Optimal Electronics “Aparıcı Mühasib” axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Aparıcı Mühasib“Optimal Elektronika” MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların  karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Vakansiya: Aparıcı mühasib 

Tələblər:

• İqtisadiyyat, maliyyə və ya müvafiq sahədə ali təhsil;
• Mühasibatlıq üzrə ən azı 2 il iş təcrübəsi;
•  ERP (1C və s.) sisteminin tətbiqi üzrə aktiv işlərin aparılması təcrübəsi;
• MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
• Komandada və təzyiq altında işləmə bacarığı;
• ACCA, CIMA sertifikatı olan (və yaxud təhsil alan) namizədlərə üstünlük verilir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Əsas vəzifələr:

• Bank əməliyyatlarının, debitor və kreditorlarla hesablaşmaların aparılması;
• Vergi hesabatlarının hazırlanması (ƏDV; OMV; gəlir vergisi);
• Statistika hesabatlarının hazırlanıb, təqdim edilməsi;
• Mühasibatliq modulu üzrə 1 C əməliyyatlarının aparılması;
• Gömrük bəyannamələri ilə bağlı əməliyyatların icrası;
• Dövlət orqanları ilə yazışmaların aparılması.

Həmçinin bax: 1000 manat məvaciblə Mühasib axtarılır

İş şəraiti:

• Həftədə 5 iş günü, 2 gün istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
• Korporativ nömrə və danışıq vaxtı, nahar şirkət tərəfindən təmin edilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində  “Aparıcı mühasib” qeyd edərək öz CV-lərinizi  / info@finstaff.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Son tarix:  30.10.2018

Həmçinin bax: 

Mənbə: jobsearch.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Dövlət Gömrük Komitəsinin 3500 əməkdaşı attestasiyadan keçiriləcək

posted in: Xəbər | 0

Dövlət Gömrük KomitəsiDövlət Gömrük Komitəsində çalışan 3 500 əməkdaş imtahan verərək attestasiyadan keçiriləcək.

Bu barədə Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev VII “Beynəlxalq Caspian Energy Forum Baku–2018”də bildirib.

“Attestasiya imtahanından keçməyənlər gömrük sıstemindən xaric ediləcəklər. Çalışırıq ki, əməkdaşlarımız 1 ildən artıq eyni yerdə işləməsinlər. Hazırda 3500-ə yaxın əməkdaşımız var. Onların hamısı rotasiya qaydasında çalışır”, – deyə İqbal Babayev qeyd edib.

İ.Babayev hazırda ölkədə 50 gömrük postunun fəaliyyət göstərdiyini deyib. Bildirib ki, bu gömrük postlarından 31-i sərhəd, 19-u isə yerlərdə yaradılmış gömrük postlarıdır. Eyni zamanda, 5 gömrük idarəsi yaradılıb.

Mənbə: azertag.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

posted in: Xəbər | 0

memorandumAzərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb. Memorandumu nazir Sahil Babayev və Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıblar.

Tədbirdə S.Babayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aparılan sosial-iqtisadi islahatlar ölkədə iqtisadiyyatın inkişafı ilə yanaşı, əhalinin rifah halının yüksəlməsinə səbəb olub. Dövlət başçısının kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamlar kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun artırılması, idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması baxımdan mühüm əhəmiyyət daşımaqla bərabər, sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının göstəricisidir. Nazir həyata keçirilən tədbirlər nəticəsində qeyri-neft sektorunun sürətli və rəqabətədavamlı inkişafının təmin olunduğunu, bu sektorun potensial imkanlarının genişləndiyini, yeni istehsal sahələrinin yaradıldığını, yerli istehsal hesabına idxalı əvəz edən məhsulların həcminin yüksəldiyini, sahibkarlıq subyektlərinin sayının 4 dəfədən çox artığını, özəl sektorun məşğulluqda payının 75 faizi keçdiyini vurğulayıb.

Həmçinin bax: “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nda dəyişiklik edilib

Nazir ölkə başçısının tapşırıqlarına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün əlverişli imkanlar yaratdığını bildirib. Onun sözlərinə görə ilin sonuna kimi yeddi min ailə özünüməşğulluq proqramı çərçivəsində ailə biznesini quracaq.

