Publik hüquqi şəxslərə mənfəət vergisi ilə bağlı güzəşt müddətli şəkildə tətbiq olunmalıdır

posted in: Vergi, Xəbər | 0

mənfəət vergisi ilə bağlı güzəşt “Hesablama Palatası tərəfindən həyata keçirilən nəzarət tədbirlərinin, o cümlədən analitik fəaliyyətin nəticələrinə əsaslanaraq növbəti il üçün nəzərdə tutulan büdcə-vergi siyasətinin hədəflərini büdcə-vergi sisteminin təkmilləşdirilməsinə, eləcə də vergi orqanlarının və vergi ödəyicilərinin fəaliyyətinə əsasən müsbət töhfə verəcəyini qeyd etməklə yanaşı, bəzi məqamların səmərə verəcəyinə optimist yanaşmırıq”.

Bu barədə məlumat “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının Rəyində öz əksini tapıb.

Bax: Vergi azadolmalarının yüksək rentabelli sahələrdə tədricən aradan qaldırılması zərurəti yaranıb

Rəydə qeyd olunub ki, müvafiq qanunvericilik aktlarına əsasən, dövlət qeydiyyatı kommersiya qurumlarına bərabər tutularaq müvafiq reyestrə daxil edilən publik hüquqi şəxslər – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.

“Maddi-texniki bazanın formalaşdırılması məqsədilə yeni yaradılan publik hüquqi şəxslərə fəaliyyətin ilk illərində dövlət büdcəsinin vəsaitləri hesabına maliyyə dəstəyinin verilməsi əsasən təbii proses kimi qəbul edilsə də uzunmüddətli perspektivdə belə yanaşma təbii hesab edilməməlidir. Yəni, publik hüquqi şəxslərin uzun müddət ərzində (misal üçün, 5 ildən artıq müddətdə) dövlət büdcəsindən əvəzsiz əsaslarla ayrılan vəsaitlərdən asılılıqlarının aradan qaldırılmaması (tam və ya əsas etibarı ilə), həmin qurumların büdcə təşkilatı deyil, məhz kommersiya qurumlarına bərabər tutulan publik hüquqi şəxs statusu altında fəaliyyətinin davam etdirilməsinə yenidən baxılması zərurətini yaradacaq. 2019-cu il üçün 19 publik hüquqi şəxs üzrə 405,4 mln. manat məbləğində vəsait nəzərdə tutulub.

Bax: 2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası təsdiq edilib

Göstərilənləri nəzərə alaraq, Vergi Məcəlləsində publik hüquqi şəxslərin gəlirlərinin mənfəət vergisindən müddətsiz olaraq azad olunmasını nəzərdə tutan müddəaların məhdudlaşdırılması və həmin güzəştin müddətli şəkildə tətbiq olunması daha məqsədəmüvafiq hesab edilir. Gəlirlərin müddətsiz olaraq vergidən azad olunması şəraitində publik hüquqi şəxslər tərəfindən yalnız gəlirlərin əldə olunması ilə bağlı xərclərin gəlirdən çıxılmasına yol verilməsi kimi məhdudiyyətlərə əməl olunmayacağını da əvvəlcədən ehtimal etmək olar ki, bu da maliyyə, mühasibat və vergi uçotunun (xəzinə nəzarəti ilə əhatə olunmayan hesablaşma hesabları vasitəsilə aparılan əməliyyatlar üzrə də) kommersiya qurumunda olduğu kimi deyil, büdcə təşkilatında olduğu kimi aparılması ilə nəticələnəcək”, – deyə rəydə vurğulanıb.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergi azadolmalarının yüksək rentabelli sahələrdə tədricən aradan qaldırılması zərurəti yaranıb

posted in: Xəbər | 0

Vergi azadolmalarıVergi azadolmalarının yüksək rentabelli sahələrdə (kənd təsərrüfatı məhsullarının sənaye üsulu ilə istehsalı seqmentində) tədricən aradan qaldırılması zərurəti yaranıb.

“Report” bu barədə Hesablama Palatasının gələn il dövlət büdcə layihəsinə rəyinə istinadən xəbər verir.

