Xərclər və maya dəyər uçotu üzrə mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

maya dəyər uçotu üzrə mühasibVakansiya: Xərclər və maya dəyər uçotu üzrə mühasib

İşəgötürən: AZZA Cake House

Vəzifə öhdəlikləri:

1) Məhsullar üzrə norma (reseptura əsasında) maya dəyərinin müəyyən edilməsi, daimi nəzarətdə saxlanılması və mütəmadi olaraq faktiki formalaşmış maya dəyəri ilə müqayisəsi;
2) İdxal əməliyyatlarının gömrük dəyərinin müəyyən edilməsi (yük gömrük bəyannaməsi uçotu, idxal olunan malın dəyərinin hesablanması və sair);
3) Məhsulun maya dəyəri üzrə iqtisadi cəhətdən əsaslandırılmış hesabatının tərtibi;
4) Qiymət məlumat bazasının (Cost database) hazırlanması və qiymət formalaşması prosesində aktiv iştirak;
5) Aylıq və illik istehsalat nəticələrinin təhlili, məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlaşdırılan istehsal normalarından kənarlaşmaların araşdırılması və faktiki əməliyyatların icra mexanizminə nəzarət edilməsi;

6) Müvafiq mühasibatlıq sənədləri əsasında xərclərin uçotunun aparılması;
7) Faktiki çəkilmiş xərclərin təhlili və xərc növləri üzrə mütəmadi hesabatların hazırlanması;
8) Şirkətin daxili qaydalarına uyğun olaraq bütün departamentlərin xərclərinə nəzarət;
9) Anbar sənədlərinin işlənməsi və aparılan əməliyyatların sistemə düzgün daxil edilməsinə nəzarət;
10) Mövcud olan bütün anbarların qalıqlarının çıxarılması və mühasibat sistemində olan qalıqlarla üzləşdirilməsi;
11) Gündəlik və aylıq istehsalat, anbar hərəkəti və anbar qalığını əks etdirən hesabatların hazırlanması;
12) Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

Bax: Ödənişlə Təcrübəçi Mühasib tələb olunur

Namizədə olan tələblər:

1) Maliyyə, vergi və  ya mühasibat uçotu sahəsində ali təhsil;
2) Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
3) Vergi Məcəlləsi, Gömrük Məcəlləsi və Beynəlxalq Mühasibat Uçotu Standardları üzrə müvafiq biliklər;
4) Azərbaycan və rus dili bilikləri (ingilis dili bilənlərə üstünlük verilir);
5) Microsoft Ofis proqramlarında sərbəst işləmə bacarığı (Word ,Excel, Powerpoint, Outlook);
6) Məsuliyyətli, tez öyrənən, ünsiyyətcil olmaq və komandada işləmək bacarığı;
7) Şirkət daxili digər bölmələrlə (vergi, audit, hüquq) sıx əlaqədə işləmək, qarşılıqlı yardımı təmin etmək;
8) İdarəetmə, analitik təhlil və təşkilatçılıq qabiliyyəti.

Bax: 900 manat məvaciblə Mühasib tələb olunur

Əlavə məlumatlar:

1) Əmək haqqı müsahibə zamanı müəyyən olunur.
2) Nahar şirkət tərəfindən verilir;
3) 6 günlük iş qrafiki.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini  / elektron ünvanına, mövzu hissəsində vəzifənin adı “Xərclər və maya dəyər uçotu üzrə mühasib” qeyd olunmaqla, göndərə bilərlər.

Mənbə: jobsearch.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Kalkulyatorların təkamülü

posted in: Məqalə, Xəbər | 0

KalkulyatorlarBütün dövrlərdə insanlar hesablama üçün müxtəlif vasitə, üsul, alət və cihazlardan istifadə ediblər. Xüsusilə də mühasibatlıq inkişaf etdikcə belə cihaz və vasitələrə tələbat da yüksəlib. Hələ ötən əsrin 70-ci illərinə qədər mühasibatlıq sahəsində sadə hesablama çötkələrindən istifadə olunurdu. Sonralar daha mobil cihazlar, kalkulyatorlar icad olundu. Hazırda onların həcmi, ölçüləri kiçilsə də, həmin cihazlarla aparılan əməliyyatların miqyası çox genişdir.

