Uğurlu mühasib kimdir?? (2-ci hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

mühasibUğurlu mühasib. O kimdir?

2-ci hissə (1-ci hissə üçün keçidə daxil olun)

Biz çox vaxt yazırıq ki, mühasib öz fəaliyyətində savadlı və uğurlu olmalıdır. Savadlı olmağı başa düşdük. Bəs uğurlu olmaq nə deməkdir?

Bu məsələni başa düşməkdə bizə stajlı mühasib və eyni zamanda psixoloq olan Yelena Əliyeva kömək etdi.

Öyrənmək, inkişaf etmək, dəyişikliklərə can atmaq

Sirr deyil ki, inkişaf, özünütəhsil və öz üzərində işləmək istənilən peşədə çox mühümdür. Və əgər mütəxxəssis öz işində uğura çatmaq istəyirsə, o bunu unutmamalıdır. Bundan ötrü imkanlar isə kifayət qədərdir: xüsusi ədəbiyyat, mətbuat, saytlar, elektron proqramlar, kurslar, seminarlar, konfranslar, forumlar… Tanış mühasib asudə vaxtlarında tematik ədəbiyyatı öyrənməyə və tez-tez keçirilən seminarlara getməyə üstünlük verirdi. Bu gün sertifikasiya üzrə CAP/CIPA kursları çox məşhurdur. Ciddi təşkilatlar, o cümlədən beynəlxalq təşkilatlar, mühasiblərin işə qəbulu zamanı bu cür sertifikatlar tələb edirlər. Bütün bunlar həm karyera yüksəlişi, həm də yüksək əməkhaqqı üçün lazımdır. Məlum məsələdir ki, inkişaf etmiş mühasibi, sadəcə gününü keçirən və öz peşəsi ilə bağlı geniş sahədə yeni bir şey öyrənməyə can atmayanlarla müqayisədə daha yüksək dəyərləndirirlər.

Bax: Xoşbəxt insanların uğur formulaları

İdarəetməni bacarmaq…

Elə də sadə bacarıq deyil. Mən deyərdim – ən mürəkkəblərindən biridir. Əgər baş mühasibsinizsə və tabeçiliyinizdə köməkçiləriniz və ya bütöv bir şöbə varsa, sizə öz xidmətinizi təşkil etmək və optimallaşdırmağı öyrənmək çox zəruridir. Səlahiyyətləri ötürmək, öhdəlikləri bölüşdürmək, nəzarəti həyata keçirməyi bacarmaq çox mühümdür. Bu, vergi yoxlamaları və hesabatlar zamanı və ümumiyyətlə, sizdən və müəssisənizdən ötrü  xüsusən çox faydalıdır, bunları bilməmək isə əksinə, çoxlu problemlər yarada bilər. Belə bir vəziyyəti sizinlə bölüşüm. İri şirkətlərdən birində yarım stavka ilə işə təzə başlayan mühasib var idi.

Bu şöbəyə rəhbərlik edən mənim rəfiqəm onunla ümumi dil tapa bilmirdi. Hesabatların hazırlanması bir qayda olaraq, avral və vaxt çatışmazlığı ilə müşaiyət olunurdu və onların arasında münaqişə baş verdi. Tələbə qız öz öhdəliklərini yerinə yetirə bilməmişdi və məlumatları da çatdırmadığına görə hesabatların verilməsi ləngimişdi. Sonra onu işdən çıxardılar və onun səhvlərini baş mühasib düzəltməli oldu. Hər şey yaxşı qurtardı, amma xoşgəlməz hal üzündən bütün xidmət bir neçə gün ərzində bundan əziyyət çəkdi.

Bu səbəbdən, uğurlu mühasibin daha bir keyfiyyəti ortaya çıxa biləcək problemləri və münaqişələri vaxtında görə bilmək və bununla bağlı xəbərdarlıq etmək bacarığı hesab olunur. Bu cür peşəkar vərdiş dərhal əmələ gəlmir, lakin o, mühasibat fəaliyyətində son dərəcə zəruridir. Mən bir çox şirkət rəhbərləri tanıyıram ki, öz işçilərində bunu inkişaf etdirmək üçün əməkdaşlarını müxtəlif seminarlara yazdırmağı özlərindən ötrü bir borc olaraq görürlər.

