800 manat məvaciblə 2 il iş təcrübəsi olan Mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib axtarılırVəzifə: Mühasib

İşəgötürən: Fire Safety Caspian Azerbaijan

Əmək haqqı: 800  AZN
Şəhər: Bakı

Aydın Kərimovla mühasibat uçotu kursu

Vəzifə üzrə əsas öhdəliklər.

• Vergi , DSMF  və Stastistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi
• Gündəlik və aylıq hesabatlarının tərtib edilməsi
• Kassa , Bank əməliyyatlarının həyata keçirilməsi
• Debitor və kreditor hesablaşmalar
• Əmək haqqı hesablanması
• Aylıq xərclər smetasının planlaşdırılması  və xərclərin planı uyğun sərfiyyatına nəzarət
• Aylıq , rüblük və illik hesabatların dövlət orqanlarına göndərilməsi
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş qrafiki 09:00-dan 18-dək
• Dil bilikləri: Azərbaycan və Rus dili

Bax: Gilan Holding iş təcrübəsi olmayan Mühasib köməkçisi axtarır

Namizədə aid  tələblər:

• Ali təhsil
• Yaş həddi : 25-40
• Müvafiq  sahədə 2 il  təcrübə
• Vergi və əmək məcəlləsini yaxşı səviyyədə  bilməli
• AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri bilməli
• Office proqpamlarını yüksək səviyyədə  bilməli
• 1C 8.2 , 8.3  platformasında təcrübə mütləqdir

Namizədlərədən  / elektron ünvanına mövzü bölməsində  mühasib qeyd etməklə müraciət etmələri xahiş olunur.

Mənbə: jobsearch.az

Bax: Kaspi Təhsil Şirkəti Mühasib axtarır


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

 

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsi kiçik və orta biznes evlərində mümkün olacaq

posted in: Xəbər | 0

sərəncamlarNazirlər Kabineti “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanının icrası ilə əlaqədar nin bəzi qərarlarda dəyişiklik edib.

Bu barədə sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.

“Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın və “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

Aydın Kərimovla mühasibat uçotu kursu

2.1. həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə – “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 1.1-ci bəndində “mobil səyyar xidmət bölmələri və “ASAN xidmət” mərkəzlərindəki” sözləri “mobil səyyar xidmət bölmələri, “ASAN xidmət” mərkəzlərindəki və kiçik və orta biznes evlərindəki” sözləri ilə əvəz edilsin;

2.2. həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə – “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:

“2.3-1. “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanına uyğun olaraq yaradılmış kiçik və orta biznes evlərində arayışın verilməsi üçün ərizənin qəbulu və arayışın verilməsi həmin evlərdə fəaliyyət göstərən Xidmətin ərazi idarələrinin işçiləri tərəfindən həyata keçirilir.”.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”nın 2.3-cü bəndinə “ASAN xidmət mərkəzlərində” sözlərindən sonra “, kiçik və orta biznes evlərində” sözləri əlavə edilsin.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Finlandiya vergi sistemi barədə bilmədiklərimiz (2-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

Finlandiya vergi sistemiFinlandiya vergi sistemi barədə bilmədiklərimiz (2-ci hissə)


1-ci hissəni oxumaq üçün bu linkə daxil olun.

Gəlir vergisinin həcmi bilavasitə əməkhaqqı səviyyəsindən asılı olur. Maaşlar nə qədər yüksək olarsa, müvafiq olaraq, vergi də bir o qədər çox olur. Minumum vergi tarifi 6%, maksimum isə 31% təşkil edir. Əgər, Finlandiya vətəndaşının illik əməkhaqqı 16 min avrodan azdırsa, vergi ödəmir. Əgər vətəndaşın və ya bu ölkə qeyri-rezidentinin maaşı 16 min avrodan çox, lakin 24 min avrodan azdırsa, onda ödəyici 6% tarifi ilə vergi ödəyir. Əməkhaqqı 24 min avrodan çox, 39 600 avrodan azdırsa, 17%,  39 600 avrodan çox, 71 300 avrodan azdırsa, 21,4% və maaşlar 71 300 avrodan 100 000 avroyadək olarsa, onda vergi 29,7% tarifi ilə ödənilir.

