Finlandiya vergi sistemi barədə bilmədiklərimiz (2-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

Finlandiya vergi sistemiFinlandiya vergi sistemi barədə bilmədiklərimiz (2-ci hissə)


1-ci hissəni oxumaq üçün bu linkə daxil olun.

Gəlir vergisinin həcmi bilavasitə əməkhaqqı səviyyəsindən asılı olur. Maaşlar nə qədər yüksək olarsa, müvafiq olaraq, vergi də bir o qədər çox olur. Minumum vergi tarifi 6%, maksimum isə 31% təşkil edir. Əgər, Finlandiya vətəndaşının illik əməkhaqqı 16 min avrodan azdırsa, vergi ödəmir. Əgər vətəndaşın və ya bu ölkə qeyri-rezidentinin maaşı 16 min avrodan çox, lakin 24 min avrodan azdırsa, onda ödəyici 6% tarifi ilə vergi ödəyir. Əməkhaqqı 24 min avrodan çox, 39 600 avrodan azdırsa, 17%,  39 600 avrodan çox, 71 300 avrodan azdırsa, 21,4% və maaşlar 71 300 avrodan 100 000 avroyadək olarsa, onda vergi 29,7% tarifi ilə ödənilir.

Finlandiyada istənilən əcnəbi daşınmaz əmlak, yəni mülk ala bilər. Bu zaman mülkiyyət vergisi, həmin əmlakın ümumi dəyərinin 0,30-0,75% təşkil edə bilər ki, onun həcmi də birbaşa əmlakın yerləşdiyi ərazidən asılı olaraq müəyyən edilir.

ƏDV hər ay ödənilir. Bu vergi növünün əsas tarifi 22 faiz təşkil edir. Ərzaq məhsullarından 17%, nəqliyyat sisteminin inkişaf etdirilməsi, nəşriyyata məhsullarının alınması, KİV-lər və s. üçün isə bu vergi 8% təşkil edir. Bütün ödənişlər əməkhaqqından tutulur.

Sosial fondlara ödənişlər.

Sosial fondlara bu təşkilatlar aiddir:

  • Əhalinin sosial sığortası. Verginin həcmi 2 faiz təşkil edir.
  • Məşğulluq və işsizlik xidməti. Bu ödənişin məbləği 0,60% təşkil edir.
  • Tibbi sığorta və xidmət.
  • Pensiya sığortası.

Bu son iki ödəniş isə 5,15% təşkil edir.

Bax: Braziliya vergi sistemi barədə bilmədiklərimiz

Bütün sivil ölkələrdə olduğu kimi, Finlandiyada da mirasa görə vergi növü mövcuddur. Bu vergi növünün həcmi birbaşa qohumluq dərəcəsindən və  mirasın dəyərindən asılı olur. Belə ki, yaxın qohumlar 7 faizdən 13 faizə kimi vergi ödəyirlər.

Uzaq qohumlar isə 7 faizdən, 30% kimi vergi ödəməli olurlar. Belə ki, vərəsələr valideynlər, nəvələr, uşaqlar, ər və ya arvaddırsa, onda mirasa görə 10% tarifi ilə vergi ödənilir. Burada bir məqama da diqqət yetirmək lazımdır, çünki miras məbləği 40 mini aşmamalıdır. Məbləğ həmin rəqəmi ötərsə, onda faiz tarifi də yüksəlir. Əgər, məbləğ 40 min avronu ötərsə və 60 min avrodan az olarsa, vergi 13% tarifi ilə ödənilir. Mirasın dəyəri 60 min avronu ötdükdə isə vergi 16% tarifi ilə ödınilir. Uzaq qohumlar üçün isə məbləğ 60 mini ötdükdə vergi tarifi avtomatik olaraq ikiqat hesablanır.

Finlandiya qüsursuz vergi sisteminə malikdir. Amma, bir çoxları razılaşar ki, ən yüksək vergilər məhz, bu ölkədə mövcuddur. Finlandiya vətəndaşı orta hesabla hər ay öz əməkhaqqının 36 faizini vergiləərə ödəyir. Əcnəbi vətəndaşlar üçün isə bu 35-40% təşkil edir. Finlandiyada bütün vətəndaşlar maaşı vergilər çıxıldıqdan sonra təmiz şəkildə əllərinə alırlar. Öz muzdlu işçisinin əməkhaqqından ödənilən bütün vergiləri vaxtında büdcəyə ödənilməsini təmin etmək işəgötürənin borcudur.

