Dondurulmalı və alınmalı sərəncamlar hansı ardıcıllıqla ödənilməlidir?
Sual: Müştərinin hesabında dondurmalı sərəncam varsa, hesabdakı vəsait dondurulmalı sərəncamda göstərilən məbləğdən azdırsa, növbəti günlərdə dondurmalı sərəncam geri çağırılmadan, alınmalı sərəncam gələrsə sərəncamların icrası necə olur? (Misal: hesabda 800 azn pul var. 31.06.2018-də 1200 azn dondurulma sərəncamı daxil olub, 03.07.2018 1600 azn alınmalı sərəncam daxil olur) Eyni gündə həm dondurulmalı və alınmalı sərəncam daxil olarsa, onları necə icra edilir?
Cavab: Bildiririk ki, milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncam olan vergi ödəyicisinin həmin hesablarına borcların dövlət büdcəsinə alınması haqqında icra (ödəniş) sənədi olan sərəncam daxil olduqda bank tərəfindən ilk növbədə borcların dövlət büdcəsinə alınması haqqında icra (ödəniş) sənədi olan sərəncam vergi ödəyicisinin müvafiq hesablarında olan əlavə vəsait hesabına, əlavə vəsait olmadıqda isə dondurulmuş vəsait hesabına icra edilməlidir.
Vergi ödəyicisinin borc məbləği dəyişdikdə (artdıqda və ya azaldıqda) vergi ödəyicisinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına dəyişməli dondurulmalı və/və ya alınmalı sərəncamlar göndərilir və bu sərəncam icraya qəbul edildikdən sonra hesabda mövcud olan əvvəlki sərəncam qüvvədən düşür. Vergi orqanı tərəfindən vergi ödəyicisinin banklarda və ya digər kredit təşkilatlarında olan milli və ya xarici valyutada cari və ya digər hesablarına verilmiş icra (ödəniş) sənədi olan dondurulmalı və (və ya) alınmalı sərəncamlar vergi ödəyicisinin borc məbləği tam ləğv edildikdən sonra elektron və ya kağız daşıyıcısı formasında geri qaytarılır.
Bax: Vergi Məcəlləsinin 23.1.7-ci və 65-ci maddələr
Mənbə: taxes.gov.az
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Azərbaycan hökuməti ölkədə geniş yayılmış əməkdaşlıq formalarından biri olan xidməti müqavilələr sektorunu nəzarətə götürməyə hazırlaşır. Bir qədər əvvəl qüvvəyə minmiş «Məşğulluq haqqında» yeni qanuna uyğun olaraq əslində əmək münasibətlərində istifadə olunan mülki-hüquqi müqavilələrlə bağlı maraqlı yeniliklər nəzərdə tutulur. Qeyd edək ki, xidməti müqavilələr Azərbaycanda işəgötürənlər və işçilər arasında ən geniş yayılan əməkdaşlıq formasıdır. Hazırda ölkədə qeyri-rəsmi işləyənləin sayı rəsmi işləyənlərin sayına bərabərdir və bunların bir hissəsi, hətta daimi işləyənlər də məhz xidməti müqavilə əsasında çalışır.
Vakansiya: Mühasib
Sual: Facebook və digər sosial şəbəkələrdə olan reklamlara görə həmin şirkətlərə xidmət haqqı ödənilir. Məlumdur ki, bu sosial şəbəkələr hesab faktura vermir və heç bir məlumat əldə etmək olmur. ƏDV bəyannaməsi əlavə 7-də biz bu xidmətlə bağlı məlumatları necə qeyd edək?