600 manat məvaciblə Mühasib köməkçisi axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib köməkçisi

  • Vəzifə: Mühasib köməkçisi
  • Şəhər: Bakı
  • Yaş: 23 – 45 yaş
  • Təhsil6 Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər

Həmçinin bax: Mühasib tələb olunur

İş barədə məlumat
– Əmək haqlarının hesablanması
– Daxili nəzarətin həyata keçirilməsi
– Ofis işləri
– Müvafiq dövlət orqanları ilə danışıqlar aparmaq
– Ölkə xarici və daxili bank əməliyatları
– Əmək haqqı razılaşma ilə
– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– Həftədə 6 iş günü (09:00-dan 18:00-dək), 1 gün istirahət
– Nahar şirkət tərəfindən qarşılanır

Həmçinin bax: 700 manat məvaciblə Mühasib axtarılır

Namizədə tələblər

– Ali təhsil
– Minimum 1 il mühasibatlıq üzrə təcrübə
– Ofis Bilikləri Mütləqdir
– Rus və İngilis dili bilikləri arzuolunandır
– Vergi Məcəlləsi bilikləri
– 1C arzuolunandırYuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Mühasib-Köməkçisi” qeyd edərək öz CV-lərinizi  elektron ünvanına göndərməyiniz xahiş olunur.
Mənbə: boss.az

Xoşbəxt insanların uğur formulaları (3-cü hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

uğurXoşbəxt insanların uğur formulaları

Nigel Cumberland

Əvvəlki hissəni oxumaq üçün keçidə daxil olun.

3-cü hissə

Öz gələcəyinizi yaradın

Gələcək – bu daxil olduğumuz deyil. Bu, bizim yaratdığımızdır

Leonard Swift

Uğurlu insanlar heç vaxt kor-koranə hadisəyə və ya müvəffəqiyyətə  ümid etmirlər. Ola bilsin ki, belə bir insana baxdıqda siz güman edirsiniz ki, onun sadəcə bəxti gətirir. Ehtimal ki, o, lazım olan zamanda lazım olan yerdə olub. Əslində isə hətta ən kiçik uğur belə – uzunmüddətli, bəzən isə illərlə vaxt aparan hazırlıq və asan olmayan işlərin nəticəsidir.

Arzuların həyata keçməsi üçün sadəcə arzulamaq və plan qurmaq kifayət deyil. Uğur və ya tale sizinlə bağlı baş verənlərdə heç nəyi müəyyən etmir, olanlardan fəaliyyətə keçmək üçün gələcək yaratmaqla bağlı özünüzü məhz, özünüz inandırmalısınız. Özünüzü düşüncələrin bu obrazına kökləməli və özünüzə nəzarət etməlisiniz. İsrarlı olmağa, çox işləməyə, çox şeyləri qurban verməyə, risk etməyə və sadəcə lazım olanı etməyə hazır olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Heç vaxt özünüzdən üz çevirməyin və öz həyatınızı dalğaların iradəsinə buraxmayın.  Bir məşqçi kimi mən öz gələcəklərinə istənilən təsir etmək cəhdlərini bir kənara atan çoxlu insanlar görmüşəm. Onlar şəxsi məsuliyyətdən boyun qaçırıblar, bundan ötrü cürbəcür şübhəli bəhanələr səsləndiriblər və özləri ilə baş verən bütün uğursuzluqlarda təqsiri bəxt gətirməzliyinin və ya digər adamların üzərinə atıblar. Ən asanı isə özünü inandırmaqdır: bu vaxta kimi uğur gəlməyibsə, deməli bundan sonra da olmayacaq. Lakin, siz həqiqətən layiqli gələcək qurmaq istəyirsinizsə, onda bu fatalist düşüncə obrazlarını dəf etməlisiniz.

Bir çoz uğurlu adamlar vaxtilə məqsədə çatmaq üçün irəlilədikləri yolda az iztirab çəkməyiblər. Misal üçün, Winston Churchill Böyük Britaniya tarixində ən görkəmli baş nazirlərdən biri olana kimi siyasi səhnədə uzun zaman müvəffəqiyyətsizliklərə düçar olub.

Keçmişinizin gələcəyinizə təsir etməsinə imkan verməmək üçün, ilk növbədə başqa cür düşünməyə başlayın. Ən başlıcası – siz düşünürsünüz və hiss edirsiniz. Özünüzə öz gələcəyinizi qurduğunuzu söyləyə bilərsinizmi? Bu çox mühümdür. Ernest Henley-nin söylədiyi kimi “siz öz taleyinizin hakimisinizmi”?


Fəaliyyət üçün təlimat

Qanadlarınızı kəsməyə heç kimə imkan verməyin

Elə an gəlib çatacaq ki, siz hökmən öz arzularınızı yaxınlarınız, dostlarınız və ya həmkarlarınızla bölüşmək istəyəcəksiniz, amma ehtiyatlı olun: böyük əksəriyyət həyata pessimistlərin məlum prinsipi ilə baxırlar: “stəkan yarıya qədər boşdur”. Ürəyinizi açmaq istədiyiniz şəxslər arsız, paxıl, qəddar və ya istehzalı ola bilərlər. Məni məşqçi kimi qəbul edib yanıma gələnlərin bəziləri öz arzularını yaxınlarına söylədikdə, belə cavablar eşidiblər: “Sən zarafat edirsən!” və ya “Göylərdən yerə en!” Ətrafınızda olanlar başlanğıcda sizin planlarınızı qəbul etməyə bilərlər, belədə onlara öz fikirlərini dəyişdirmək üçün zaman verin.

