Kommunal xərclərə necə qənaət etmək olar? (3-cü hissə)

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

xərclərə qənaətKommunal xərclərə qənaət etmək.

3-cü hissə / (2-ci hissə)

Tariflərdəki yüksəlişin qarşısını biz ala bilmərik, amma qəbzlərdəki məbləğləri azalda bilərik. Budur, hansı ki, kommunal xərclər zamanı az ödəniş etməkdə sizə kömək edən qərarlar.
  • Tozsoranı təmizləyin

Tozsoran da xeyli elektrik enerjisi işlədir. Əgər, o, toz və zibillə dolu olarsa, bundan fayda sıfra bərabər olacaq. Və eyni yeri dəfələrlə tozsoranlamaq lazım gələcək. Bu isə təkcə artıq vaxtınız deyil, həm də əlavə kilovatlar deməkdir.

  • Paltarları az güclü rejimdə yumaq lazımdır

Biz çox vaxt yuma üçün düzgün olmayan rejimləri seçirik. Suyun 60˚ qızdırılmasından ötrü 30˚ dərəcəlik qızdırılma ilə müqayisədə dörd dəfə çox elektrik enerjisi lazım gəlir.

Bir çox hallarda bizə bu dərəcədə isti su lazım gəlmir. Bunu unutmayın və növbəti paltar yuma zamanı hər şeyi diqqətdə saxlayın.

Enerjinin qorunması üçün daha bir üsul da var. Paltarların sıxılması zamanı 1200 dövrənin əvəzinə 600 və ya 800 dövrəsindən istifadə etmək.

  • Santexnik çağırın

Əgər kranınız axıdırsa, deməli pullarınız boruya axır. Həmin su axmalarının qarşısını ya özünüz alın, ya da usta çağırın.

  • Boş yerə su axıtmayın

Dişlərinizi yuduqda kranı bağlayın, eləcə də üzünüzü qırxanda və ya qablara yuyucu vasitələr sürtdükdə də bunu edin. Lazımsız yerə su axıtmaq – bu israfçılıqdır.

  • Qeydiyyatda olanlar üçün ödəniş edin

Çox vaxt liftdən istifadə, girişlərin təmizlənməsi və əsaslı təmir mənzildə neçə nəfərin qeydiyyatda olmasından asılı olur. Hətta qardaş, bacı və ya xala çoxdan başqa yerdə yaşayırsa, qeydiyyatda olduğu yerə görə ödəniş etmək lazım gəlir. Yaşamayanları mənzildə qeydiyyatdan çıxarsanız, ödənişləriniz də az olacaq.

  • Kommunal uçot aparın

Aparılan sorğulara görə, vətəndaşların 71%-i mənzil kommunal xidmətlərinin başlıca problemi kimi xidmət keyfiyyətini deyil, yüksək qiymətləri hesab edirlər. Bundan əlavə, respondentlərin yarısından çoxu nə qədər kommunal xərclər ödədiklərini də söyləyə bilməyiblər.

Həmişə qəbzlərdəki rəqəmləri yoxlayın və tariflərlə düz gəlib-gəlmədiyini müqayisə edin.

Bu məsləhətləri kompleks şəkildə tətbiq etsəniz, bir o qədər əhəmiyyətli qənaətə nail ola bilcəksiniz.


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email