Həyat sığortasına güzəştlər azaldılacaq

posted in: Xəbər | 0

Həyat sığortasına güzəştlərAzərbaycanda həyatın yaşam sığortası ilə bağlı hökumət və sığorta şirkətləri arasında müzakirələr okytabrın sonunadək başa çatmalıdır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

Onun sözlərinə görə, hazırda həyat sığortası ilə bağlı müzakirələr təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə həyat sığorta şirkətləri arasında aparılmır, müzakirələrdə Vergilər və Maliyyə nazirlikəri də iştirak edir.

Aydın Kərimovla mühasibat uçotu kursu

Büdcə DSMF vəsait itirir

Qeyd edək ki, söhbət əsasən yığım funksiyası daşıyan həyatın yaşam sığortasından gedir. Həyat sığortası qaydalarına əsasən, işləyənlər həyatlarını yaşam sığortası etdirməklə, hər ay öz əmək haqlarından həyat sığortası şirkətinə ödəmələr edirlər. Qanunvericiliyə əsasən, həyat sığortası üçün ödənişlər vergi və sosal ödənişlərdən azad edildiyinə görə, həmin vəsaitlər də sığorta haqqının üzərinə toplanır. Daha sadə desək, maaşın həyat sığortasına yönəldilən hissəsinə hesablanan vergi və sosial ödənişlər büdcəyə və DSMF-ə deyil, şəxsin sığorta şirkətindəki hesabına yönəldilir. Nəticədə sığortalanan vətəndaş böyük gəlir əldə edir (maaşın üzərinə təqribən 46%-lik vergidən azad olunan əlavə də gəldiyinə görə), büdcə və DSMF isə bu vəsaitləri itirir.

İndiyədək hökumət 2012-ci ildən tətbiq edilən bu yeniliyə “dözürdü”. Amma son vaxtlar dövlət büdcəsi ilə bağlı sərtləşmələr, vergi və sosial sahədəki islahatlar həyat sığortasını və burada büdcədən kənarda qalan pulları yada salıb. Nəticədə indi hökumət  bu sahədə dəyişikliklərin edilməsini istəyir.

Bax: Aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri qaydasında kiçik dəyişiklik edilib

Hökumət həyat sığortasına ödənilən məbləğə vergi güzəştinin ya tamamilə, ya da qismən aradan qaldırılmasına çalışır. Öz növbəsində həyat sığortası şirkətləri (ölkədə 3 həyat sığortası şirkəti var – “Qala Həyat”, “Atəşgah Həyat”, “Paşa Həyat”) bu güzəştin ya tamamilə tozunulmaz qalmasına, ya da dəyişikliyin minimum olmasına çalışırlar.

Yeri gəlmişkən, son vaxtlar Azərbaycanda həyat sığortasındakı belə qazanma üsulunu başa düşənlərin sayı kəskin artıb və bu da büdcəyə (əmək haqqından vergi) və DSMF-ə gedən pulların azalmasına səbəb olub. Bunun qarşısını almaq üçün artıq indidən dövlət idarələrinin bir hissəsində həyat sığortasına getməyə icazə verilmir (qaydalra görə, həyatın yaşam sığortası ilə sığortalanmaq üçün işçinin özü ilə yanaşı, işəgötürənin də icazəsi tələb olunur).

Elə ona görə də müzakirələrdə Vergilər və Maliyyə nazirlikləri də iştirak edir. Qarşıdan büdcə müzakirələrinin gəldiyini nəzərə alanda, böyük ehtimalla bu müzakirələrin nəticəsi 2019-cu ilin dövlət büdcəsi layihəsində nəzərə alınacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, qısa müddət ərzində müzakirələrin nəticəsi açıqlanacaq. Hələliksə nazirliyin mövqeyi dövlət-özəl sektor əməkdaşlığının qorunmasıdır: “Biz həyat sığortası bazarının ləğv edilməsinin tərəfdarı deylik və o bazarın inkişafı imkanları da saxlanılmalıdır. Eyni zamanda bu insanların gələcək pensiya təminatı üçün sosial sığorta haqlarının tutulması mexanizimi də olmalıdır”.

Bax: Hansı halda təsisçiyə dividend mütləq onun bank hesabına ödənilməlidir?

