Google-da işlə bağlı qeyri-adi faktlar (3-cü hissə)

posted in: Məqalə, Xəbər | 0

  • Google-da itlərlə birlikdə işləmək olar. Pişiklərlə isə olmaz. Yəqin ona görə ki, bu iki heyvan növü bir-biri ilə yola getmədiklərindən, iş prosesinə mane olmasınlar deyə.
  • Google-un ofisi yerləşən küçə “Google street” adlanır.
  • Google-da böyük rus diasporu çalışır. Onlardan hər birinin öz taleyi var – kimisi Amerikada doğulub, kimisi tələbəlik illərində qarşılıqlı tələbə mübadiləsi nəticəsində bu ölkəyə gəlib, kimisi də bir mütəxəssis kimi yetişdikdən sonra çalışmaq üçün birbaşa bu şirkətə işləməyə gəlib. Onlardan bəziləri rus dilində yaxşı danışır, bəziləri isə ləhcə ilə danışır. Rus Google-çularının öz daxili göndərmə metodları var, onlar fəal şəkildə ünsiyyət qururlar, həmçinin Google-un rus ofisinin əməkdaşları ilə əlaqə saxlayırlar.
  • Google-un öz jarqonu da var. Əməkdaşların böyük əksəriyyəti özünü “Google People” adlandırırlar. Mavilər isə özlərini “Gayglers” adlandırırlar.

Məqalənin 2-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Azərbaycanda bankların Müşahidə Şurası üzvlərinin səlahiyyət müddəti aşağı salınıb

posted in: Xəbər | 0

Müşahidə ŞurasıAzərbaycanda bankların Müşahidə Şurası (MŞ) üzvlərinin səlahiyyət müddəti 3 ilə qədər aşağı salınıb.

Bunu nəzərədə tutan “Banklar haqqında” qanuna dəyişikliklər layihəsi bu gün Milli Məclisin plenar iclasında I oxunuşda müzakirə olunub.

Dəyişikliyə əsasən, MŞ üzvləri bankın səhmdarlarının ümumi yığıncağı tərəfindən səhmdarlardan və yaxud kənar şəxslərdən 3 ildən çox olmayan müddətə təyin ediləcək.

Xatırladaq ki, hazırda qüvvədə olan qanuna əsasən bu müddət 4 ildir.

Bax: Azərbaycanda lotereya iştirakçılarına yaş məhdudiyyəti tətbiq edilir

Qeyd edə ki, Bankın MŞ 3 nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. Şuranın üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər. Səhmdarların ümumi yığıncağı MŞ üzvləri sırasından sədr təyin edir. MŞ üzvlərinin muzdu Bankın bölüşdürülməmiş mənfəətinin faizi şəklində və ya əmək haqqı formasında səhmdarların ümumi yığıncağında təyin edilə bilər.

Digər dəyişikliklə isə, bankların İdarə Heyəti (İH) üzvləri bank səhmdarlarının ümumi yığıncağı tərəfindən 3 ildən çox olmayan müddətə təyin edilirlər. Hazırda hazırda qüvvədə olan qanuna əsasən bu müddət 4 ildir.

Qeyd edək ki, İH 3 nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. Onlar növbəti müddətlərə yenidən seçilə bilərlər. Səhmdarların ümumi yığıncağı İH üzvlərindən birini sədr təyin edir. İH sədrinin səlahiyyətləri İH-nin əsasnaməsində müəyyən edilir.

Digər dəyişikliyə isə banklarda MŞ-nın səlahiyyətləri artırılır.

Dəyişikliyə görə, Audit Komitəsinin üzvləri Səhmdarların Ümumi Yığıncağı tərəfindən deyil, MŞ tərəfindən təyin olunacaq.

Qanunun 25.15.1 maddəsinə edilən əlavəyə əsasən MŞ həmçinin Bankın Audit Komitəsinin üzvlərini təyin etmək və azad etmək, Audit Komitəsinin əsasnaməsini təsdiq etmək də imkanı əldə edəcək.

Həmçinin digər dəyişikliyə əsasən Audit Komitəsinin üzvləri də 4 il deyil, 3 il müddətinə təyin olunacaq.

Qeyd edək ki, Bankın Audit Komitəsi üç nəfərdən az olmamaqla tək sayda üzvlərdən ibarətdir. Komitənin üzvləri növbəti müddətə yenidən seçilə bilər.

Mənbə: report.az

Bax: Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin birgə kollegiya iclası keçirilib


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Azərbaycanda lotereya iştirakçılarına yaş məhdudiyyəti tətbiq edilir

posted in: Xəbər | 0

lotereya“Lotereyalar haqqında” qanunda dəyişikliklər Milli Məclisin 5 oktyabrda keçirilən plenar iclasında I oxunuşda müzakirə olunub.