Bax: Sizi varlı edə biləcək 17 vərdiş 

Və tabe olmağı bacarmaq…

Mühasib nə qədər ixtisaslı olsa belə, öz direktoru yanında etibar qazanmasa, çox çətin ki, öz yerini qoruyub saxlaya bilsin. Burada vacib olan direktorun xoşuna gəlmək deyil, etibar hissi qazanmaqdır. Biznes sahibi, direktor öz uçot mütəxəssisinə inanmalıdır, ona müəssisənin kommersiya sirlərini etibar edə bilməlidir. Mən şahidiyəm ki, olduqca vicdanlı və nəzakətli bir mühasibi dələduzluqda necə ittiham etmişdilər. Səbəb isə bir idi, o, sadəcə direktorda özünə qarşı etimad hissi oyada bilməmişdi. Rəhbərliklə ünsiyyət zamanı mühasib qızıl ortanı tapmağı bacarmalıdır – yaltaqlıq etmədən direktorun vəkil edilmiş adamına çevrilməlidir. Burada rəhbərliyi peşəkar gözləntilərini də nəzərə almaq çox vacibdir. İlk növbədə rəhbərlik inanır ki, mühasib uçotu savadlı aparmağı, hesabatları vaxtında təqdim etməyi bacarır və vergi yoxlamalarına həmişə hazır olur, həmin yoxlamalardan cərimələrsiz və digər mənfi nəticələr olmadan çıxmağı bacarır.

Ən vacib tələblərdən biri gəlirlərdən vergi tutulmalarını optimallaşdırmaq və xərcləri minimuma endirməkdir. Yaxşı mühasib qanunvericiliyi pozmadan gəlirlərin böyük hissəsinə “qənaət edəcək” və bu istənilən sahibkar üçün ən “dadlı paydır”.  Böyük hesabla, rəhbərliklərin böyük əksəriyyəti bütün şöbənin əvəzinə işləməyi bacaran universal mühasib arzulayırlar. Aydındır ki, bu həm rahatdır, həm də qənaət deməkdir, amma, zaman və keyfiyyət baxımından heç də məqsədəuyğun deyil. Hətta ən yüksək səviyyəli mütəxəssis belə səhvlərdən xali deyil, artıq yüklənmə isə heç vaxt heç kimə əminlik və diqqətlilik əlavə etməyib. Öz mühasiblərini kadr işləri ilə yükləyən rəhbərlər də düzgün hərəkət etmirlər. Şirkətlərin bu cür yüklənmiş ikinci şəxslərini gördükdə məndə belə bir sual yaranır: “Belə bir mühasibdə debet və kredit axı, necə düz gəlir?”.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Baş mühasibVəzifə: Baş mühasib

İşəgötürən: Hayat Clinic

Şəhər: Bakı

Yaş: 30 – 40 yaş

Cins: Fərqi yoxdur

Təhsil: Ali

İş təcrübəsi: 3 ildən 5 ilə qədər

Əlaqədar şəxs: Elnur Vəliyev

Telefon: 012 404 14 04

E-mail: elnur.valiyev@hayat.clinic / 

Bax: 800 manat məvaciblə Mühasib tələb olunur
Əmək haqqı: 800 – 1000 AZN

İş barədə məlumat

  • Müəssisənin mühasibat uçotunun tutulması
  • Vergi hesabatlarının vaxtında verilməsi
  • DSMF hesabatlarının vaxtında verilməsi
  • Statistika hesabatlarının vaxtında verilməsi
  • Online kargüzarlığa gələn məktubları cavablandırmaq, müvafiq yazışmaları aparmaq
  • Debitor və kreditor uçotun düzgün qurulması
  • Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək
Bax: 600 manat məvaciblə Mühasib Köməkçisi tələb olunur

Namizədə tələblər

  • Yaş həddi 30-40
  • Maliyyə və muhasibatlıq sahəsində iş təcrübəsi 5 il, baş muhasib kimi ən az 2 il
  • Stressə davamlı

Mənbə: kadr.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

2019-cu il üçün Əmək Haqqı Cədvəli – Əmək Haqqından Tutulmalar necə hesablanacaq?

posted in: Xəbər | 9

2019-ci il üçün Əmək Haqqı Cədvəli2019-cu il üçün Əmək Haqqı Cədvəli – Əmək Haqqından Tutulmalar necə hesablanacaq?


