AZM Trading MMC Mühasib axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

 

vakansiya

  • Şəhər: Bakı
  • Yaş: 23 – 35 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Səmədova Kəmalə

Bax: Nurgun Holding Maliyyə Meneceri axtarır

İş barədə məlumat

– Vergi, Mühasibat uçotu, DSMF və Statistika ilə bağlı əməliyyatların həyata keçirilməsi

– Bütün növ hesabatların hazırlanması və aidiyyəti orqanlara müəyyən edilmiş müddət ərzində Vergi Departamenti, DSMF və Statistika Şöbəsinə təqdim edilməsi (ƏDV, ÖMV, SV)

– BTP proqramında işləməklə vergi bəyannamələrini göndərmək

– E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləməyi bacarığına malik olmalıdır

– İş qrafiki: Bazar ertəsi – Şənbə: 09:00-dan 18:00-dək

Bax: Baş mühasib tələb olunur

Namizədə tələblər

– Müvafiq sahə üzrə Ali və riyazi təhsil

– Mühasibatlıq, Vergi biliklərinə – nəzəri və praktiki sahib olmalı

– 1C 8.3 (rus) versiyanı, MS Office və Elektron Hökümət Portalı proqramlarında işləmək bacarığı olmalı

– Mühasibatlıq sahəsində iş təcrübəsi 1 il

– Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı olmalı

Maraqlanan namizədlər mövzu yerində “Mühasib” yazmaqla CV-lərini ünvanına göndərə bilərlər. Qeyd olunan tələblərə uyğun olmayan CV-lərə baxılmayacaq.

Mənbə: boss.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Azərbaycanda sərnişin daşıyıcılarının vergiyə cəlb olunması ilə bağlı qanunverciliyə dəyişiklik edilə bilər

posted in: Xəbər | 0

sərnişin daşıyıcılarının vergiyə cəlb olunması“Avtobusla müntəzəm və qeyri-müntəzəm sərnişin daşıyıcılarının vergiyə cəlb olunmasında ciddi çətinlik yoxdur. Əsas problemlər oturacaq yerlərinin sayı 8+1 və ondan az olan miniven tipli minik avtomobilləri ilə həm ölkədaxili, həm də beynəlxalq istiqamətlər üzrə sifarişli sərnişin daşımalarının tənzimlənməsi ilə bağlıdır”.

Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Həbib Həsənov “Vergilər” qəzetinə müsahibəsində bildirib.

Bax: Daimi işlə məşğul olanların xidməti müqavilə əsasında çalışmasının qadağan ediləcəyi planlaşdırılır

“Belə daşımalarda sərnişinlərin təhlükəsizliyinin və qanuni maraqlarının qorunması, daşıyıcıların vergiyə cəlb edilməsi müəyyən çətinliklər yaradır. Bu məsələnin həlli məqsədilə daşımalar həyata keçirilən tərəfdaş dövlətlərin aidiyyəti qurumları ilə məsləhətləşmələr aparılır, onların təcrübəsi öyrənilir, ortaya çıxan probemlərin aradan qaldırılması üçün təkliflər hazırlanır”, – deyə o, qeyd edib.

Xidmət rəisinin sözlərinə görə, Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, “Fərqlənmə nişanı” olmadan avtomobil nəq­liyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksi­yası tətbiq edilir: “Amma sərnişin və yük daşımaları sahəsində vergidən yayınmaya görə maliyyə sanksiyasının tətbiqi ilə bağlı müvafiq tədbirlərin görülməsinin DANX-ın səlahiyyətlərinə aid olmaması müəyyən çətinliklər yaradır. Hazırda NRYTN ilə Vergilər Nazirliyi arasında imzalanmış Razılaşma Protokoluna uyğun olaraq, vergidən yayınma hallarının qarşısının alınması məqsədilə məsuliyyət müəyyən edən yeni normaların və nəzarət mexanizmlərinin hazırlanması istiqamətində işlər görülür. Eyni zamanda, yük və sərnişindaşıma xidməti göstərən sürücülərin vergidən yayınması hallarının aradan qaldırılması məqsədilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə mütəmadi reydlər keçirilir”.

