Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər

posted in: Xəbər | 0

Əmək müqaviləsinin ləğv olunmasıƏmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar:

İşəgötürən tərəfindən:

  • hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin;
  • yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işcilərin;
  • əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;
  • işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə;
  • həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;
  • öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işcilərin;
  • məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işcilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

Mənbə: economy.gov.az

Bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bakıda Mühasibat Uçotu üzrə Koordinasiya Şurasının iclası keçirilir

posted in: muhasibat, Xəbər | 0

Mühasibat UçotuBu gün Maliyyə Nazirliyində “Müstəqil Dövlətlər Birliyi (MDB) yanında İcraiyyə Komitəsinin Mühasibat Uçotu üzrə Koordinasiya Şurası”nın XV iclası işə başlayıb.

2i gün davam edəcək iclasda ümumilikdə 8 ölkənin o cümlədən, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacisiktan, Özbəkistan və MDB yanında İcraiyyə Komitəsinin nümayəndələri iştirak edirlər.

XV iclasın gündəliyinə 2016-2020-ci illəri əhatə edən MDB-nin iqtisadi inkişaf strategiyasının III mərhələsinin həyata keçirilməsi ilə bağlı tədbirlər planının icra vəziyyəti daxildir.

Bundan başqa, Koordinasiya Şurasının üzvləri milli mühasibat uçotu sisteminin inkişafı, o cümlədən təsərrüfat subyektləri tərəfindən beynəlxalq standartların tətbiqi və həmin subyektlərdə uçot siyasətinin formalaşdırılması ilə əlaqədar ölkələrin təcrübələri, habelə auditor fəaliyyətinin tənzimlənməsi ilə bağlı milli sistemlərin inkişafı və Beynəlxalq Audit Standartlarının tətbiqi, habelə auditor xidməti bazarının mövcud vəziyyəti üzrə müzakirələr aparacaqlar.

Xatırladaq ki, MDB İqtisadi Şurasının 25 may 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Müstəqil Dövlətlər Birliyi yanında İcraiyyə Komitəsinin Mühasibat Uçotu üzrə Koordinasiya Şurası haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq adıçəkilən Şuranın əsas məqsədi milli mühasibat uçotu sistemlərinin Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğunlaşmasına təkan verməklə mühasibat uçotu sahəsində təşkilatların maliyyə hesabatlarının tərtib edilməsi üzrə vahid yanaşmanın təmin edilməsinə müvafiq tövsiyələrin verilməsindən ibarətdir.

Bax: Ezamiyyə normasından artıq ödənən məbləğ hansı halda gəlir vergisinə cəlb edilir?

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azersun Holding’də vakansiya

posted in: İş elanı, Maliyyə, Xəbər | 0

vakansiyaVəzifə: Maliyyə departamentinin müdiri

İş haqqında məlumat:

• Vergi, statistika və DSMF hesabatların hazırlanması;
• Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
• Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
• Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
• Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.

Bax: AF Holding Mühasib axtarır

Namizədə aid tələblər:

• Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
• Baş mühasib kimi ən azı 5 il iş təcrübəsi;
• Beynəlxalq mühasibatlıqla bilgiləri olan (ACCA sertifikatı olması əlavə üstünlükdür);
• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
• MS Office, 1C, BTP, EVHF, B1, B3 hesabatları mükəmməl səviyyədə bilməli;
• ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli;
• Dil bilikləri: ingilis dili – əla, rus dili – orta.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 15.10.2018-ci il tarixinədək www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Həmçinin bax: Maliyyə üzrə Ödənişlə təcrübəçi tələb olunur


Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

Kənd təsərrüfatında vergi uçotu

posted in: muhasibat, Vergi, Xəbər | 0
əmlak vergisiKənd təsərrüfatında vergi uçotu… Aqrar sahədə uçotun çatışmazlığı şəffaflığı və hesabatlılığı şübhə altına alır.
Hazırda vergi sistemində aparılan islahatların əhatə etdiyi məsələlər arasında sahibkarlıq və təsərrüfat subyektlərində maliyyə hesabatlılığının düzgün qurulması və uçotun təşkili xüsusi yer tutur. Əks halda, bu, vergi ödəyiciləri tərəfindən ikili mühasibat əməliyyatlarının aparılmasına, dövriyyələrin gizlədilməsinə səbəb olur.

