“Tüfeyliliyə görə vergi” yaşlı kişinin intiharına səbəb oldu

posted in: Vergi, Xəbər | 0

Tüfeyliliyə görə vergiQeyd edək ki, Belarusda bir neçə ildir ki, tüfeyliliyə görə, yəni, işləməyənlərdən ötrü vergi (Tüfeyliliyə görə vergi) tətbiq olunub. İşləməyənlər və ya belə də demək olar, iş yeri tapa bilməyənlər hər il buna görə vergi ödəməlidirlər. Bu, absurd verginin tətbiqi artıq intiharlara yol açır. İndi isə bu səbəbdən intihar etmiş bir şəxs barəsində saytlardan birində dərc olunmuş yazının tərcüməsini diqqətinizə çatdırırıq.

KİV-lərin məlumatına görə hadisə 2016-cı ilin oktyabr ayında baş verib. Oktyabrın 3-də 60 yaşlı Ayvar Yaskeviç “tüfeyliliyə” görə 360 rubl dəyərində vergi ödəyib, oktyabrın 6-da isə özünü yaşadığı binanın beşinci mərtəbəsindəki mənzilindən ataraq intihar edib…

Bax: İtaliyada absurd vergilər

“Tüfeyliliyə görə” ödədiyi vergi qəbzini isə stolun üzərində qoyub. Orada belə bir qeyd də yazılıbmış: “Mən heç vaxt tüfeyli, zalım və quldur olmamışam, bütün həyatım boyu şərəflə işləmişəm”. Həyat yoldaşı Qalina deyir ki, ərinin yazdığı bu sözlər ona hər şeydən çox təsir edib.

Qalina bildirir ki, Ayvar çox şən və pozitiv bir insan olub. Onun 34 il iş stajı olub. Pensiya yaşına çatmazdan az əvvəl karton-ruberoid zavodundan işdən çıxıb. Həmin zavodda o, düz 30 il çalışıb.

“Onun müdiriyyətlə münasibətləri elə də yaxşı deyildi. Çox qürurlu şəxs idi, bu səbəbdən öz ərizəsi ilə işdən çıxıb. Biz onun yenidən işə düzəlməsini istəyirdik. Lakin, pensiya yaşına bir il qaldığına görə onu heç yerdə işə qəbul etmirdilər. Bir ay qazanxanada operator kimi işləyə bildi”.

2016-ci ilin aprel ayında Ayvarın 60 yaşı tamam oldu və pensiyaya çıxdı. Payızda isə dövlətin onu “tüfeyli” hesab etməsilə bağlı bildiriş aldı.

“O, sənədləri topladı – pensiya vəsiqəsini, əmək kitabçasını topladı və söylədi ki, vergi idarəsinə gedib sənədləri onlara göstərəcəm”.

Qalina ərinin həyatda olduğu son ayları xatırlayır. – İşdən gəlib soruşdum: “Ayvar, vergi idarəsinə getmişdin?” Söylədi ki, gedib, ödəniş etməyib, “məgər mən tüfeyliyəm ki, ödəniş də edim”, – deyə cavab verdi. Bu cür söyləməklə, sən demə, o, öz-özünü sakitləşdirirmiş.

Qadın söyləyir ki, Ayvar ümumilikdə depressiyaya düşmüşdü. Sözügedən hal ona çox pis təsir bağışlamışdı.

“Həyatda olduğu son gün məni işə yola salanda soruşdu ki, nə vaxt qayıdacaqsan. Mənim heç ağlıma da gəlməzdi ki, bizi belə bir faciəvi sonluq gözləyir. Bu qəbz, həmin vergi onu bu addıma təhrik etdi. Yenə də mən evdə olsaydım, bu cür hadisə baş verməzdi, onu bu addımdan daşındıra bilərdim”.

Beləliklə, sözügedən absurd vergi ikinci belorusun öz canına qıyması üçün əsas rolunu oynayıb. Bundan əvvəl Roqaçevdə eyni hadisə yaşanmışdı. Beləliklə, “risk zonasına” ahıl adamlar düşürlər: illərlə işləmiş, zəhmət çəkmiş insanlar, birdən-birə tüfeyli adlandırılmalarına dözə bilmirlər. Çünki, sağlamlıqları qazanc dalınca harasa getmələrinə mane olur və onlar özünə qəsd etməyi yeganə çıxış yolu kimi görürlər.