Sizi dəstəkləyən bilən adamları axtarın, öz gələcəyinizi qurmaq üçün lazım olan mühiti qurun. Bu planlarınızı qəbul etməyən və ya buna şübhə ilə yanaşan adamlarla ünsiyyət qurmaq zərurətindən sizi təbii şəkildə azad edə bilər.


Öz baxışlarınızı bir daha nəzərdən keçirin

Öz gözəl gələcəyinizi yarada biləcəyinizə inanmaq çətindir?  Bizə nəyəsə inanmaqda mane olan məhdudiyyətləri dəf etmək həmişə elə də asan deyil. Amma, bu şübhələrin haradan qaynaqlandığını başa düşdükdə, onları dəf etmək asanlaşır.

Elə indicə arzularınıza aparan yolda maneə kimi duran şeyləri bir-bir yazın. Pisdən qorxmaq mütləq şəkildə normaldır və ya güman etmək olar ki, problemlər zənn edildiyindən də ciddidir. Belədirsə, onları yazın, bu neqativ amillərlə bağlı öz baxışlarınızı dəyişdirməyə cəhd edin və onları pozitiv nəzərlərlə seyr edin. Misal üçün, əgər sizi işdən çıxarıblarsa, hesab edin ki, bunu etməklə sizə azadlıq bəxş ediblər və daha yaxşısını tapmaq üçün imkanlar yaradıblar.

Planlarınız və arzularınızı araşdırın, sonra isə özünüzdən ən çox nədən narahat olduğunuzu soruşun? Baş verə biləcək ən pis şey barədə düşünün və vicdanla cavab verin, məhz, onun bu cür baş verə biləcəyi nə qədər ehtimal olunur. Bu qədər can atdığınız gələcəyinizi qurmağı yarıda saxlamaq və bundan əl çəkməkdən ötrü sözügedən səbəb kifayətdirmi?


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Veysəloğlu Şirkətlər Qrupu Vakansiya elan edir

posted in: Audit, İş elanı, Xəbər | 0

VakansiyaVakansiya: Daxili Auditor

İşəgötürən: Veysəloğlu Şirkətlər Qrupu 

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Bax: IDC 2000 LLC “Mühasib” axtarır

Vəzifə: Daxili Auditor

İş yeri: Bakı şəhəri

İş təcrübəsi: Ən azı 2 il mühasibatlıq və ya audit sahəsində iş təcrübəsi

Təhsil: Ali iqtisadi təhsil

Yaş həddi: 24-40

İşin Təsviri:

Risklərin idarəedilməsi, daxili nəzarət mühiti və korporativ idarəetmə proseslərinin müntəzəm qiymətləndirilməsinə dair audit yoxlamalarında iştirak etmək, belə yoxlamalarla həmin proseslərin inkişafına dair tövsiyələr vermək. Şirkətin təlimatları, siyasətləri və prosedur qaydalarının yaradılmasında yardımçı olmaq.

Vəzifə öhdəlikləri:

– Audit planları əsasında audit proqramlarının tərtib edilməsində iştirak;

– Təşkilatın siyasətlərinin, prosedurların, standartların və digər normativ sənədlərin qiymətləndirilməsi;

– Təşkilatda tətbiq olunan qabaqcıl təcrübələrin qiymətləndirilməsinin aparılması;

– Kənar audit proseslərinə dəstəyin göstərilməsi;

– Korporativ idarəetmənin qiymətləndirilməsinə dair testlərin aparılması və tapşırıqların yerinə yetirilməsi;

– Daxili audit yoxlamaları zamanı dələduzluq (fraud) risklərinin qiymətləndirilməsinin aparılması.

Tələblər:

– Distribusiya, pərakəndə, istehsalat və ya tikinti sektorları üzrə audit təcrübəsi;

– İqtisadiyyat, maliyyə, mühasibat uçotu və audit sahəsində bakalavr/magistr təhsili;

– Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı;

– Logo Tiger və Mikro ERP proqramlarından sərbəst istifadə etmək bacarığı arzuolunandır;

– CIA,CRMA sertifakatları üstünlükdür;

– İngilis və rus dili biliyi;

– Daim inkişafa meyillilik;

– Dürüstlük, obyektivlik və təşəbbüskarlıq.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

– İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;

– Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: cv@veyseloglu.az / info@finstaff.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Daxili Auditor” yazıb CV göndərərək müraciət edilir.

Mənbə: jobsearch.az

Həmçinin bax: 


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

 

Bu gün Milli Məclisin payız sessiyasının ilk plenar iclasında Vergi və Gömrük məcəllələrinə dəyişiklik layihələri müzakirəyə çıxarılacaq

posted in: Vergi, Xəbər | 0

VergiBu gün Azərbaycan Milli Məclisinin (MM) payız sessiyasının ilk plenar iclası keçiriləcək.

İclasın gündəliyinə 62 məsələ daxildir.

Bunlar “Azərbaycan Respublikasının İsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında”, “Normativ hüquqi aktlar haqqında”, Aviasiya haqqında”, “İstehsalat bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimləməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Standartlaşdırma haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Vəkil və vəkillik fəaliyyəti haqqında” və s. qanunlara dəyişiklik layihələridir.

Bax: Rotasiya ilə işləyənlər üçün vergitutma necə hesablanır?

Bundan başqa, iclaslarda İnzibati Xətalar, Mənzil, Mülki, Vergi, Gömrük məcəllələrinə dəyişiklik layihələri də müzakirəyə çıxarılacaq.

Növbəti iclas isə oktyabrın 5-də keçiriləcək.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.