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin direktor müavini Şamil Ərəbov bildirib ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin aqrar sahəyə marağının artırılması məqsədilə onlara 1999-cu ildən, torpaq vergisi istisna olmaqla, vergi güzəştləri tətbiq edilir. Müşahidələr göstərir ki, vergi güzəştlərinin tətbiqi kənd təsərrüfatı məhsullarının istehsalının artmasına, daha münbit investisiya mühitinin yaradılmasına, rəqabətədavamlı ixrac potensialının gücləndirilməsinə müsbət təsir etməklə yanaşı, bəzi hallarda vergi intizamının aşağı düşməsinə də şərait yaradıb. Əksər hallarda gəlirlərin və xərclərin uçotu lazımi qaydada aparılmır, ilkin sənədlər, o cümlədən malların alışını və satışını təsdiq edən qaimə-fakturalar, təhvil-təslim aktları tərtib edilmir, vergi orqanlarına bəyannamələr verilmir və ya təhrif olunaraq təqdim edilir, əmək münasibətləri rəsmiləşdirilmir. Kənd təsərrüfatı məhsullarının emalını və tədarük qaydasında satışını həyata keçirən şəxslər istehsalçılardan aldıqları malları rəsmiləşdirmirlər ki, bununla da növbəti satış əməliyyatlarının həcmini, vergi tutulmalı olan dövriyyəni müəyyənləşdirmək mümkün olmur. Bundan başqa, kənd təsərrüfatı məhsullarının ixracını həyata keçirən şəxslərdə aparılan vergi nəzarəti tədbirləri zamanı gəlirdən çıxılan xərcləri sübut edən sənədlərin olmaması vergi mübahisələrinin yaranmasına gətirib çıxarır.

Uçotun olmaması investisiyalara marağı azaldır

Kənd təsərrüfatı ölkə iqtisadiyyatında mühüm yer tutur: ölkədə ümumi daxili məhsulun 5,3%-i bu bölmədə istehsal olunur. Aqrar sahədə çalışan işçilər ümumi məşğul əhalinin təxminən 40%-ni təşkil edir. Maliyyə-vergi məsələləri üzrə mütəxəssis Radil Fətullayev qeyd edib ki, dövlət aqrar sahədə çalışanlara qayğı göstərərək müəyyən güzəştlər etsə də, həmin sahənin təmsilçiləri öz təsərrüfatlarının uçot və hesabat sisteminin qurulmasına kifayət qədər diqqət yetirmirlər: «Araşdırmalar göstərir ki, kənd təsərrüfatı məhsulları istehsalçılarının 10%-də ilkin uçot təşkil edilməyib. Bazar iqtisadiyyatı şəraitində bütün istehsal subyektləri təsərrüfat hesabı prinsipləri əsasında fəaliyyət göstərir, bu isə öz növbəsində, gəlirlərin formalaşmasına təsir edən çoxsaylı amillərin – əkin sahələrinin, bəslənilən mal-qaranın strukturunun, məhsul istehsalında iştirak edən xərclərin tərkibinin, dəyişən və sabit xərclər amilinin, əmtəə bazarlarında qiymətlərin dəyişmə meylinin və s. dərindən təhlil olunmasını tələb edir. Bunun üçün isə təsərrüfatın iqtisadi cəhətdən əsaslandırılmış biznes planının olması, gündəlik yerinə yetirilən əməliyyatların və bununla əlaqədar faktiki xərclərin, məhsul satışından daxil olan vəsaitin, ümumiyyətlə, bütün gəlir və xərclərin uçotunun aparılması zəruridir. Bütün bunlara nail olmadan heç bir təsərrüfat subyekti səmərəli fəaliyyət göstərə bilməz».