Bax: Kalkulyator ilə edəcəyiniz heyrətləndirici fokuslar

İndi isə kalkuyatorlarla bağlı maraqlı faktlara diqqət yetirək.

Müasir kalkulyatorlarda rəqəmlər noutbukların klaviaturasında olduğu kimidir, aşağıdan yuxarıya artır, telefon aparatlarında isə isə rəqəmlərin düzülüşü fərqlidir – yuxarıdan aşağıya doğru artır. Sözügedən faktın izahı çox asandır, belə ki, kalkulyatorun əcdadı – arifmometrdir, hansı ki, onda tarixən rəqəmlər yuxarıdan aşağıya doğru artıb. Əvvəllər telefon cihazları diskli olub, sonralar isə düyməli modellərin buraxılması planlaşdırılanda, qərara alındı ki, diskdə olduğu kimi rəqəmlərin artımı yuxarıdan aşağıya doğru olsun, beləliklə, bu düzümdə sıfır lap sonda yerləşdi.

Kalkulyatorlar

 

1643-cü ildə fransız riyaziyyatçısı Bevz Paskal ilk hesablama maşınını yaratdı, həmin cihaz sözün həqiqi mənasında öz aralarında bir-birilə birləşdirilmiş dişli çarxlarla təchiz olunmuş qutu təsiri bağışlayırdı. G. Leybints 1673-cü ildə kalkulyatorun özünə məxsus variantını yaratdı. Onun icad etdiyi maşın da fransız riyaziyyatçısının yaratdığı cihaza oxşayırdı. Oxşarlığa baxmayaraq, bütün hallarda bir fərqli cəhət nəzərə çarpırdı – yeni modeldə hərəkətedici hissə mövcud idi. Belə demək mümkünsə, Leybintsin maşınını müasir kalkulyatorun nümunəsi hesab etmək olar.

 

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

 

Kalkulyatorlar

 

Statistika kalkulyatorlarından əlavə, mühəndislik, bədən səthinin, bədən kütləsinin indeksini, ideal bədən çəkisini hesablamağa və digər hesablamalara imkan verən tibbi kalkulyatorlar da var.

Bundan əlavə, müəyyən naviqasiya məsələlərini həll etməyə imkan verən unikal hesablama cihazları – şturman kalkulyatorları da mövcuddur. Kreditin məbləği və müddətindən asılı olaraq aylıq ödənişləri hesablama imkanı verən kredit kalkulyatorları da var.

 

Kalkulyatorlar

 

 

Portativ mexaniki hesablama maşınına qədər hesablamalar abak vasitəsilə yerinə yetirilirdi. Abak – sadə hesabların, məbləğlərin toplanması və çıxılmasında istifadə edilirdi. Abak paylaşılan xətlərə bölünmüşdü, hesablama isə daşların və lent üzərindəki əşyalara bənzər predmetlərin köməyi ilə aparılırdı. İlk abak e.ə üçüncü minilliyə aiddir.  16 əsrdə Rusiyada daş və ya taxta aşıqlar taxılmış hesablama çötkələrdən istifadə olunmağa başlanıldı.

 

 

Kalkulyatorlar

 

Müasir kalkulyatorlara maksimal dərəcədə yaxın olan ilk kalkulyator keçmiş SSRİ-də 1970-ci ildə əlçatan oldu. Həmin kalkulyator inteqral sxemlər əsasında hazırlanmışdı. Bir il sonra yeni – cib kalkulyatoru icad edildi. Onun ölçüləri belə idi: uzunluğu – 13,1 sm, eni – 7,7 sm, qalınlığı – 3,7 sm, çəkisi isə 800 qr təşkil edirdi.

 

1970-ci ildə keçmiş SSRİ-də mikrosxemlərdən istifadə olunmaqla kalkulyatorların istehsalına başlanıldı ki, onlar daxil olan siqnaları diskret funksiyası qanunu əsasında  çevirir və emal edir.