Həmçinin bax: İsveçrə vergi sistemi barədə bilmədiklərimiz


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Bank fəaliyyəti və vergi qanunvericiliyi

posted in: bank, Vergi, Xəbər | 0

Bank fəaliyyəti2017-ci il  yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsində dəyişikliklər həm vətəndaşların, həm bank sektorunun, həm də ümumilikdə ölkə iqtisadiyyatının inkişafında önəmli rol oynayır.

Vergi Məcəlləsinin 125.1-1. maddəsinə görə, Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən bank həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur. Mövcud qanunvericiliyə əsasən, elektron pul kisəsi vasitəsilə ölkədən valyutanın çıxışına vergi tətbiq edilir.

Aydın Kərimovla mühasibat uçotu kursu

Mövzu ilə bağlı müraciətimizi «Respublika Bank»ın departament direktoru Tural Səlimov belə cavablandırıb: «Məsələn, hər hansı şəxs xaricdə yerləşən elektron pul kisəsinə (tutaq ki, skrill.com ünvanında) ödəniş kartı, yaxud pul köçürməsi yolu ilə vəsait mədaxil edərsə, bu halda həmin şəxsdən əməliyyatın 10 faizi məbləğində vergi tutulacaqdır. Verginin tutulmasına məsul olan banklar əməliyyatın elektron pul kisəsinə köçürülən vəsait olduğunu həmin əməliyyatın koduna əsasən müəyyən edir və müvafiq verginin tutulmasını təmin edirlər».

Vergi Məcəlləsinin 220.12-ci maddəsində bildirilir ki, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır. Mütəxəssisin fikrincə, bu maddə nağdsız dövriyyənin stimullaşdırılmasına xidmət etsə də,  bəzən 1 faizlik vergidən yayınmaq üçün  sahibkarlar daha çox nağd dövriyyəyə üstünlük verirlər.

Vergi Məcəlləsinin 169.1 və 169.3 maddələri elektron ticarət qaydalarını əks etdirir. T.Səlimov bildirib ki, bu qaydalarda  işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların, digər yarış və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçota durmayan şəxs olduqda, ödənişi aparan bank tərəfindən hesablanan 18% ƏDV büdcəyə alıcının vəsaiti hesabına ödənilir: «Başqa sözlə desək, vergi uçotunda olmayan şəxs hər hansı xarici saytdan müəyyən bir xidmət aldıqda (otel və aviabilet istisna edilməklə, lotereya bileti, mərc oyunlarına bilet və s.) ƏDV ödəməlidir. Bu zaman ƏDV-nin məbləği banklar tərəfindən avtomatik tutulmalı və vergi şəklində dövlət büdcəsinə köçürülməlidir. Burada məqsəd ölkədən valyuta axınının məhdudlaşdırılması, xaricdən əldə edilən xidmətlərlə müqayisədə yerli xidmətlərə üstünlük verilməsi, onların inkişafı üçün stimul yaradılmasıdır».

Bax: Elektron ticarət zamanı bank tərəfindən tutulan ƏDV-ni əvəzləşdirmək mümkündür?

Vergi Məcəlləsinin 150.1 və 150.1.11-ci maddələrinə əsasən, lotereyaların keçirilməsindən, digər yarışlardan və müsabiqələrdən gəlir (mükafat) rezident hüquqi şəxs və fərdi sahibkarlar tərəfindən ödənildiyi halda ödəməni həyata keçirən şəxslər, həmin gəlirlər Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslər tərəfindən ödənildikdə, bu gəliri əldə edən şəxsin bank hesabının olduğu yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru həmin şəxsdən ödəmə mənbəyindən vergi tutmağa borcludur. Bu maddə bankları vergitutma prosesinə cəlb etdiyi üçün vergidən yayınmanın qarşısı alınır və gəlirlər vergiyə cəlb edilir.

