Qazaxıstanda vergi amnistiyası elan edilib

posted in: Vergi, Xəbər | 0

vergi amnistiyasıQazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev ölkə əhalisinə ənənəvi müraciətində demişdir: «2019-cu il yanvarın 1-dən kiçik və orta biznes üçün vergi amnistiyası həyata keçirməyə başlanmalı, penya və cərimələr ləğv edilməlidir, bu şərtlə ki, şirkətlər əsas vergi məbləğini tam ödəmiş olsunlar».

Aydın Kərimovla mühasibat uçotu kursu

Dövlət başçısının sözlərinə görə, kölgə iqtisadiyyatı ilə mübarizədə yalnız repressiya metodlarına əsaslanmaq olmaz, belə bir addımın atılması isə biznesi stimullaşdıra bilər: «İqtisadiyyatdakı gizli dövriyyənin qarşıdakı üç il ərzində ən azı 40 faiz azaldılması üçün təsirli addımların atılması zəruridir». Bu zaman iş adamlarını qeyri-qanuni təzyiqlərdən və hədələrdən də qorumaq lazımdır. «Qorxudaraq rüşvət alan» məmurlarla bağlı Nazarbayev cinayət işi açılması ilə bağlı göstəriş vermişdir.

Mənbə: vergiler.az

İdxal və ixrac gömrük rüsumlarının dərəcələri qaydasında kiçik dəyişiklik edilib

posted in: Xəbər | 0

gömrük rüsumlarının dərəcələriAZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 455
Bakı şəhəri, 17 oktyabr 2018-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə

Aydın Kərimovla mühasibat uçotu kursu

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 sentyabr tarixli 375 nömrəli qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin “2710 12 413 0” və “2710 12 510 1” alt yarımmövqelərinə aid sətirlərinin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmi “0” rəqəmi ilə əvəz edilsin.

Bax: Aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri qaydasında kiçik dəyişiklik edilib

2. Bu qərar 2018-ci ilin 1 oktyabr tarixindən tətbiq olunur və 90 (doxsan) gün müddətində qüvvədədir.

Bu nameklaturadakı rəqəmlər 92 və ya daha çox oktan ədədi ilə (tədqiqat metodu ilə), və 95-dən az oktan ədədi ilə (tədqiqat metodu ilə) olan mühərrik benzinlərinin rəqəmlərini ifadə edir.

Azərbaycan Respublikasının
Baş naziri                      Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.    

800 manat məvaciblə Mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

MühasibVəzifə: Mühasib

İşəgötürən: Sham-Fi International Trading Company

  • Şəhər: Bakı
  • Yaş: 40 – 60 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: İ.İmanlı
Aydın Kərimovla mühasibat uçotu kursu

İş barədə məlumat

  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
  • Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə, tabel və sair sənədlərə ciddi riayət olunmasına nəzarət etmək
  • Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
  • DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
  • Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
  • Bank, Kassa, Əmək haqqı sənədlərinin 1C proqramına daxil edilməsi
  • E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
  • AR əmək məcəlləsinə vuyğun sənədləşmə və müqavilələrin tərtib olunması
  • İş rejimi həftə ici 6 gün – Bazar ertəsi – Şənbə, 09:00-dan 18:00-dək

Bax: 800 manat məvaciblə 2 il iş təcrübəsi olan Mühasib axtarılır

Namizədə tələblər

  • MS Office, 1C Mühasibat Proqramının 8.3 və 7.7
  • konfiqurasiyalarında işləmə bacarığı
  • Maliyyə təhlili və mühasibat uçotu anlayışları
  • Mühasibat və vergi qanunvericiliyi sahəsində nəzəri biliklər
  • Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti
  • Azərbaycan ve Rus dillərini bilmək

Maraqlanan şəxslər CV formalarını mail ünvanına göndərə bilərlər. Mövzu yerində vakansiyanın adını qeyd etmək tələb olunur.

Mənbə: boss.az

Bax: Kaspi Təhsil Şirkəti Mühasib axtarır


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda nizamnamə kapitalı 216.000 manat olan MMC yaradıldı

posted in: Xəbər | 0

Bank fəaliyyətiVergiler.az qəzetinin xüsusi buraxılışında dərc olunan yazıya əsasən, nizamnamə kapitalı 216690 manat olan MMC yaradılıb.

Kommersiya qurumunun adı: “Baltech Group” MMC

Qeydiyyat nömrəsi (VÖEN): 2005167761

Təşkilati-hüquqi forması: MMC

Hüquqi ünvanı: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani, ev 17, məhəllə 1160, mənzil 193.

Nizamnamə kapitalı: 216690 manat.

Maliyyə ili: 01 Yanvar-31 Dekabr

Qanuni təmsilçi: Rəhimov İlqar Həsənağa oğlu.

Dövlət qeydiyyatına alındığı tarix: 27 avqust 2018

Mənbə: vergiler.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.