 


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

 

Vergidən yayınan futbolçu həbs edilib

posted in: Vergi, Xəbər | 0

futbolçuFutbol üzrə Misir milli komandasının keçmiş oyunçusu Muhammed Əbu Trika öz ölkəsində bir il həbs cəzasına məhkum edilmişdir. Ölkənin maliyyə və ticarət işləri üzrə məhkəməsi futbolçunu özünə aid şirkətdə 2008-2009-cu illərdə 710 min cüneyh (təxminən 40 min ABŞ dolları) həcmində vergi yayındırdığına görə həbs etmişdir. Məhkəmə bu cəzanın şərti çəkilməsi üçün  Əbu Tirkanın 20 min cüneyh (1120 dollar) ödəməsi barədə qərar çıxarmışdır. Hazırda Qətərdə yaşayan futbolçunu məhkəmədə vəkilləri təmsil etmişdir.

Qahirə Cəza Məhkəməsi bu ilin may ayında aralarında Əbu Tirkanın da olduğu 1529 nəfəri qanundankənar təşkilat kimi tanınan Müsəlman Qardaşlar Təşkilatına («İxvan») üzv olmaqda ittiham edərək 5 il müddətinə terror siyahısına daxil etmişdi.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Yaşayış və ya torpaq sahələrinin təqdim edilməsi zamanı ödəmə mənbəyində vergi kimdən tutulur? 

posted in: Vergi, Xəbər | 0

torpaqSual: Yaşayış və ya torpaq sahələrinin təqdim edilməsi zamanı alğı-satqı müqaviləsini təsdiq edən notarius tərəfindən ödəmə mənbəyində vergi kimdən tutulur? 

Cavab: Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinin müddəalarına əsasən, fiziki şəxslər tərəfindən yaşayış və ya torpaq sahələrinin təqdim olunması zamanı alğı-satqı müqavilələrini təsdiq edən notarius tərəfindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ödəmə mənbəyində sadələşdirilmiş vergi hesablanır və hesablanmış vergi məbləğləri satıcıdan tutularaq dövlət büdcəsinə ödənilir.

Bax: İstifadə olunmayan torpaqlar üçün vergi yükü

Bununla yanaşı, yaşayış və ya torpaq sahələrinin təqdim edilməsi zamanı notarius tərəfindən sadələşdirilmiş verginin hesablanması qaydası Vergi Məcəlləsinin 220.8-ci maddəsi ilə müəyyən edilir. Belə ki, Vergi Məcəlləsinin 220.8-ci maddəsinin müddəalarına əsasən, yaşayış və ya torpaq sahələrinin təqdim edilməsi zamanı notarius tərəfindən sadələşdirilmiş vergi təqdim edilən yaşayış sahəsinin hər kvadratmetri üçün 15 manat, Vergi Məcəlləsinin 206.3-cü maddəsində nəzərdə tutulmuş torpaq sahələrinin isə hər kvadratmetri üçün 0,5 manat məbləğinə, yaşayış və ya torpaq sahəsinin yerləşdiyi ərazidən asılı olaraq, Məcəllənin 220.8-ci maddəsi ilə müəyyən edilmiş əmsallar tətbiq olunmaqla hesablanır.

Eyni zamanda, kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə sadələşdirilmiş vergi Vergi Məcəlləsinin 206.1-1-ci maddəsinə uyğun olaraq hesablanmış torpaq vergisinin 2 misli məbləğində hesablanır. Kənd təsərrüfatı təyinatlı torpaqlara görə sadələşdirilmiş vergi hesablanarkən Məcəllənin 220.8-ci maddəsi ilə müəyyən edilmiş torpaq sahəsinin yerləşdiyi ərazi üzrə zona əmsalları tətbiq olunmur.

Bax: Vəfat etmiş şəxsin vergi öhdəliklərini kim yerinə yetirməlidir?

Bunlarla yanaşı, bina və torpaq sahəsi Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşdikdə, Vergi Məcəlləsinin 220.8-ci maddəsi ilə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş verginin məqsədləri üçün Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədləri»nin təsdiq edilməsi haqqında» 30 dekabr 2015-ci il tarixli 412 nömrəli Qərarı ilə müəyyən edilmiş zonalardan asılı olaraq həmin maddədə göstərilmiş əmsallar tətbiq edilir.

Qeyd olunanlara əsasən:
Yaşayış və ya torpaq sahələrinin təqdim edilməsi zamanı alğı-satqı müqaviləsini təsdiq edən notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi yaşayış və ya torpaq sahələrini alan şəxslərdən deyil, həmin sahələri təqdim edən şəxslərdən tutularaq dövlət büdcəsinə ödənilir.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.