Bax: Büdcə ili ərzində vahid xəzinə hesabında olan vəsaitin qalığının (sərbəst qalığın) idarəetməyə verilməsi qaydaları ilə bağlı qərarda dəyişiklik edilib

“Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarında vergi nəzarətinin gücləndirilməsi nəzərdə tutulur. Artıq bu istiqamətdə müvafiq addımlar atılır. Buraya avtomobil nəqliyyatı ilə yük daşımaları sahəsində elektron əmtəə nəqliyyat qaiməsinin yaradılan “E-nəqliyyat” sisteminə inteqrasiyası, şəhərlərarası (rayonlararası) və DANX-ın tənzimləmə dairəsinə düşən şəhərdaxili (rayondaxili) müntəzəm avtobus marşrutlarında nağdsız ödəniş sistemlərinin tətbiqi, eyni zamanda taksi daşımalarının milli taksi-çağrı proqram təminatı əsasında tənzimlənməsi daxildir. Bu məqsədlə bir sıra nüfuzlu məsləhətçi şirkətlərlə müzakirələr aparırıq. Bununla yanaşı, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı müvafiq normativ hüquqi aktların layihələrinin hazırlanması istiqamətində tədbirlər görülür. Əsas hədəfimiz daşımalarda iştirak etmək istəyən fiziki və hüquqi şəxslərə biznesin bu sahəsi ilə məşğul olmaq üçün kriteriya, standart və tələblərin normativ bazasının müəyyənləşdirilməsi, sağlam rəqabət mühiti formalaşdırmaqla xidmətin keyfiyyətini yüksəlt­mək, şəffaflığı təmin etmək, vergidən yayınma hallarının qarşısının alınmasına nail olmaqdır”, – deyə o, əlavə edib.

Bax: 2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası təsdiq edilib

H.Həsənovun sözlərinə görə, Azərbaycanda həm sərnişin, həm də yük daşımaları sahəsində tənzimləmə mexanizmləri nisbətən zəifdir: “Vergi Məcəlləsinə və Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi qaydaları”na əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətlərindən asılı olaraq, sadələşdirilmiş vergi kimi “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” tətbiq edilir. Həmin qaydalara görə, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı həyata keçirən vergi ödəyiciləri istisna olmaqla) “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” Nəqliyyat Nazirliyinə həvalə olunub. “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” alan sahibkarlar sadələşdirilmiş verginin ödəyiciləridir. Bu sahənin tənzimlənməli olan digər vacib elementləri, məsələn, daşıyıcıların maddi-texniki bazası, nəqliyyat vasitələrinin texniki vəziyyəti, sürücülərin və menecerlərin hazırlığı və digər məsələlər isə hələ ki, açıq qalır. Bütün bunlar isə daşıma xidmətlərinin keyfiyyətinə və təhlükəsizliyinə mənfi təsir göstərir. Əgər biz avtomobil nəqliyyatında yük və sərnişin daşımalarının keyfiyyətini yüksəltmək istəyiriksə, hər şeydən əvvəl, bu cür çatışmazlıqların aradan qaldırılmasına nail olmalıyıq. DANX-ın bununla bağlı hazırladığı təkliflər, bir sıra normativ hüquqi aktlara ediləcək dəyişikliklərə dair layihələr aidiyyəti qurumlara təqdim olunub”.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Daimi işlə məşğul olanların xidməti müqavilə əsasında çalışmasının qadağan ediləcəyi planlaşdırılır

posted in: Müqavilələr, Xəbər | 0
Xidməti müqavilə
Faktiki olaraq daimi işdə çalışanların siyahısı vahid məşğulluq reyestrinə daxil ediləcək. İşəgötürən təşkilatlar qarşısında mülki-hüquqi müqavilə, yəni xidməti müqavilə əsasında çalışan işçilərlə bağlı yeni tələblər qoyulacağı, bununla da real olaraq daimi işlə məşğul olanların xidməti müqavilə əsasında çalışmasının qadağan ediləcəyi planlaşdırılır.
Bax: Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov «Vergilər»” qəzetinə açıqlamasında bildirib ki, hazırda xidməti müqavilələrlə bağlı yeni qaydalar hazırlanır və yaxın vaxtlardan təsdiq olunması üçün aidiyyəti qurumlara təqdim ediləcək. Bu sahədə əsas yeniliklərdən biri xidməti müqavilə ilə çalışanların siyahısının elektron şəkildə hazırlanması olacaq:

«Xidməti müqavilələrin izahı ilə bağlı «Məşğulluq xidməti haqqında»” Qanunda hər hansı anlayış yox idi. Həmin qanuna edilmiş dəyişikliklərdə isə mülki-hüquqi xarakterli müqavilələr haqqında konkret izahat verilib. Ümumiyyətlə, bu cür müqavilələr Mülki Məcəllə ilə tənzimlənir. Yəni bu cür müqavilələrlə işləyən işçilərlə işəgötürən təşkilat arasında hər hansı əmək münasibətləri yaranmır və Əmək Məcəlləsində işçilər üçün nəzərdə tutulan sosial hüquqlar həmin şəxslərə şamil olunmur. Halbuki Əmək Məcəlləsinə əsasən, hər bir işçi ilə əmək müqaviləsi bağlanmalıdır və müqavilədə iş rejimi, əməkhaqqı,  əməkhaqqına əlavələr, istirahət və məzuniyyət müddəti, iş rejiminin zərərli olub-olmaması haqqında məlumatlar, işçinin və işəgötürənin vəzifə öhdəlikləri təsbit edilir. Bütün bunlar əmək müqaviləsi ilə çalışan işçilər üçün gələcəkdə bir sıra sosial üstünlüklərə təminat yaradır. O cümlədən işçi işlədiyi dövrdə hər hansı zədə, yaxud peşə xəstəliyi alarsa, bülletenə çıxarsa buna görə ödəniş almalı və bunlar əmək müqaviləsində əksini tapmalıdır. Xidməti müqavilə əsasında çalışanlar isə bu sosial hüquqlardan bəhrələnmək imkanına malik deyil»”.

