərdəki yüksəlişin qarşısını biz ala bilmərik, amma qəbzlərdəki məbləğləri azalda bilərik. Budur, hansı ki, kommunal xərclər zamanı az ödəniş etməkdə sizə kömək edən qərarlar.
  • Tozsoranı təmizləyin

Tozsoran da xeyli elektrik enerjisi işlədir. Əgər, o, toz və zibillə dolu olarsa, bundan fayda sıfra bərabər olacaq. Və eyni yeri dəfələrlə tozsoranlamaq lazım gələcək. Bu isə təkcə artıq vaxtınız deyil, həm də əlavə kilovatlar deməkdir.

  • Paltarları az güclü rejimdə yumaq lazımdır

Biz çox vaxt yuma üçün düzgün olmayan rejimləri seçirik. Suyun 60˚ qızdırılmasından ötrü 30˚ dərəcəlik qızdırılma ilə müqayisədə dörd dəfə çox elektrik enerjisi lazım gəlir.

Bir çox hallarda bizə bu dərəcədə isti su lazım gəlmir. Bunu unutmayın və növbəti paltar yuma zamanı hər şeyi diqqətdə saxlayın.

Enerjinin qorunması üçün daha bir üsul da var. Paltarların sıxılması zamanı 1200 dövrənin əvəzinə 600 və ya 800 dövrəsindən istifadə etmək.

  • Santexnik çağırın

Əgər kranınız axıdırsa, deməli pullarınız boruya axır. Həmin su axmalarının qarşısını ya özünüz alın, ya da usta çağırın.

  • Boş yerə su axıtmayın

Dişlərinizi yuduqda kranı bağlayın, eləcə də üzünüzü qırxanda və ya qablara yuyucu vasitələr sürtdükdə də bunu edin. Lazımsız yerə su axıtmaq – bu israfçılıqdır.

  • Qeydiyyatda olanlar üçün ödəniş edin

Çox vaxt liftdən istifadə, girişlərin təmizlənməsi və əsaslı təmir mənzildə neçə nəfərin qeydiyyatda olmasından asılı olur. Hətta qardaş, bacı və ya xala çoxdan başqa yerdə yaşayırsa, qeydiyyatda olduğu yerə görə ödəniş etmək lazım gəlir. Yaşamayanları mənzildə qeydiyyatdan çıxarsanız, ödənişləriniz də az olacaq.

  • Kommunal uçot aparın

Aparılan sorğulara görə, vətəndaşların 71%-i mənzil kommunal xidmətlərinin başlıca problemi kimi xidmət keyfiyyətini deyil, yüksək qiymətləri hesab edirlər. Bundan əlavə, respondentlərin yarısından çoxu nə qədər kommunal xərclər ödədiklərini də söyləyə bilməyiblər.

Həmişə qəbzlərdəki rəqəmləri yoxlayın və tariflərlə düz gəlib-gəlmədiyini müqayisə edin.

Bu məsləhətləri kompleks şəkildə tətbiq etsəniz, bir o qədər əhəmiyyətli qənaətə nail ola bilcəksiniz.


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

“ASAN İMZA”-nı hansı mobil qurğular dəstəkləmir?

posted in: Xəbər | 0

Asan İmza (Mobile imza) xidməti köhnə mobil telefonlarda o cümlədən qwerty klaviatura tipli mobil telefonlarda çalışmaya bilər, məsələn:

  • BlackBerry Priv Black, Blackberry Passport Silver Edition, Blackberry Passport Black, Blackberry Classic Q20 Black, BlackBerry Bold 9790 Pink və s.
    Onu da qeyd edək ki, Asan İmza (Mobile imza) xidməti Blackberry-nin başqa modellərində də normal işləməyə bilər.
  • Qumo Push 220 QWERTY, HTC T7272 Touch Pro, HTC P4350 Herald və s.
  • Nokia 1280, 1800, 3110, 5110, 6110, 6150, N900
  • Motorola F3
  • Sony Ericsson P900
Asan İmza (Mobil imza) xidmətlərindən istifadə etmək üçün mobil telefon GSM Phase 2+ support dəstəyinə malik olmalıdır.

“Asan İmza”nın istifadəsində 7 əsas təhlükəsizlik qaydası

Mənbə: asanimza.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bank Respublika gənclər üçün Qış Təcrübə Proqramına start verir

Təcrübə ProqramıBank Respublika ASC istedadlı və motivasiyalı 4-cü kurs tələbələri və yeni məzunlar üçün Qış Təcrübə Proqramı elan edir.

Biz Sizə Bankın müxtəlif sahələrində bacarıq, biliyin artırılmasına və karyera qurmasına yönəlik innovativ və sosial məqsədlər daşıyan karyera proqramı təklif edirik.

Bank Respublika olaraq Sizə nə vəd edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf
  • etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
  • “Bank Respublika”-nın peşəkar komandasının bir üzvü olmaq imkanı.

Peşəkar komandamıza qoşulmaq üçün Sizdən tələb olunur;

    • Universitetin 4-cü kurs tələbəsi və ya yeni universitet məzunu olmaq (maliyyə, iqtisadiyyat və idarəetmə üzrə təhsil arzuolunandır);
    • Azərbaycan dili (əla), İngilis və Rus dilləri arzuolunandır;
    • Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
    • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
    • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Uyğun namizədlərdən öz CV formalarını / ünvanına mövzu hissəsində Qış təcrübə proqramı yazmaqla göndərmələri xahiş olunur.

Son müraciət tarixi: 18.01.2019

Mənbə: www.bankrespublika.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

1 ildən az iş təcrübəsi olan Mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

MühasibVəzifə: Mühasib

İşəgötürən: “Performance Center Co” MMC (Chevrolet Azərbaycan)

    • Şəhər: Bakı
    • Yaş: 21 – 28 yaş
    • Təhsil: Ali
    • İş təcrübəsi: 1 ildən aşağı
  • Əlaqədar şəxs: Fatimə xanım

İş barədə məlumat

– Satış və satış əməliyyatları ilə bağlı prosedurlar barədə

– Xərc maddələrinin funksional bölgüsü barədə məlumatlı olmaq

– Mühasibat əməliyyatlarının sənədləşdirilməsi

– Mal/xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması

– Avto-servis sahəsində tətbiq olunan uçot haqda məlumatın olması

– İş günləri: həftədə 6 gün

– İş saatı: 09:00-dan 18:00-dək

Namizədə tələblər

– Ali iqtisadi təhsil

– MS Office proqramlarını bilməli (mükəmməl Excel bilikləri)

– 1C 8.3 proqramı ilə işləmək bacarığı

– Fərdi və kollektivdə işləmə qabiliyyəti

– Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı

Qeyd edilən vəzifədə işləmək istəyən namizədlər, öz tərcümeyi-halını (CV) hr@performance-center.az /  elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilər.

Mənbə: boss.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.