Dəyişikliyə əsasən, qanuna “Elektron lotereya” anlayışı əlavə olunub.

Elektron lotereya – lotereyanın keçirilmə formasından asılı olmayaraq, lotereya təşkilatçısının lotereya biletlərinin yayılmasını və lotereya iştirakçıları arasında uduş fondunun oynanılmasını informasiya sistemləri və şəbəkələri vasitəsilə həyata keçirdiyi lotereyadır.

Bax: Dövlət Xəzinədarlığı Agentliyinin bəzi rekvizitləri yenilənmişdir

Həmçinin dəyişikliklə, lotereya iştirakçılarına yaş məhdudiyyəti tətbiq edilib. Belə ki, lotereya iştirakçısı 18 yaşına çatmış, könüllü şəkildə lotereyada iştirak edən, lotereya biletinin (ona bərabər tutulan digər məlumat daşıyıcısının) sahibidir.

Digər dəyişikliyə əsasən, lotereyanın şərtlərində dəyişiklik edilməsi üçün lotereya təşkilatçısı uduş fondunun oynanılması tarixinə azı 15 iş günü qalmış maliyyə bazarlarına nəzarət orqanına müraciət edir. Lotereyanın şərtlərində dəyişiklik edilməsi ilə bağlı müraciət maliyyə bazarlarına nəzarət orqanına daxil olduğu gün qeydiyyata alınır və həmin tarixdən etibarən 5 iş günündən gec olmayaraq, maliyyə bazarlarına nəzarət orqanı dəyişikliklər edilməsinə icazənin verilməsi və yaxud bundan imtina edilməsi barədə qərar qəbul edir.

Lotereyanın şərtlərinə dəyişiklik edilməsinə razılıq verilməsi və yaxud bundan imtina edilməsi barədə qərar lotereya təşkilatçısına təqdim edilir və yaxud sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Hazırda qüvvədə olan qanun aəsasən lotereyanın şərtlərinə əlavə və dəyişikliklər uduş fondunun oynanılması tarixinə azı 10 iş günü qalana qədər edilə bilər.

Mənbə: report.az

Bax: Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin birgə kollegiya iclası keçirilib


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

 

Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin birgə kollegiya iclası keçirilib

posted in: Vergi, Xəbər | 0

kollegiya iclasıOktyabrın 5-də Dövlət Gömrük Komitəsində Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2018-ci il tarixli 260 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın icra vəziyyətinin müzakirə edilməsi ilə bağlı Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin birgə kollegiya iclası keçirilib. İclasda Azəzbaycan Respublikasının vergilər naziri Mikayıl Cabbarov, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, eləcə də müvafiq strukturların rəhbərləri iştirak edib.

Bax: Dövlət Xəzinədarlığı Agentliyinin bəzi rekvizitləri yenilənmişdir

İclası açan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq, hər iki qurumun əməkdaşlarından ibarət işçi qrupunun yaradıldığını və kollegiya iclasında görülən işlərin, qarşıda duran vəzifələrin müzakirə olunacağını bildirib. Dövlət başçısı tərəfindən hər iki qurum qarşısında qoyulan tapşırıqların qısa zaman kəsiyində qüsursuz həyata keçirilməsinin vacibliyinə toxunan Komitə sədri onu da qeyd edib ki, artıq Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsi arasında səmərəli əməkdaşlıq əlaqələri qurulub və bu əməkdaşlığın müsbət faydalarını bütün sahibkarlar və biznes subyektləri gündəlik fəaliyyətlərində hiss edəcəklər.

Kollegiya iclasında çıxış edən vergilər naziri Mikayıl Cabbarov geniş formatda görüşün keçirilməsinin qurumlar arasındakı əməkdaşlığın genişləndirilməsinə xidmət etdiyini, Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan tapşırıqların uğurla icrası üçün birgə fəaliyyətin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb. M.Cabbarov Tədbirlər Planında nəzərdə tutulmuş işlərin intensivləşdirilməsinin vacibliyini vurğulayıb, gömrük və vergi orqanlarının fəaliyyətinin əlaqələndirilməsi baxımından həyata keçirilən tədbirlərin müsbət fiskal nəticələri olacağını qeyd edib.

Daha sonra hər iki qurumun nümayəndələri Tədbirlər Planının icrası ilə bağlı görülən işlərə dair hesabatla çıxış edərək, qarşılıqlı məlumat mübadiləsinin, vahid risk platformasının təşkili, qanunvericilikdə həyata keçirilən dəyişikliklər və digər məsələlər barədə məlumat veriblər.

Sonda Tədbirlər Planında nəzərdə tutulan işlərin icrasının daha da sürətləndirilməsi üçün aidiyyatı strukturlara müvafiq tapşırıqlar verilib.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.