T.Səlimov diqqəti Vergi Məcəlləsinin 102-ci maddəsində gəlir vergisindən azadolmalar və güzəştlər müəyyən edildiyinə yönəldərək deyib: «102.1.22-ci maddəyə görə 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad edilib. Bu o deməkdir ki, fiziki şəxslər Azərbaycan Respublikasında yerləşən banklara əmanət yerləşdirdikdə və bu əmanətlərdən gəlir əldə etdikdə, yaxud buna bənzər əməliyyatlar qiymətli kağızlar üzrə həyata keçirildikdə həmin şəxslərdən gəlir vergisi tutulmur. Bu maddə bank sektoruna vəsaitlərin cəlb edilməsində xüsusi önəm daşıyır. Bank sektorunun inkişafı isə, təbii ki, ümumilikdə ölkə iqtisadiyyatının inkişafına müsbət təsir göstərir».

Bax: Əmək Məcəlləsi ilə bağlı Fərmanda kiçik dəyişiklik edilib

Qeyd olunub ki, vergi qanunvericiliyinə edilən bütün təkmilləşdirmələr ölkə iqtisadiyyatının daha da güclənməsini, bank sektorunun bu prosesə daha yaxından cəlb edilməsini təmin edir: «İlk dövrlərdə qeyri-nağd dövriyyəyə uyğunlaşmamış sahibkarlıq subyektlərinin və fiziki şəxslərin bu prosesə cəlb edilməsində çətinliklərin olması anlaşılandır. Lakin zaman keçdikcə, bu proseslərdə müəyyən boşluqlar aradan qaldırılacaq, aparılan islahatların təsiri həm fiziki şəxslər, həm sahibkarlıq subyektləri, həm də banklar, ümumilikdə isə ölkə iqtisadiyyatı üçün daha aydın hiss ediləcək».

Mənbə: vergiler.az

Gilan Holding iş təcrübəsi olmayan Mühasib köməkçisi axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 8

Mühasib köməkçisiVəzifə: Mühasib köməkçisi

İşəgötürən: Aqrokimya Azərbaycan MMC

Kateqoriya: Mühasibatlıq

İş növü: Tam iş günü (Full-time)

Tələb olunan iş təcrübəsi: İş təcrübəsi tələb olunmur

İş yeri: Azərbaycan / Sumqayıt

Təhsil: Bakalavr

Tələb olunan ixtisas: Maliyyə,İqtisadiyyat,Mühasibat uçotu və audit

Aydın Kərimovla mühasibat uçotu kursu

Dillər / Səviyyə

  • Azərbaycan: Ana dili
  • İngilis: Orta

Öhdəliklər:

  • Mühasibat uçotunun aparılması;
  • Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması;
  • İşçilərlə hesablaşmaların təmin edilməsi;
  • Bank əməliyyatlarının həyata keçirilməsi;
  • Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
  • E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının və Hesab – Fakturaların tərtib olunması və göndərilməsi;
  • Bank, Kassa, Satış, Əmək haqqı sənədlərinin proqram təminatına daxil edilməsi.

Bax: Kaspi Təhsil Şirkəti Mühasib axtarır

Namizəddə tələblər:

  • Ali təhsil;
  • Yüksək səviyyədə azərbaycan və orta səviyyədə ingilis dili biliyi;
  • MS Ofis proqramlarının sərbəst istifadəçisi;
  • Tez öyrənmək bacarığı.

Maraqlanan kəslər keçidə daxil olmaqla müraciət edə bilər.

Telefon: (012) 310 30 30

Son müraciət tarixi: 24-10-2018

Mənbə: gilanholding.com

Bax: 


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əmək Məcəlləsi ilə bağlı Fərmanda kiçik dəyişiklik edilib

posted in: Xəbər | 0

   Əmək Məcəlləsi“Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanını “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1188-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Aydın Kərimovla mühasibat uçotu kursu

“Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 231; 2000, № 3 (I kitab), maddə 159; 2008, № 7, maddə 611, № 8, maddə 719, № 10, maddə 896; 2009, № 2, maddə 71, № 12, maddələr 977, 987; 2011, № 7, maddə 633; 2012, № 6, maddə 545; 2014, № 7, maddə 791, № 11, maddə 1408, № 12, maddə 1570; 2015, № 1, maddə 20; 2016, № 6, maddə 1050) 2-ci hissəsinin on dördüncü abzasına “səlahiyyətlərini” sözündən sonra “dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərə münasibətdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə münasibətdə isə” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 oktyabr 2018-ci il.

Mənbə: president.az

Bax:


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.