Nazirlik ona işarə edir ki, pulunu həyat sığortasına yönəldən işçilərin maaşının həmin hissəsindən DSMF-dəki hesablarna  pul ödənilmir və bu da gələcəkdə həmin şəxslərin pensiya təminatını pisləşdirə bilər: “Bildiyimiz kimi həyat sığortasına müraciət edən şəxslər gəlir vergisindən və sosial sığorta ödəmələrindən azad olurlar, amma eyni zamanda sosial sığorta ödəməyən şəxs də gələcəkdə pensiya təminatından imtina edir və bu insanın pensiya kapitalında vəsait yığılmadığına görə, onun pensiya təminatı olmur. Bu gələcək üçün problem olur və ona görə də biz həm sığort şirkətləri, həm də Vergilər və Maliyyə nazirlikləri ilə aktiv müzakirələr aparırıq və bu mexanizimi elə bir mexanizimə çevirmək istəyirik ki, müəyyən qədər güzəştlər də olsun, müəyyən qədər sosial sığorta sisteminə ödənişlər olsun”.

Mənbə: marja.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.    

Dövlət Gömrük Komitəsində iş adamları ilə görüş keçirilib

posted in: Xəbər | 0

iş adamları ilə görüşBu gün Dövlət Gömrük Komitəsində (DGK) iş adamları ilə “Gömrük prosedurlarının sadələşdirilməsi üzrə təşəbbüslər” mövzusunda görüş keçirilib.

Bu barədə DGK-nın Mətbuat xidmətindən məlumat verilib.

Gömrük-biznes əməkdaşlığı çərçivəsində təşkil olunan görüşdə DGK sədri Səfər Mehdiyev, Komitə sədrinin müavinləri, Baş İdarə rəisləri, aidiyyəti qurumların əməkdaşları və “yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən sahibkarlar iştirak edib.

Aydın Kərimovla mühasibat uçotu kursu

Sahibkarlar qarşısında çıxış edən S.Mehdiyev bildirib ki, hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən daxili istehsalın, ölkənin ixrac və tranzit potensialının artırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün islahatlar həyata keçirilir. Bu islahatlar çərçivəsində gömrük orqanları qarşısında gömrük-biznes münasibətlərinin beynəlxalq standartlara uyğun şəkildə tənzimlənməsi, şəffaflığın tam təmin olunması, korrupsiya hallarının aradan qaldırılması, bir sözlə, münbit ticarət mühitinin yaradılması məqsədilə mühüm vəzifələr qoyulub.

Qeyd edilən vəzifələrin icrası istiqamətində gömrük orqanlarının informasiya texnologiyalarından və elmin müasir nailiyyətlərindən yararlandığını söyləyən S.Mehdiyev ticarətin asanlaşdırılması, biznes subyektlərinin məmnuniyyətinin maksimum dərəcədə təmin olunması istiqamətində innovativ layihələrin, yeni tətbiqlərin həyata keçirildiyini deyib. Bu yeniliklərdən birinin də “yaşıl dəhliz” buraxılış sisteminin olduğunu, artıq 60-a qədər biznes subyektinin “yaşıl dəhliz”dən istifadə etdiyini diqqətə çatdıran Komitə sədri sistemin faydaları barədə də məlumat verib.

Bax: Aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri qaydasında kiçik dəyişiklik edilib

Bildirilib ki, “yaşıl dəhliz” buraxılış sisteminin imkanlarından yararlanan iş adamları mal və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilmədən öncə birbaşa öz ofislərindən və ya internetə çıxışı olan hər hansı məkandan qısa idxal bəyannamələrini elektron qaydada təqdim etməklə risklərin idarə olunması sisteminin tətbiqi ilə idxal etdikləri mal və nəqliyyat vasitələrini anbarlarına apara bilərlər. Bu isə vaxt itkisinin, əlavə xərclərin, məmur-vətəndaş təmasının aradan qaldırılmasına, ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə imkan verir. Üstəlik, bu və digər layihələr gömrük orqanları ilə biznes nümayəndələri arasında qarşılıqlı inam və etibarın təmin olunmasına şərait yaradır.

DGK sədri qeyd edib ki, “yaşıl dəhliz” sisteminin tətbiqi zamanı istər gömrük orqanları, istərsə də sahibkarlar müəyyən problemlərlə üzləşir. Lakin səmərəli və işgüzar dialoqlar vasitəsilə çatışmazlıqların aradan qaldırılması mümkündür. Komitə sədri sistemdən istifadə edən şəxslərin bəzi hallarda qısa idxal bəyannamələrini gömrük orqanlarına təqdim etmədiklərini, bu kimi halların aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıb.

