Mənzil kirayəsinə vergi tətbiqi

posted in: Vergi, Xəbər | 0

Mənzil kirayəsiAzərbaycan Respublikasının Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq 14% dərəcəsi ilə vergini özü ödəyir və Vergi Məcəlləsinin 33-cü və 149-cu maddələrinə uyğun olaraq, vergi uçotuna alınıb bəyannamə verir.

Bax: Mənzil satışından tutulan vergi

Mənzili kirayəyə götürən fiziki şəxs vergi ödəyicisi kimi vergi orqanında uçotda olduğu halda (VÖEN-i varsa) mənzili kirayəyə verən fiziki şəxsə ödədiyi icarə haqqından 14% dərəcəsi ilə vergini tutmalı və həmin məbləği dövlət büdcəsinə ödəməlidir. İcarə haqqından vergi ödəyən fiziki şəxs vergi orqanına vergi bəyannaməsi təqdim etməlidir. Kirayə verənin əldə etdiyi gəlirdən ödəmə mənbəyində vergi tutulduğu üçün onun həmin gəlirindən vergi tutulmur.

Fiziki şəxs mənzili hüquqi şəxsdən kirayəyə götürdüyü halda, kirayəyə götürən fiziki şəxsin vergi orqanında qeydiyyatda olub-olmamasından asılı olmayaraq, hüquqi şəxsə ödədiyi kirayə haqlarından ödəmə mənbəyində vergi tutulmur. Hüquqi şəxs əldə etdiyi həmin kirayə haqlarından 20% dərəcəsi ilə mənfəət vergisi ödəyir.

Qeyd edək ki, kirayəyə verən şəxs qanunverilicikdə nəzərdə tutulan vergiləri ödəməkdən yayınarsa, o, Vergi Məcəlləsinin 57-ci, 58-ci və 59-cu maddələri ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır:

  • Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, müəyyən olunmuş müddətdə vergi orqanlarında uçota alınmamasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir;
  • Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, bəyannamə vermək öhdəliyi olan vergi ödəyicisi tərəfindən əldə etdiyi və ya ödədiyi icarə haqlarına görə vergi orqanına Vergi Məcəlləsi ilə müəyyən olunmuş müddətdə hesabat təqdim edilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir;
  • Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50%-i miqdarında maliyyə sanksiyası tətbiq edilir;
  • Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, vergi məbləğləri qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya ödəmə mənbəyində vergini tutmağa və büdcəyə köçürməyə borclu olan şəxsdən ödənilməmiş vergi məbləğinin 0,1%-i məbləğində faiz tutulur.

Mənbə: vergiler.az

Həmçinin bax: Mənzil kirayəsi üzrə vergidən yayınanları hansı maliyyə sanksiyası gözləyir?


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Auditorlar Palatası daxili auditor kadrlarının hazırlanması üzrə hazırlıq kurslarını davam etdirir

posted in: Audit, Xəbər | 0

Auditorlar PalatasıAzərbaycan Respublikasının Auditorlar Palatası “Daxili Auditin planlaşdırılması” proqramı əsasında daxili auditor kadrlarının hazırlanması üzrə hazırlıq kurslarını davam etdirir. Növbəti kurslar 2018-ci ilin 08 oktyabr tarixindən 02 noyabr tarixinədək həftə ərzində 3 gün (1-ci, 3-cü və 5-ci günlər) 12 dərs olmaqla saat 18:00 – 20:00-dakeçiriləcəkdir. Proqram üzrə kursun müddəti 24 saatdır Hazırlıq kursları “Xalq Sığorta” ASC-nin Daxili Audit Xidmətinin baş mütəxəssisi Rzayev Camal Ehtibar oğlu tərəfindən tədris ediləcəkdir.

Kursu müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcəkdir. Kurslarımızda məhdudiyyətsiz istənilən şəxs iştirak edə bilər. Kursda iştirak ödənişlidir – 1 nəfər üçün 505 AZN təşkil edir. Kurslarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

– Kurslarda iştirak etmək üçün müəyyən olunmuş formada yazılmış ərizə;
– Şəxsiyyət vəsiqəsinin surəti.

Əlaqələndirici şəxs: Kadr hazırlığı və ictimaiyyətlə əlaqə şöbəsinin müdiri müavini Aytən Seyidəliyeva ().
Ünvan: S.Y. Bakuvi küç., 35; əlaqə telefonları: (012) 564-80-62; 051 921 25 25.

Kursun proqramı ilə keçiddən tanış ola bilərsiniz.