Bax: Əmək müqaviləsi işəgötürən tərəfindən hansı əsaslarla ləğv edilə bilər?

Yeni hazırlanan qaydalar qanunvericilikdə nəzərdə tutulmuş iş rejimində çalışan, lakin mülki-hüquqi əsaslarla işə cəlb edilən işçilərin xidməti müqavilədən əmək müqaviləsinə keçirilməsini nəzərdə tutur. Belə ki, xidməti müqavilə adı altında uzun müddət eyni yerdə çalışanların müqavilələri dəyişdirilərək əmək müqaviləsinə daxil ediləcək. Nazirlik rəsmisi deyir ki, xidməti müqavilə əsasında çalışanların VÖEN-i olsa da, bu, bir çox hallarda formal xarakter daşıyır: «İşəgötürən tərəfin göstərdiyi xidmətin müqabilində ona verdiyi əməkhaqqından vergi və icbari sosial sığorta haqqı ödənilir. Bununla da işəgötürən vergi və sosial sığorta ödənişlərinə dair öhdəlikləri ona xidmət göstərən işçinin üzərinə qoyur. Həmin şəxsin işçi kimi digər sosial hüquqları, o cümlədən əmək məzuniyyəti, əməkhaqqına əlavələr, istirahət müddəti bütünlüklə itirilmiş olur. Çünki xidməti müqavilələrdə Əmək Məcəlləsində nəzərdə tutulmuş digər sosial müdafiə xarakterli hüquqlar əks etdirilmir”».

Bax: İcarə müqaviləsi əvəzsiz bağlanarsa hansı vergi öhdəlikləri yaranır?

Yeri gəlmişkən, son illər Azərbaycanda daimi işçilərin xidməti müqavilə əsasında işə qəbuletmə hallarına daha çox rast gəlinir. Məqsəd işəgötürənin vergi orqanları qarşısında məsuliyyətini azaltmaq, vergilərdən və sosial ödənişlərdən yayınmaqdır. İ.Həsənov isə bildirir ki, əgər işçi 3-4 il eyni sahədə və müəssisədə çalışırsa, üstəlik hər gün saat 9:00-dan 18:00-dək işdə olursa, bu, artıq əmək münasibətidir: «Bu, onu göstərir ki, həmin həxs daimi işçi kimi çalışır və belə olan halda, onun xidməti müqavilə əsasında çalışan kimi rəsmiləşdirilməsi düzgün deyil.

Ona görə də yeni hazırlanan qaydalara əsasən, xidməti müqavilələr yalnız konkret iş qrafiki olmayanlarla imzalanacaq. Tutaq ki, şirkət daxili kompüter şəbəkəsinə xidmət göstərilməsi üçün işçi axtarır, daxildən bir daimi işçi istəmirsə, hansısa mütəxəssisə müraciət edir. Belə şəxslər xidməti müqavilə ilə işləyə bilərlər. Yeni qaydalara görə isə maksimum 6 aylıq işlər xidməti müqavilə ilə tənzimlənə bilər. Hətta elə sahələr var ki, orada işçinin xidməti müqavilə ilə çalışma müddəti  3-4 aydan çox olmamalıdır. Bu, o deməkdir ki, işçinin mülki-hüquqi müqavilə əsasında çalışdığı iş yerləri müvəqqəti işlər hesab ediləcək”».

Bax: Əmək müqaviləsinə xitam verilən işçinin təminatları nədir?