Bildiyimiz kimi, 2019-cu il  1 yanvar tarixindən Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri üzrə və bu sahələrdə çalışanlar üçün gəlir vergisi və pensiya ayırmalarında ciddi dəyişiklik olmuşdur. Belə ki, bu sahələrdə çalışan əməkdaşların gəliri 8000 manatadək olduqda gəlir vergisindən azad edilir, eyni zamanda “Sosial  sığorta haqqında” qanuna dəyişikliklər 2019-cu ilin yanvar ayının 1-dən etibarən qüvvəyə minir ki, bu qanuna əsasən Sosial sığorta üzrə sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilir:

  • Sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – əməkhaqqının  200 manatadək olan hissəsinin 3% faizi, 200 manatdan yuxarı olan hissəsinin isə 10%-i;
  • Sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – əməkhaqqının  200 manatadək olan hissəsinin 22% faizi, 200 manatdan yuxarı olan hissəsinin isə 15%-i
Bax: Mühasiblər və Maliyyəçilər üçün Excel Kursu!

Bütün bunlar özlüyündə Əmək haqqının hesablanmasına öz təsirini göstərir. Məsələn, Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicisinin aylıq 500 manat əmək haqqısı olan işçisinin 2018 və 2019-cu il üçün Əmək haqqından tutulmalarının müqayisəli şəkildə hesablanması aşağıdakı kimi olacaqdır:

2018 2019
Əmək Haqqı Məbləği 500 500,00
Gəlir vergisi 45,78 0
Pensiya Fondu (işçi tərəfindən) 15,00 36
İşsizikdən Sığorta Haqqı(sığortaolunan tərəfindən) 2.5 2,5
Pensiya Fondu (işəgötürən tərəfindən) 110 89
İşsizikdən Sığorta Haqqı (sığortaedən tərəfindən) 2.5 2,5
İşçinin aldığı net əmək haqqı 436,72 461,50

2019-cu il üçün Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri üçün nümunəvi əmək haqqı cədvəlini aşağıdakı linkdən yükləyə bilərsiniz.

Yükləyin: 2019-ci il üçün ƏməkHaqqı Cədvəli
Müəllif: Ramin Ramazanov / Muhasibat.Az MMC-nin Direktoru

Bax: 2019-cu il üçün Net-dən Gross-a əmək haqqı hesablanması

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

2019-cu ildə həm sadələşdirilmiş həm də mənfəət vergisi ödəyicisi olmaq olar?

posted in: Vergi, Xəbər | 0

sadələşdirilmişSual: Məlumat üçün bildirirəm ki, mən avtomobillərin təmiri sahəsində xidmət göstərirəm, həm vətəndaşlara xidmət göstərirəm, həm də ki, A sığorta şirkəti ilə müqavilə bağlayaraq vətəndaşların sığorta olunmuş avtonəqliyyat vasitələrinin təmiri ilə məşğul oluram.Hal-hazırda sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərirəm. Bilmək istəyərdim ki, 2019-cu ildə də mən sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərə biləcəm?

Bax: Nəhayət ki, Yeni Vergi məcəlləsi təsdiqləndi
Cavab: Vergi Məcəlləsinə ediləcək dəyişikliklərə əsasən 1 yanvar 2019-cu il tarixdən etibarən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Buna əsasən fərdi sahibkar kimi digər hüquqi şəxslərə xidmət göstərdiyinizi nəzərə alaraq, sizin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnuz olmadığı üçün 1 yanvar 2019-cu il tarixdən gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlisiniz.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinə ediləcək dəyişikliklərə əsasən 1 yanvar 2019-cu ildən mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Bax: Vergilər Nazirliyinin səlahiyyətləri artırıldı

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.