Qeydiyyat üçün son tarix: 2018-ci il 05 oktyabr.

Mənbə: ask.org.az

Eyni məbləğin həm bank hesabı, həm də NKA-ya daxil edilməsinə bir əməliyyat kimi baxılmalıdır?

posted in: Xəbər | 0

əməliyyatSual: Mən Azərbaycan Respublikasının vergi orqanında qeydiyyatdan keçmiş hüquqi şəxsəm və məndə müəyyən bir bankın terminalı, kassası var. Xaricilər gəldi və məndən mal almaq və öz kredit kartı etmək istədi. Terminal vasitəsilə bir çek vurmaq və malların siyahısı ilə bir faktura verirəm. kartından silinən pul avtomatik olaraq bankdakı bank hesabına köçürülür. Terminal yoxlama çekinə əlavə olaraq kassanın çekini pozmaq məcburiyyətindəyəm?

Bax: POS-terminalla ödəmə zamanı NKA çekinin verilməsi dövriyyəni ikiqat artırır?

Cavab: Bildiririk ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən istehlakçı 14 gün ərzində qüsurlu malın geri qaytarılmasının və ya dəyişdirilməsinin təmin edilməsini tələb edə bilər. Qanuna əsasən istehlakçının tələbinə qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır. Məhz bu səbəbdən də, sorğunuzda qeyd olunan halda pərakəndə ticarət obyektində satılan mala NKA çekinin verilməsi məqsədəuyğundur. Əlavə olaraq onu da qeyd edək ki, vergitutma məqsədləri üçün eyni məbləğin həm hesablaşma hesabı, həm də nəzarət-kassa aparatına daxil edilməsi halı nəzərə alınaraq bu əməliyyatlara bir əməliyyat kimi baxılmalı və bəyannamə tərtib edilərkən əməliyyatların biri nəzərə alınmalıdır.

Bax: Vergi Məcəlləsinin 16.1.9-cu, 16.1.11-1-ci və 173.2-ci maddələri, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1995-ci il 19 sentyabr tarixli 1113 nömrəli Qanununun 7-ci və 17-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 4.1-ci və 5.37-ci bəndi.

Mənbə: taxes.gov.az

Həmçinin bax: Mehmanxanalarda NKA və POS-terminal yerləşdirilməlidir?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

2500 manat məvaciblə Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Baş mühasibVəzifə: Baş mühasib

İşəgötürən: Səba Şirkətlər Qrupu

İş barədə məlumat

– Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin  təşkili və nəzarət etmək.
– Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsini təmin etmək;
– Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsini təmin etmək;
– Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
– Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını müəssisədə və təsisçisi olduğu digər törəmə müəssisələrdə təşkil etmək;
– Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
– Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
– Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
– Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etmək.
– İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
– Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
– Banklara müqaavilələr üzrə borcların müəyyən olunan vaxt ərzində verilməsinə nəzarət etməli.

Həmçinin bax: Veysəloğlu Şirkətlər Qrupu Vakansiya elan edir

Namizədə tələblər

– Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir)
– Ümumilikdə 10 il iş təcrübəsi və baş mühasib kimi 3 il iş təcrübəsi tələb olunur;
– 1C Proqramında, Excell proqramında yüksək səviyyədə işləmə bacarığı və “Panorama”, “Logo” proqramlarında işləyə bilməsi arzuolunandır;
– Stresədavamlı, tələbkar, məsuliyyətli;
– Azərbaycan, rus, ingilis dillərində yüksək səviyyədə ünsiyyət və yazışma bacarığı;
– Vergi qanunvericiliyi bilmək;
– Beynəlxalq mühasibat uçotu standartlarını bilmək.
– İstehsalat sahəsində iş təcrübəsi olması arzuolunandır.

Bax: IDC 2000 LLC “Mühasib” axtarır

Əmək haqqı məbləği: 2500 AZN

Xahiş edirik ki, mövzu yerinə elanın adını yazaraq və CV-nizi öz adınızla və vakansiyanın adı ilə adlandıraraq,  zəhmət olmazsa,   / info@finstaff.az elektron ünvanına göndəriz.

Bu elanla bağlı telefon zənglərinin cavablandırılmayacağını və baxılmayacağının nəzərə alınması xahiş olunur.
Yalnız, elektron qaydada daxil olmuş CV-lərə baxıldıqdan sonra, uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Mənbə: jobsearch.az

Həmçinin bax: 1700 manat məvaciblə Aparıcı mühasib axtarılır


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.