O da qeyd olunub ki, qısa idxal bəyanamələrinin düzgün doldurulması və təqdim edilməsi, “yaşıl dəhliz” sistemilə bağlı digər prosedurların qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsi üçün gömrük orqanları sahibkarlara təmənnasız dəstək göstərəcək. Sistemin istər sahibkarlar, istərsə də gömrük orqanları üçün üstünlüklərilə yanaşı, məsuliyyətinin də böyük olduğunu vurğulayan Səfər Mehdiyev tələb olunan prosedurların düzgün şəkildə yerinə yetirilməsi barədə fikir və tövsiyələrini də diqqətə çatdırıb.

Görüşdə sahibkarların rəy və təklifləri dinlənilib, onların sualları cavablandırılıb və problemlərin operativ qaydada həll edilməsi istiqamətində tapşırıqlar verilib.

Sonda “yaşıl dəhliz” buraxılış sistemi ilə bağlı videoçarx nümayiş olunub.

Mənbə: report.az

Bax: Azərbaycanda gənclər təşkilatlarına nə qədər qrant veriləcək?


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.    

Azərbaycanda gənclər təşkilatlarına nə qədər qrant veriləcək?

posted in: Xəbər | 0

qrantAzərbaycanda gənclər təşkilatlarına ən az 5 min, ən çox isə 15 min qrant verilə bilər.

Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası”nda əksini tapıb.

Aydın Kərimovla mühasibat uçotu kursu

Qaydaların 3-cü (Qrant maliyyələşdirilməsi ilə bağlı ümumi məsələlər) maddəsinə əsasən, müsabiqədə yalnız müəyyən edilmiş tələblərə cavab verən gənclər və gənclər təşkilatları iştirak etmək hüququna malikdirlər. Gənclər təşkilatlarının hər qrant müsabiqəsi çərçivəsində müsabiqəyə “A” və ya “B” kateqoriyaları üzrə təqdim etdikləri yalnız 1 layihənin Gənclər Fondu tərəfindən maliyyələşdirilməsinə yol verilir. Hər bir gənc hər qrant müsabiqəsi çərçivəsində “C” kateqoriyası üzrə 1 layihə təqdim etmək hüququna malikdir. Müsabiqəyə təqdim olunmuş “A” və “B” kateqoriyaları üzrə layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.

Bax: Aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri qaydasında kiçik dəyişiklik edilib

Müsabiqəyə təqdim olunmuş “C” kateqoriyası üzrə layihələrin icra müddəti 2 aydan az, 12 aydan çox olmamalıdır. “A” kateqoriyası üzrə ayrılmış qrant məbləğinin dəyəri 10 min manatdan, “B” kateqoriyası üzrə 15 min manatdan, “C” kateqoriyası üzrə isə 5 min manatdan çox olmamalıdır.

Maddədə qeyd olunub ki, digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Fond tərəfindən əlavə və ya təkrar maliyyələşdirilə bilməz.

Mənbə: report.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.    

Aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri qaydasında kiçik dəyişiklik edilib

posted in: Vergi, Xəbər | 0

aksiz dərəcələriAZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 454
Bakı şəhəri, 17 oktyabr 2018-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz
vergisinə cəlb olunan malların aksiz dərəcələri ”ndə
dəyişikliklər edilməsi barədə

Aydın Kərimovla mühasibat uçotu kursu

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 69; 2002, № 2, maddə 112, № 10, maddə 647; 2005, № 1, maddə 58, № 11, maddə 1069; 2013, № 7, maddə 870; 2014, № 1, maddə 64, № 2, maddə 196; 2015, № 1, maddə 69; 2016, № 8, maddə 1444; 2017, № 7, maddə 1489, № 8, maddələr 1614, 1620, № 12 (II kitab), maddə 2521; 2018, № 3, maddə 585) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:

Bax: Hansı halda təsisçiyə dividend mütləq onun bank hesabına ödənilməlidir?

1.1. “2710 12 410 0” kodu “2710 12 413 0” kodu ilə əvəz edilsin;

1.2. “2710 12 413 0” və “2710 12 510 1” alt yarımmövqelərinə aid sətirlərin “Aksiz dərəcələri (ölçü vahidinə görə manatla)” sütununda “200” rəqəmi “1,0” rəqəmi ilə əvəz edilsin.

  1. Bu qərar 2018-ci ilin 1 oktyabr tarixindən tətbiq olunur və 90 (doxsan) gün müddətində qüvvədədir.
Bu nameklaturadakı rəqəmlər 92 və ya daha çox oktan ədədi ilə (tədqiqat metodu ilə), və 95-dən az oktan ədədi ilə (tədqiqat metodu ilə) olan mühərrik benzinlərinin rəqəmlərini ifadə edir.

Azərbaycan Respublikasının
Baş naziri                 Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.