Mütəxəssis qeyd edib ki, fermerlər yalnız rəsmi şəkildə işə cəlb etdikləri işçilərin əməkhaqqına görə muzdlu işlə əlaqədar gəlir vergisinin uçotunu və ödəmə mənbəyindən gəlirlərin vergisinin uçotunu aparırlar. Bu da fermerin vergi-maliyyə göstəriciləri haqqında müfəssəl məlumat almağa imkan vermir. Bundan başqa, regionlarda hər il kənd təsərrüfatı məhsulları ilə əlaqədar bölgələr üzrə əkilmiş və becərilməkdə olan ayrı-ayrı kənd təsərrüfatı məhsullarının uçotu dəqiq aparılmadığına görə, bölgələr üzrə düzgün informasiya əldə etmək imkanları da məhduddur. Uçotun olmaması kənd təsərrüfatı sektoruna investisiya qoymaq istəyən şəxslərin marağının azalmasına gətirib çıxarır.

Mühasibat sənədləri barədə məlumatsızlıq problemlərə yol açır

Ölkəmizdə kənd təsərrüfatı sektorunda mühasibat məsələləri «Mühasibat uçotu haqqında» Qanun, «Maliyyə hesabatlarının beynəlxalq standartlara və kommersiya təşkilatları üçün milli mühasibat uçotu standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları» və digər normativ-hüquqi aktlar vasitəsilə tənzimlənir. Həmin hüquqi sənədlərə əsasən, «kənd təsərrüfatı üzrə» ayrıca mühasibat uçotunun standartı hazırlanıb və əsas məqsəd aqrar sahə ilə bağlı uçotun tətbiqi, maliyyə hesabatlarının təqdimatı və açıqlamalarının təsvirini verməkdir. Standartlara əsasən, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan şəxslər bioloji aktivləri, məhsulları, digər əməliyyatlar haqqında məlumatları uçot sənədlərində əks etməlidirlər. R.Fətullayevin sözlərinə görə, təsərrüfat rəhbərlərinin böyük əksəriyyəti dəyişən və sabit xərclər, ümumi gəlir və xalis gəlir haqqında elementar təsəvvürə belə malik deyil: «İlkin uçotun aparılmadığına və təsərrüfat-maliyyə fəaliyyəti təhlil edilmədiyinə görə, özəl təsərrüfat sahibləri və ya rəhbərləri hansı məhsulların istehsalının gəlirlə, hansının zərərlə başa gəldiyini ayırd edə bilmirlər. Bütün bunlar təsdiq edir ki, özəl təsərrüfatların səmərəli təsərrüfat-maliyyə fəaliyyətini təmin etmək üçün sahibkarların maliyyə savadlılığı artırılmalı, onlar üçün sadə uçot formaları yaradılmalı və maliyyələşmə mənbələrinə uyğun şəffaf hesabat sistemi və müvafiq təhlil mexanizmi hazırlanmalıdır».

Strateji yol xəritəsi tələb edir ki…

«Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi»ndə aqraq sahədə hesabatlılığın və şəffaflığın təmin edilməsi üçün düzgün mühasibat-uçot məsələsinin təşkili mühüm tapşırıqlardan biri kimi müəyyən edilib. Sənəddə göstərilir ki, uçot sisteminin qurulması kənd təsərrüfatının gələcək inkişafı istiqamətlərinin düzgün müəyyənləşdirilməsinə, sahə üzrə siyasətin işlənib hazırlanmasına, ərzaq və kənd təsərrüfatı bölməsinə və kənd rayonlarına aid inkişaf planlarının və layihələrin yoxlanılıb qiymətləndirilməsinə, müvafiq informasiya bazasının yaradılmasına imkan verir. Bu sahədə şəffaflığın təmin edilməsi üçün «Elektron kənd təsərrüfatı» informasiya sisteminin yaradılmaqla fəaliyyəti təkmilləşdirilməli və Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi ilə elektron məlumat mübadiləsi aparılmalıdır.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.