Uğurlu mühasib kimdir?? (2-ci hissə)

birbank biznes

mühasibUğurlu mühasib. O kimdir?

2-ci hissə (1-ci hissə üçün keçidə daxil olun)

Biz çox vaxt yazırıq ki, mühasib öz fəaliyyətində savadlı və uğurlu olmalıdır. Savadlı olmağı başa düşdük. Bəs uğurlu olmaq nə deməkdir?

Bu məsələni başa düşməkdə bizə stajlı mühasib və eyni zamanda psixoloq olan Yelena Əliyeva kömək etdi.

Öyrənmək, inkişaf etmək, dəyişikliklərə can atmaq

Sirr deyil ki, inkişaf, özünütəhsil və öz üzərində işləmək istənilən peşədə çox mühümdür. Və əgər mütəxxəssis öz işində uğura çatmaq istəyirsə, o bunu unutmamalıdır. Bundan ötrü imkanlar isə kifayət qədərdir: xüsusi ədəbiyyat, mətbuat, saytlar, elektron proqramlar, kurslar, seminarlar, konfranslar, forumlar… Tanış mühasib asudə vaxtlarında tematik ədəbiyyatı öyrənməyə və tez-tez keçirilən seminarlara getməyə üstünlük verirdi. Bu gün sertifikasiya üzrə CAP/CIPA kursları çox məşhurdur. Ciddi təşkilatlar, o cümlədən beynəlxalq təşkilatlar, mühasiblərin işə qəbulu zamanı bu cür sertifikatlar tələb edirlər. Bütün bunlar həm karyera yüksəlişi, həm də yüksək əməkhaqqı üçün lazımdır. Məlum məsələdir ki, inkişaf etmiş mühasibi, sadəcə gününü keçirən və öz peşəsi ilə bağlı geniş sahədə yeni bir şey öyrənməyə can atmayanlarla müqayisədə daha yüksək dəyərləndirirlər.

Bax: Xoşbəxt insanların uğur formulaları

İdarəetməni bacarmaq…

Elə də sadə bacarıq deyil. Mən deyərdim – ən mürəkkəblərindən biridir. Əgər baş mühasibsinizsə və tabeçiliyinizdə köməkçiləriniz və ya bütöv bir şöbə varsa, sizə öz xidmətinizi təşkil etmək və optimallaşdırmağı öyrənmək çox zəruridir. Səlahiyyətləri ötürmək, öhdəlikləri bölüşdürmək, nəzarəti həyata keçirməyi bacarmaq çox mühümdür. Bu, vergi yoxlamaları və hesabatlar zamanı və ümumiyyətlə, sizdən və müəssisənizdən ötrü  xüsusən çox faydalıdır, bunları bilməmək isə əksinə, çoxlu problemlər yarada bilər. Belə bir vəziyyəti sizinlə bölüşüm. İri şirkətlərdən birində yarım stavka ilə işə təzə başlayan mühasib var idi.

Bu şöbəyə rəhbərlik edən mənim rəfiqəm onunla ümumi dil tapa bilmirdi. Hesabatların hazırlanması bir qayda olaraq, avral və vaxt çatışmazlığı ilə müşaiyət olunurdu və onların arasında münaqişə baş verdi. Tələbə qız öz öhdəliklərini yerinə yetirə bilməmişdi və məlumatları da çatdırmadığına görə hesabatların verilməsi ləngimişdi. Sonra onu işdən çıxardılar və onun səhvlərini baş mühasib düzəltməli oldu. Hər şey yaxşı qurtardı, amma xoşgəlməz hal üzündən bütün xidmət bir neçə gün ərzində bundan əziyyət çəkdi.

Bu səbəbdən, uğurlu mühasibin daha bir keyfiyyəti ortaya çıxa biləcək problemləri və münaqişələri vaxtında görə bilmək və bununla bağlı xəbərdarlıq etmək bacarığı hesab olunur. Bu cür peşəkar vərdiş dərhal əmələ gəlmir, lakin o, mühasibat fəaliyyətində son dərəcə zəruridir. Mən bir çox şirkət rəhbərləri tanıyıram ki, öz işçilərində bunu inkişaf etdirmək üçün əməkdaşlarını müxtəlif seminarlara yazdırmağı özlərindən ötrü bir borc olaraq görürlər.

Bax: Sizi varlı edə biləcək 17 vərdiş 

Və tabe olmağı bacarmaq…

Mühasib nə qədər ixtisaslı olsa belə, öz direktoru yanında etibar qazanmasa, çox çətin ki, öz yerini qoruyub saxlaya bilsin. Burada vacib olan direktorun xoşuna gəlmək deyil, etibar hissi qazanmaqdır. Biznes sahibi, direktor öz uçot mütəxəssisinə inanmalıdır, ona müəssisənin kommersiya sirlərini etibar edə bilməlidir. Mən şahidiyəm ki, olduqca vicdanlı və nəzakətli bir mühasibi dələduzluqda necə ittiham etmişdilər. Səbəb isə bir idi, o, sadəcə direktorda özünə qarşı etimad hissi oyada bilməmişdi. Rəhbərliklə ünsiyyət zamanı mühasib qızıl ortanı tapmağı bacarmalıdır – yaltaqlıq etmədən direktorun vəkil edilmiş adamına çevrilməlidir. Burada rəhbərliyi peşəkar gözləntilərini də nəzərə almaq çox vacibdir. İlk növbədə rəhbərlik inanır ki, mühasib uçotu savadlı aparmağı, hesabatları vaxtında təqdim etməyi bacarır və vergi yoxlamalarına həmişə hazır olur, həmin yoxlamalardan cərimələrsiz və digər mənfi nəticələr olmadan çıxmağı bacarır.

Ən vacib tələblərdən biri gəlirlərdən vergi tutulmalarını optimallaşdırmaq və xərcləri minimuma endirməkdir. Yaxşı mühasib qanunvericiliyi pozmadan gəlirlərin böyük hissəsinə “qənaət edəcək” və bu istənilən sahibkar üçün ən “dadlı paydır”.  Böyük hesabla, rəhbərliklərin böyük əksəriyyəti bütün şöbənin əvəzinə işləməyi bacaran universal mühasib arzulayırlar. Aydındır ki, bu həm rahatdır, həm də qənaət deməkdir, amma, zaman və keyfiyyət baxımından heç də məqsədəuyğun deyil. Hətta ən yüksək səviyyəli mütəxəssis belə səhvlərdən xali deyil, artıq yüklənmə isə heç vaxt heç kimə əminlik və diqqətlilik əlavə etməyib. Öz mühasiblərini kadr işləri ilə yükləyən rəhbərlər də düzgün hərəkət etmirlər. Şirkətlərin bu cür yüklənmiş ikinci şəxslərini gördükdə məndə belə bir sual yaranır: “Belə bir mühasibdə debet və kredit axı, necə düz gəlir?”.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Print Friendly, PDF & Email