Rəydə qeyd edilib ki, qeyri-neft ÜDM-in strukturunda təxminən 6%-lik xüsusi çəkiyə malik kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən istehsalçıların vergi güzəştlərinin 2019-cu il üzrə müəyyən edilmiş büdcə-vergi siyasəti çərçivəsində daha 5 il müddətinə uzadılması nəzərdə tutulub.

Bax: 2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası təsdiq edilib

“Məlum olduğu kimi, qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət büdcəsi vasitəsilə əvəzsiz dövlət dəstəyi iki istiqamətdə həyata keçirilir. Birinci istiqamət kənd təsərrüfatı məhsullarının istehsalçılarının torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olunmasından ibarətdirsə, digər istiqamət həmin istehsalçıların kommersiya fəaliyyətinin subsidiyalaşdırılmasının nəzərdə tutulmasıdır. Artıq uzun müddətdir ki, hər-hansı məhdudiyyətlər tətbiq olunmadan eyni istehsalçı tərəfindən qeyd olunan hər iki subsidiya növündən istifadə etmə imkanları mövcuddur. Nəzərə alınmalıdır ki, ÜDM-in strukturunda kənd təsərrüfatı sahəsi üzrə istehsal edilmiş əlavə dəyərin həcmi 2017-ci ildə 3949,3 mln. manat təşkil etməklə, 2018-ci il üzrə gözlənilən, 2019-cu il üzrə isə təklif olunan göstəriciləri, müvafiq olaraq 4 246,1 mln. manata və 4 522,5 mln. manata bərabərdir. Eyni zamanda, müxtəlif istiqamətlər üzrə kənd təsərrüfatı istehsalçılarına dövlət büdcəsindən ayrılan subsidiyaların məbləği 2017-ci ilin nəticələrinə görə 190,1 mln. manat təşkil edib, 2018-ci ilin sonuna 378,4 mln. manat olacağı gözlənilir, 2019-cu il üçün isə, əvvəlki illərlə müqayisədə, müvafiq olaraq 232,9 mln. manat və ya 2,2 dəfə və 50,6 mln. manat və ya 13,3% artırılaraq 431,6 mln. manat məbləğində təsdiq olunması nəzərdə tutulub. Göründüyü kimi, dövlət büdcəsindən ayrılan subsidiyaların kənd təsərrüfatı sahəsində istehsal edilən əlavə dəyərə nisbəti artır (2017-ci il üzrə 4,8%, 2018- ci il üzrə 8,9% və 2019-cu il üzrə 9,5%). Məhsulların istehsalçılar tərəfindən təqdim olunması əməliyyatlarının vergilərdən azad olunmasını da nəzərə alsaq, kənd təsərrüfatı sahəsinin ümumi subsidiyalaşdırılma həcminin kifayət qədər yüksək olduğunu təsəvvür etmək çətin deyil. Halbuki, kənd təsərrüfatına dövlət dəstəyi mexanizmlərinin uzun müddət ərzində tətbiq olunması şəraitində bu sahədə rentabelliyi dayanıqlı olan fəaliyyət növlərinin və iri təsərrüfat subyektlərinin (kənd təsərrüfatı məhsullarının sənaye üsulu ilə istehsalı seqmentində) mövcudluğu artıq təmin edilib və sayları artır”, – deyə rəydə vurğulanıb.

Bax: İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib

Palatada hesab edirlər ki, göstərilənlər kənd təsərrüfatı sahəsində risklərin sığortalanması mexanizmlərinin təkmilləşdirilməsini, kənd təsərrüfatı istehsalçıları üzrə subsidiya məbləğlərinin fəaliyyətin maliyyə nəticələrindən asılı olaraq müəyyənləşdirilməsini, kənd təsərrüfatı sahəsinin rentabelli seqmentləri üzrə dövlət büdcəsi hesabına həyata keçirilən subsidiyalaşdırma mexanizmlərinin yığcamlaşdırılmasını və vergi azadolmalarının yüksək rentabelli sahələrdə (kənd təsərrüfatı məhsullarının sənaye üsulu ilə istehsalı seqmentində) tədricən aradan qaldırılması zərurətinin yaranmasını deməyə əsas verir: “Bu baxımdan, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən kiçik təsərrüfatlar (ailə təsərrüfatları və s.) istisna olmaqla iri təsərrüfat subyektlərinə (kənd təsərrüfatı məhsullarının sənaye üsulu ilə istehsalı seqmentində) investisiyalarının faktiki həcmindən asılı olaraq iqtisadiyyatın digər sahələrindən fərqli daha aşağı vergi dərəcələrinin tətbiq olunmasına başlanılması məqsədəmüvafiq hesab edilir ki, inkişaf etmiş ölkələrin mütərəqqi təcrübələri də analoji yanaşmaların daha çox səmərə verdiyini göstərir”.