Finlandiyada istənilən əcnəbi daşınmaz əmlak, yəni mülk ala bilər. Bu zaman mülkiyyət vergisi, həmin əmlakın ümumi dəyərinin 0,30-0,75% təşkil edə bilər ki, onun həcmi də birbaşa əmlakın yerləşdiyi ərazidən asılı olaraq müəyyən edilir.

ƏDV hər ay ödənilir. Bu vergi növünün əsas tarifi 22 faiz təşkil edir. Ərzaq məhsullarından 17%, nəqliyyat sisteminin inkişaf etdirilməsi, nəşriyyata məhsullarının alınması, KİV-lər və s. üçün isə bu vergi 8% təşkil edir. Bütün ödənişlər əməkhaqqından tutulur.

Sosial fondlara ödənişlər.

Sosial fondlara bu təşkilatlar aiddir:

  • Əhalinin sosial sığortası. Verginin həcmi 2 faiz təşkil edir.
  • Məşğulluq və işsizlik xidməti. Bu ödənişin məbləği 0,60% təşkil edir.
  • Tibbi sığorta və xidmət.
  • Pensiya sığortası.

Bu son iki ödəniş isə 5,15% təşkil edir.

Bax: Braziliya vergi sistemi barədə bilmədiklərimiz

Bütün sivil ölkələrdə olduğu kimi, Finlandiyada da mirasa görə vergi növü mövcuddur. Bu vergi növünün həcmi birbaşa qohumluq dərəcəsindən və  mirasın dəyərindən asılı olur. Belə ki, yaxın qohumlar 7 faizdən 13 faizə kimi vergi ödəyirlər.

Uzaq qohumlar isə 7 faizdən, 30% kimi vergi ödəməli olurlar. Belə ki, vərəsələr valideynlər, nəvələr, uşaqlar, ər və ya arvaddırsa, onda mirasa görə 10% tarifi ilə vergi ödənilir. Burada bir məqama da diqqət yetirmək lazımdır, çünki miras məbləği 40 mini aşmamalıdır. Məbləğ həmin rəqəmi ötərsə, onda faiz tarifi də yüksəlir. Əgər, məbləğ 40 min avronu ötərsə və 60 min avrodan az olarsa, vergi 13% tarifi ilə ödənilir. Mirasın dəyəri 60 min avronu ötdükdə isə vergi 16% tarifi ilə ödınilir. Uzaq qohumlar üçün isə məbləğ 60 mini ötdükdə vergi tarifi avtomatik olaraq ikiqat hesablanır.

Finlandiya qüsursuz vergi sisteminə malikdir. Amma, bir çoxları razılaşar ki, ən yüksək vergilər məhz, bu ölkədə mövcuddur. Finlandiya vətəndaşı orta hesabla hər ay öz əməkhaqqının 36 faizini vergiləərə ödəyir. Əcnəbi vətəndaşlar üçün isə bu 35-40% təşkil edir. Finlandiyada bütün vətəndaşlar maaşı vergilər çıxıldıqdan sonra təmiz şəkildə əllərinə alırlar. Öz muzdlu işçisinin əməkhaqqından ödənilən bütün vergiləri vaxtında büdcəyə ödənilməsini təmin etmək işəgötürənin borcudur.

Həmçinin bax: İsveçrə vergi sistemi barədə bilmədiklərimiz


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Bank fəaliyyəti və vergi qanunvericiliyi

posted in: bank, Vergi, Xəbər | 0

Bank fəaliyyəti2017-ci il  yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsində dəyişikliklər həm vətəndaşların, həm bank sektorunun, həm də ümumilikdə ölkə iqtisadiyyatının inkişafında önəmli rol oynayır.

Vergi Məcəlləsinin 125.1-1. maddəsinə görə, Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən bank həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur. Mövcud qanunvericiliyə əsasən, elektron pul kisəsi vasitəsilə ölkədən valyutanın çıxışına vergi tətbiq edilir.

Aydın Kərimovla mühasibat uçotu kursu

Mövzu ilə bağlı müraciətimizi «Respublika Bank»ın departament direktoru Tural Səlimov belə cavablandırıb: «Məsələn, hər hansı şəxs xaricdə yerləşən elektron pul kisəsinə (tutaq ki, skrill.com ünvanında) ödəniş kartı, yaxud pul köçürməsi yolu ilə vəsait mədaxil edərsə, bu halda həmin şəxsdən əməliyyatın 10 faizi məbləğində vergi tutulacaqdır. Verginin tutulmasına məsul olan banklar əməliyyatın elektron pul kisəsinə köçürülən vəsait olduğunu həmin əməliyyatın koduna əsasən müəyyən edir və müvafiq verginin tutulmasını təmin edirlər».