Nazirlik rəsmisi deyir ki, bəzi işəgötürənlər xidməti müqavilə əsasında işə götürdükləri işçiləri əmək müqaviləsinin tələblərinə uyğun şəkildə işlədir və bu, illərlə davam edir. Bu cür halların üzə çıxarılması üçün xidməti müqavilə əsasında çalışanların da siyahısı məşğulluq reyestrinə daxil ediləcək. Başqa sözlə, ölkədə faktiki məşğul əhali bütünlüklə qeydə alınacaq və bu zaman onların əmək, yoxsa xidməti müqavilə əsasında çalışdığı reyestrdə əksini tapacaq: «Bu qaydaların tətbiqinə bütün məşğul şəxslərin siyahısı tam dəqiqləşdirildikdən sonra başlanacaq. Çünki mülki-hüquqi şəxslər tərəfindən Dövlət Statistika Komitəsinə verilən məlumatda xidməti müqavilə əsasında işləyənlərin sayı faktiki göstəricilərin çox cüzi hissəsini təşkil edir. Məsələn, 2017-ci ildə xidməti müqavilə əsasında çalışan işçilərin sayının 8,1 min nəfərdən bir qədər artıq olduğu göstərilir. Halbuki belə işçilərin faktiki sayı dəfələrlə çoxdur. Heç kəsə sirr deyil ki, əksər xidmət sahələrində, o cümlədən ictimai iaşə və əyləncə obyektlərində xidməti müqavilə əsasında işləyənlər çoxluq təşkil edir».

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədovun sözlərinə görə, işçilərin xidməti müqavilə əsasında çalışması yalnız işəgötürənin maraq və mənafelərinə xidmət edir: «Xidməti müqavilə imzalayan işçi mütləq fiziki şəxs kimi vergi orqanlarında qeydiyyatdan keçməli və onun VÖEN-i olmalıdır. Bundan sonra o, işəgötürəndən aldığı əməkhaqqından sadələşdirilmiş vergi ödəməlidir. Belə olan halda, işəgötürənin həmin işçi qarşısında heç bir öhdəliyi yaranmır”».

Bax: İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər kimlərdir?

S.Məmmədovun fikrincə, xidməti müqavilənin bağlanılması zamanı işçiyə ödənilən məbləğ əməkhaqqı kimi deyil, xidmət haqqı kimi rəsmiləşdirilir ki, bu da onun gələcək pensiya təminatında ciddi maneələr yaradır: «Bu baxımdan, faktiki olaraq daimi işlə məşğul olanların xidməti müqavilə əsasında çalışan işçi kimi rəsmiləşdirilməsinin qadağan edilməsi, hər şeydən əvvəl, vətəndaşların maraqlarına uyğundur. Hazırda xidməti müqavilə əsasında işləyən şəxslərlə əmək müqavilələrinin bağlanması həm vergi, həm də icbari sosial sığorta ödənişlərinin artımına və işçilərin hüquqlarının qorunmasına şərait yaradacaq”».

Mənbə: vergiler.az

Bax: Nikah müqaviləsi bağlanmalıdırmı?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Nurgun Holding Maliyyə Meneceri axtarır

posted in: İş elanı, Maliyyə, Xəbər | 0

Maliyyə MeneceriVəzifə: Maliyyə meneceri

İşəgötürən: Nurgun Holding

İş barədə:

• Şirкətin mаliyyə hеsаbаtının tərtib еdilməsi və fəаliyyətinin mаliyyə göstəricilərinin hеsаblаnmаsı üçün lаzım оlаn məlumаtlаrın tоplаnmаsı və аnаlizi;
• Mal realizəsinin pul istifadəsi planının hazırlanmasında iştirak;
• Mənfəətin illik, rüblük planlarının və rentabellik göstəricilərinin müəyyən edilməsi;
• Dövriyyə vəsaitlərinin elementlər üzrə ehtiyaclarının müəyyən edilməsində iştirak və dövriyyə vəsaitlərinin normativlərinin hesablanması;
• Mаliyyə аnаlizi məlumаtlаrının dəqiqliyinin təmini, оnlаrın nоrmаtiv və büdcə göstəricilərindən аyrılmаlаrının izаhı, həmçinin vахtı-vахtındа şirкət rəhbərliyini əhəmiyyətli кənаr çıхmаlаr bаrədə məlumаtlаndırmаq
• Rüblük maliyyə göstəricilərinin aylar üzrə bölüşdürülməsi;
• Növbəti ay və ay daxili dövrlər üçün səyyar maliyyə planlarının hazırlanması;
• Normativdən artıq ehtiyatların toplanmasının qarşısını almaq məqsədi ilə mal-material dəyərlərinin gətirilməsinə nəzarət edilməsi;
• Maliyyə, kredit və kassa planlarının yerinə yetirilməsini təmin etmək.

Bax: Baş mühasib tələb olunur

Tələblər:

• Ali təhsil (maliyyə, iqtisadi)
• Beynəlxalq Maliyyə Standartları üzrə biliklər;
• Kompyuter proqramlarında sərbəst işləmək bacarığı (Excel, 1C mühasibatlıq);
• Maliyyə sahəsi üzrə analitik biliklər;
• İş təcrübəsi;
• Yaş həddi:  30 – 40.

Bax: 800 manat məvaciblə Mühasib tələb olunur

CV göndərərkən (  / ) mövzu qismində müraciət edilən vakansiya qeyd olunmalıdır!

Mənbə: jobsearch.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.