Bax: Vergilər Nazirliyinin əməkdaşı iş başında vəfat edib


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Tələbələr və yeni məzunlar üçün Təcrübə Proqramı

posted in: İş elanı, muhasibat, Xəbər | 0

TəcrübəVəzifə: Mühasibatlıq, Hesabatlıq və Konsolidasiya şöbəsində təcrübə

İşəgötürən: Gilan Holding

Kateqoriya: Mühasibatlıq

İş növü: Yarım iş günü (Part-time)

Tələb olunan iş təcrübəsi: İş təcrübəsi tələb olunmur

İş yeri: Azərbaycan / Bakı

Dillər – Səviyyə:

  • Azərbaycan: Əla
  • İngilis: Əla
  • Rus: Orta

Bax: Mühasib-Xəzinədar tələb olunur

Öhdəliklər:

  • Biznes vahidlərindən aylıq maliyyə hesabatlarının toplanması və hesablanması;
  • Holding üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanmasında köməkliyin göstərilməsi;
  • Tələb olunduğu halda maliyyə təhlili və digər maliyyə layihələri ilə bağlı rəhbərliyə köməkliyin göstərilməsi;
  • Maliyyə təhlili və biznes vahidləri hesabat imkanlarını artırmaq üçün bölmə rəhbərliyi ilə sıx əməkdaşlığın qurulması;
  • Hesabat üzrə Aparıcı Mütəxəssislər və Maliyyə Menecerləri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
  • Aktiv və öhdəliklərin inventarizasiyası (Bakıda və regionlarda).

Bax: 3000 manat məvaciblə Maliyyə Müdiri tələb olunur

Namizəddə tələblər:

  • Maliyyə ixtisaslı 3-cü və 4-cü kurs tələbəsi və ya yeni məzun;
  • Yüksək səviyyədə Azərbaycan və ingilis dili biliyi;
  • MS Ofis proqramlarının sərbəst istifadəçisi;
  • ACCA F2, F3 və ya CIMA C01, C02 və yaxud CFA (1-ci dərəcə) arzuolunandır;
  • Tez öyrənmək bacarığı.

Mənbə: gilanholding.com

Müraciət etmək üçün keçidə daxil olun.

Son müraciət tarixi: 10.10.2018


Bax: 600 manat məvaciblə Mühasib axtarılır


Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.    

Vergilər Nazirliyinin əməkdaşı iş başında vəfat edib

posted in: Xəbər | 0

Vergilər Nazirliyinin əməkdaşıSumqayıt şəhərində vergi müfəttişi iş başında dünyasını dəyişib.

Hadisə 9-cu mikrorayonda, 2 saylı Vergilər idarəsinin inzibati binasında baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 38 yaşlı Səbuhi Zeynalov iş zamanı qəfildən keçinib. Onun ölüm səbəbi hələ ki, məlum deyil.

Səbuhi Zeynalov Vergilər Nazirliyinin 2 saylı Sumqayıt Vergi idarəsində müfəttiş vəzifəsində çalışıb. Mərhumun üç azyaşlı övladı var.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az

Bax: Rusiya vergi orqanları auditorlardan informasiya alacaqlar


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib-Xəzinədar tələb olunur

Mühasib-XəzinədarVəzifə: Mühasib-Xəzinədar

İşəgötürən: Soliton Mağazalar Şəbəkəsi

  • Şəhər: Bakı
  • Yaş: 23 – 30 yaş
  • Təhsil: Ali
  • Əlaqədar şəxs: Nərgiz xanım

Bax: 3000 manat məvaciblə Maliyyə Müdiri tələb olunur

İş barədə məlumat

  • Kassa əməliyyatlarının müvafiq qaydada və tələblərə uyğun aparılması
  • Satış qaimələri və ödəniş qəbzləri üzrə əməliyyatlar
  • Gün ərzində aparılan pul əməliyyatlarına nəzarət edilməsi
  • Pul vəsaitlərinin hərəkəti hesabatının hazırlanması
  • 6 günlük iş qrafiki (Şənbə günü qısa iş günü)
  • İş saatı: 09:00-dan 18:00-dək
  • AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə

Bax: 600 manat məvaciblə Mühasib axtarılır

Namizədə tələblər

  • Müvafiq sahədə azı 1 illik iş təcrübəsi
  • Tam Ali təhsil (Mühasibat uçotu, maliyyə, iqtisadiyyat ixtisası üzrə)
  • MS Office Excel proqramından mükəmməl istifadə etmə bacarıqları
  • Yaş həddi 23-30 arası
  • Cins: qadın

Mənbə: boss.az


Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.