S.Babayev qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında imzalanan memorandum qurumların göstərdiyi dövlət xidmətlərinin təşkili, informasiya-kommunikasiya texnologiyaları və innovasiyaların imkanlarından istifadə etməklə xidmət keyfiyyətinin yaxşılaşdırılması, sahibkarların həmin xidmətlərə dair maarifləndirilməsi, sahibkar məmnunluğunun artırılması, özünüməşğulluq proqramına cəlb edilmiş ünvanlı dövlət sosial yardımı alan şəxslərin, əlillliyi olan şəxslərin, bir ildən artıq işsiz kimi qeydiyyatda olanların, pensiya yaşına iki ildən az qalmış şəxslərin, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərin kiçik biznesinin inkişafına dəstək, Nazirliyin tabeliyindəki DOST (Dayanıqlı Operativ Sosial Təminat) Agentliyi ilə əməkdaşlığın qurulması, əmək bazarınadək olan prosesdə könüllülük fəaliyyətinin təşviq edilməsi və digər oxşar məsələlərlə bağlı birgə fəaliyyətin göstərilməsi, müştərək layihələrin icra edilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlığı tənzimləyir.

Orxan Məmmədov deyib ki, imzalanacaq memorandum məşğulluğun təmini səviyyəsinin yüksəldilməsi məqsədlərinin səmərəli reallaşdırılması və əlaqələndirilməsi baxımından inkişaf çagırışlarına cavab verən yeni əməkdaşlıq istiqamətlərini və formalarını müəyyən edir. O bildirib ki, kiçik bizneslərin yaradılmasının təşviqi yolu ilə özünüməşgulluq, əhalinin sosial həssas qruplarının məşğulluğunun təmini, sosial və iqtisadi məqsədlərin qarşılıqlı əlaqədə reallaşmasına imkan verən müasir biznes modellərinin tətbiqinə dair geniş əməkdaşlıq platforması mövcuddur. İmzalanacaq memorandum göstərilən istiqamətlərdə birgə səylər üçün bu platformanı inkişaf etdirəcək.

O.Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılmaqda olan DOST Agentliyi tərəfindən formalaşdırılmaqda olan Kiçik və Orta Biznesin Dostları şəbəkəsi kimi yeni institutlar arasında səmərəli əməkdaşlığın birgə məqsədlərin reallaşdırılması üçün geniş imkanlar yaradacağını deyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Kiçik və Orta Biznesin (KOB) İnkişafı Agentliyi arasında imzalanan memorandum çərçivəsində 30-dək fəaliyyətin birgə təşkili və həyata keçirilməsi üzrə əməkdaşlıq barədə razılığa gəlinib. Bunlar özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələr və əlilliyi olan şəxslər üçün kiçik biznesin yaradılması, kiçik və orta sahibkarlığın dəstəklənməsində birgə fəaliyyət, kiçik və orta biznesə dəstək məqsədilə gənc mütəxəssislərin və tələbələrin sahibkarlığa könüllü olaraq cəlb edilməsinin təşviqi, KOB könüllüləri ilə DOST könüllülərinin birgə əməkdaşlıq platformasının hazırlanması, KOB və DOST könüllülərinin əmək bazarının tələblərinə uyğun hazır mütəxəssis kimi formalaşması istiqamətində bölgünün aparılması, o cümlədən müxtəlif ixtisaslaşdırılmış sahələr üzrə birgə “Yay və Qış məktəbləri”nin təşkili, həssas əhali qruplarının məşğulluqda xüsusi çəkisinin artırılması istiqamətində tədbirlərin görülməsi, birgə əmək yarmarkalarının təşkil edilməsi və digər sahələr üzrə əməkdaşlıq istiqamətlərini əhatə edir.

Mənbə: www.mlspp.gov.az

Həmçinin bax:

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nda dəyişiklik edilib

posted in: Xəbər | 0

Mobil cihazAZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 402
Bakı şəhəri, 18 sentyabr 2018-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş
“Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nda dəyişiklik edilməsi barədə

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1187-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 149 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1257; 2014, № 4, maddə 444, № 6, maddə 747; 2016, № 10, maddə 1717) ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na aşağıdakı məzmunda 4.4-1-ci bənd əlavə edilsin:

“4.4-1. Satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş məbləğdə dövlət rüsumu ödənilir.”.

Azərbaycan Respublikasının
Baş naziri                          Novruz Məmmədov

Mənbə: cabmin.gov.az

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.