Vergi Məcəlləsinin 220.12-ci maddəsində bildirilir ki, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır. Mütəxəssisin fikrincə, bu maddə nağdsız dövriyyənin stimullaşdırılmasına xidmət etsə də,  bəzən 1 faizlik vergidən yayınmaq üçün  sahibkarlar daha çox nağd dövriyyəyə üstünlük verirlər.

Vergi Məcəlləsinin 169.1 və 169.3 maddələri elektron ticarət qaydalarını əks etdirir. T.Səlimov bildirib ki, bu qaydalarda  işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların, digər yarış və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçota durmayan şəxs olduqda, ödənişi aparan bank tərəfindən hesablanan 18% ƏDV büdcəyə alıcının vəsaiti hesabına ödənilir: «Başqa sözlə desək, vergi uçotunda olmayan şəxs hər hansı xarici saytdan müəyyən bir xidmət aldıqda (otel və aviabilet istisna edilməklə, lotereya bileti, mərc oyunlarına bilet və s.) ƏDV ödəməlidir. Bu zaman ƏDV-nin məbləği banklar tərəfindən avtomatik tutulmalı və vergi şəklində dövlət büdcəsinə köçürülməlidir. Burada məqsəd ölkədən valyuta axınının məhdudlaşdırılması, xaricdən əldə edilən xidmətlərlə müqayisədə yerli xidmətlərə üstünlük verilməsi, onların inkişafı üçün stimul yaradılmasıdır».

Bax: Elektron ticarət zamanı bank tərəfindən tutulan ƏDV-ni əvəzləşdirmək mümkündür?

Vergi Məcəlləsinin 150.1 və 150.1.11-ci maddələrinə əsasən, lotereyaların keçirilməsindən, digər yarışlardan və müsabiqələrdən gəlir (mükafat) rezident hüquqi şəxs və fərdi sahibkarlar tərəfindən ödənildiyi halda ödəməni həyata keçirən şəxslər, həmin gəlirlər Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslər tərəfindən ödənildikdə, bu gəliri əldə edən şəxsin bank hesabının olduğu yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru həmin şəxsdən ödəmə mənbəyindən vergi tutmağa borcludur. Bu maddə bankları vergitutma prosesinə cəlb etdiyi üçün vergidən yayınmanın qarşısı alınır və gəlirlər vergiyə cəlb edilir.

T.Səlimov diqqəti Vergi Məcəlləsinin 102-ci maddəsində gəlir vergisindən azadolmalar və güzəştlər müəyyən edildiyinə yönəldərək deyib: «102.1.22-ci maddəyə görə 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad edilib. Bu o deməkdir ki, fiziki şəxslər Azərbaycan Respublikasında yerləşən banklara əmanət yerləşdirdikdə və bu əmanətlərdən gəlir əldə etdikdə, yaxud buna bənzər əməliyyatlar qiymətli kağızlar üzrə həyata keçirildikdə həmin şəxslərdən gəlir vergisi tutulmur. Bu maddə bank sektoruna vəsaitlərin cəlb edilməsində xüsusi önəm daşıyır. Bank sektorunun inkişafı isə, təbii ki, ümumilikdə ölkə iqtisadiyyatının inkişafına müsbət təsir göstərir».

Bax: Əmək Məcəlləsi ilə bağlı Fərmanda kiçik dəyişiklik edilib

Qeyd olunub ki, vergi qanunvericiliyinə edilən bütün təkmilləşdirmələr ölkə iqtisadiyyatının daha da güclənməsini, bank sektorunun bu prosesə daha yaxından cəlb edilməsini təmin edir: «İlk dövrlərdə qeyri-nağd dövriyyəyə uyğunlaşmamış sahibkarlıq subyektlərinin və fiziki şəxslərin bu prosesə cəlb edilməsində çətinliklərin olması anlaşılandır. Lakin zaman keçdikcə, bu proseslərdə müəyyən boşluqlar aradan qaldırılacaq, aparılan islahatların təsiri həm fiziki şəxslər, həm sahibkarlıq subyektləri, həm də banklar, ümumilikdə isə ölkə iqtisadiyyatı üçün daha aydın hiss ediləcək».

Mənbə: vergiler.az