Bax: 6 xarici şirkət Azərbaycandan getdi

Qeyd edək ki, Azərbaycan Hesablama Palatası tərəfindən vergi orqanlarında aparılan nəzarət tədbirlərinin nəticələri kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan vergi ödəyiciləri üzrə hesabatlılığın (vergilərdən azad olunan gəlirlərinin bəyan olunmasının) təmin olunması üzərində inzibatçılığın zəif təşkil olunmasını göstərir: “Halbuki, kənd təsərrüfatı məhsullarının istehsalçılarının təqdimetmə prosesində vergi qanunvericiliyinin müvafiq müddəalarına əsasən vergilərdən azad olunması hesabatlılığın icbariliyini tənzimləyən digər müddəalarla müəyyən edilmiş vergi hesabatlarının işlənməməsinə heç bir halda əsas vermir. Göstərilən kənarlaşmaların geniş əhatə dairəsini və aradan qaldırılmasının zəruriliyini nəzərə alaraq vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə bəyan edilməmiş və ya azaldılmış gəlirin müvafiq faiz nisbətində vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilməsi mexanizminin formalaşdırılması məqsədəuyğun hesab edilir. Eyni zamanda Rəydə artıq göstərildiyi kimi, 2019-cu il üzrə büdcə-vergi siyasətinin tərkib hissəsi olan vergi və gömrük güzəştlərinin dövlət büdcəsinə, sahibkarlıq fəaliyyətinə və əhalinin sosial müdafiəsinə təsiri baxımından səmərəliliyinin qiymətləndirilməsi mexanizminin hazırlanması çərçivəsində güzəşt və azadolmaların tədiyyə növləri səviyyəsində zəruri meyarlar üzrə “Büdcə zərfi”ndə də əks etdirilməsi məqsədəmüvafiq olardı”.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası təsdiq edilib

posted in: Xəbər | 0

Məşğulluq StrategiyasıPrezident İlham Əliyev “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası ”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası ” təsdiq edilib.

Bu Sərəncamla təsdiq edilmiş Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə əlaqələndirici orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edilib.

Bax: İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib

Nazirlər Kabinetinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, aidiyyəti dövlət orqanları və qurumları ilə birlikdə Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2019–2025-ci illər üçün Tədbirlər Planının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Məşğulluq Strategiyasının həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, Məşğulluq Strategiyasının həyata keçirilməsi ilə bağlı tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirmək tapşırlıb.

Tam mətni oxumaq üçün faylı yükləyin: 2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası

Mənbə: president.az

Bax: İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta haqqında Qanunda kiçik dəyişiklik edilib


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

6 xarici şirkət Azərbaycandan getdi

posted in: Vergi, Xəbər | 0
  • xarici şirkət“Aygün Alüminyum Sənaye və Ticarət Anonim şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: 1401739881) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov küçəsi, ev 10 ünvanına bildirə bilərlər.
  • “Cornvall Marine S.A.” Korporasiyasının Azərbaycan Respublikasındakı Filialı (VÖEN: 1803405641) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, ev 26, mənzil 16 ünvanına bildirə bilərlər.

Bax: Azərbaycanda uçot dərəcəsi aşağı salınıb

  • “Locomo Maritime Company” Korporasiyasının Azərbaycan Respublikasındakı Filialı (VÖEN: 1803405771) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, ev 26, mənzil 16 ünvanına bildirə bilərlər.
  • “Sulzer Pumpen AG” şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN: 1301089601) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, ev 42 ünvanına bildirə bilərlər.

Bax: Hüquqi şəxsin filialının uçot məlumatlarının dəyişdirilməsi

  • “Mott Macdonald CZ, SPOL. S.R.O. Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı (VÖEN: 1303389411) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 3 ünvanına bildirə bilərlər.
  • “Kerevitaş Qida Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı (VÖEN: 1400967991) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov küçəsi, ev 10 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.