Bu gün Milli Məclisin payız sessiyasının ilk plenar iclasında Vergi və Gömrük məcəllələrinə dəyişiklik layihələri müzakirəyə çıxarılacaq

posted in: Vergi, Xəbər | 0
birbank biznes

VergiBu gün Azərbaycan Milli Məclisinin (MM) payız sessiyasının ilk plenar iclası keçiriləcək.

İclasın gündəliyinə 62 məsələ daxildir.

Bunlar “Azərbaycan Respublikasının İsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında”, “Normativ hüquqi aktlar haqqında”, Aviasiya haqqında”, “İstehsalat bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimləməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Standartlaşdırma haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Vəkil və vəkillik fəaliyyəti haqqında” və s. qanunlara dəyişiklik layihələridir.

Bax: Rotasiya ilə işləyənlər üçün vergitutma necə hesablanır?

Bundan başqa, iclaslarda İnzibati Xətalar, Mənzil, Mülki, Vergi, Gömrük məcəllələrinə dəyişiklik layihələri də müzakirəyə çıxarılacaq.

Növbəti iclas isə oktyabrın 5-də keçiriləcək.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email